DataLife Engine > Çap üçün versiya > DAMM-ın baş ofisində Türkiyəli deputatla möhtəşəm görüş-FOTOLAR
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > DAMM-ın baş ofisində Türkiyəli deputatla möhtəşəm görüş-FOTOLAR

DAMM-ın baş ofisində Türkiyəli deputatla möhtəşəm görüş-FOTOLAR


3-01-2019, 18:22. Yerləşdirdi: admin
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın da iştirak etdiyi mərasimdə Türkiyə Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma «Əbədi lider» Qızıl Döş nişanı təqdim olundu…
Bu gün saat 15:00-da, DAMM-nin və İNK-nin Baş ofisində Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüş keçirildi. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri sayın Erkan Özoral da iştirak edirdi. Mərasimdə Azərbaycanın tanınmış iş adamları, ziyaylılar, mədəniyyət xadimləri, jurnalistlər iştirak edirdilər.
DAMM-ın baş ofisində Türkiyəli deputatla möhtəşəm görüş-FOTOLAR
DAMM-ın baş ofisində Türkiyəli deputatla möhtəşəm görüş-FOTOLAR
Tədbiri giriş nitqi ilə başlayan DAMM-nin 1-ci vitse-Prezidenti, İNK-nin sədri Rasim Məmmədov qonaqları salamladı. Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndiriləndən sonra R.Məmmədov tədbirin mahiyyəti barədə qonaqlara ətraflı məlumat verdi. O, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma və onu müşaiyət edən Türkiyəli qonaqlara DAMM və İNK-nin keçdiyi yol, indiyədək həyata keçirilən möhtəşəm tədbirləri barədə ətraflı məlumat verdi. O, Türkiyənin Azərbaycandakı səfiri sayın Erkan Özoralın və Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrımın tədbirdə iştirakını yüksək qiymətləndirdi. R.Məmmədov elə bu anda tədbirin əsas qayəsini və məramını da açıqladı. Məlum oldu ki, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım hər iki qardaş ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə DAMM-nin təsis etdiyi «Əbədi lider» Qızıl döş nişanı ilə təltif olunub. Həmçinin musiqimizə və mədəniyyətimizə verdiyi töhfələrinə görə tanınmış dirijor Əyyub Quliyev də DAMM-nin təsis etdiyi "Əbədi lider" Qızıl Döş nişanının laureatıdır.
DAMM-ın baş ofisində Türkiyəli deputatla möhtəşəm görüş-FOTOLAR
Nəhayət, alqış sədaları altında hər iki tanınmışın mükafatlandırma mərasimi keçirildi.
Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış üçün söz istədi. O, təltif olunduğu bu mükafata yüksək dəyər verərək DAMM-nin 1-ci vitse-Prezidenti Rasim Məmmədova dərin minnətdarlığını bildirdi: «…Mən indiyədək çox mükafatlar almışam. Lakin bu mükafat mənim üçün daha əzizdir. Çünki adında böyük liderimiz, rəhmətlik Heydər Əliyevin adı var… Bu Türkiyə-Azərbaycan dostluğunun təməl prinsiplərinə verilən dəyərlərdən biridir. Mənim özüm əslən Azərbaycanlıyam. Ulularım Qarabağdandır, ata tərəfim Gədəbəydən, ana babalarım Şuşadan… Bir tərəfim də Gəncədəndir… Bir sözlə özümü Türkiyə ilə Azərbaycanın vəhdətindən doğulmuş bilirəm. Allaha and içirəm, biz Türkiyədə yaşasaq da qəlbimiz Azərbaycanla döyünür… İnanın ki, çox tezliklə Azərbaycanın bayrağı Qarabağda dalğalanacaq. Düşmənimiz Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər onların xeyrinədir… Mən düşməniniz demədim, düşmənimiz deyirəm… Nə qədər Türkiyə var, o qədər də Azərbaycan var. Bu dostluq qardaşlıq səviyyəsindədir və bunun təməlində isə Azərbaycan Prezidenti sayın İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin prezidenti sayın Prezident Ərdoğanın dostluğu dayanır, bu dostluluğun əbədiliyinə kimsənin şübhəsi olmasın!».
DAMM-ın baş ofisində Türkiyəli deputatla möhtəşəm görüş-FOTOLAR
Sayın Şamil Ayrım Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovdan bir maraqlı misal da çəkdi: «…Türkiyədə keçirilən bir tədbirdə sayın Əli Həsənov bizə üzünü tutub dedi: «Əgər Siz Atatürkün yolu ilə getməsəniz, onda məcbur olacağıq ki, biz o yolu gedək!». Bu çox böyük sözdür və qarşımıza bir məsuliyyət qoymuşdur».
Sayın Şamil Ayrım Azərbaycanın müstəqilliyi yolunda böyük dövləti xidmətləri olmuş Məmməd əmin Rəsulzadəyə, Əbülfəz Elçibəyə, görkəmli dövlət xadimi Heydər Əliyevə rəhmət dilədi, Prezident İlham Əliyevə müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsində tutduğu müqəddəs yolda uğurlar arzuladı.
Sonra növbəti mükafat sahibi, tanınmış musiqişünas, dirijor Əyyub Quliyev çıxış etdi. Ə.Quliyev ona verilən böyük dəyərə görə DAMM rəhbərliyinə dərin təşəkkürünü yetirdi, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin AK Partiyadan millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri sayın Erkan Özorala mərasimdə iştiraklarına görə dərin sayğı və minnətdarlığını yetirdi.
Mərasim musiqi lövhələri ilə davam etdi.
A.Məmmədli

DAMM-ın baş ofisində Türkiyəli deputatla möhtəşəm görüş-FOTOLAR
DAMM-ın baş ofisində Türkiyəli deputatla möhtəşəm görüş-FOTOLAR
DAMM-ın baş ofisində Türkiyəli deputatla möhtəşəm görüş-FOTOLAR

Geri