DataLife Engine > Çap üçün versiya > Asif Mərzilinin məqaləsi Türkiyənin nüfuzlu «TURAN-SAM» dərgisində çap olunub
DataLife Engine Azerbaijan Support > Manşet, Üst manşet > Asif Mərzilinin məqaləsi Türkiyənin nüfuzlu «TURAN-SAM» dərgisində çap olunub

Asif Mərzilinin məqaləsi Türkiyənin nüfuzlu «TURAN-SAM» dərgisində çap olunub


6-02-2019, 14:25. Yerləşdirdi: admin
«Türkiyədən görünən Azərbaycan» məqaləsi qardaş ölkənin Kayseri şəhərində «Xocalı abidəsi»nin və eyni adlı parkın açılışına həsr olunub…
«
Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin «Türkiyədən görünən Azərbaycan» məqaləsi Türkiyədə nəşr olunan «TURAN-SAM» dərgisində çap olunub. Dərginin rəsmi saytında dünən yayımlanan məqalə 2018-ci ilin oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində «Xocalı abidəsi» və eyni adlı parkın açılışına həsr edilib.
Məqalədə «Bir millət, iki dövlət» olan Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinə toxunulub, Türkiyə Prezidenti R.T.Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlığından keçən çoxşaxəli dövlətlərarası münasibətlərə geniş yer verilib.
Eləcə də Azərbaycanın sevincini öz sevinci, dərdini özünün dərdi bilən Türkiyənin Qarabağ müharibəsindəki yaralarımıza məlhəm olmaq üçün mümkün olan bütün addımları atdığı məqalədə ətraflı işıqlandırılıb.
Məqalədə daha çox ötən ilin oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində keçirilən üç möhtəşəm tarixi hadisə barədə geniş məlumat verilir. Həmin tədbirlərdə iştirak edən müəllif məqaləsində qeyd edir ki, Türkiyədə təhsil alaraq burada fəaliyyətlərini Azərbaycançılıq ideyasının təbliği və təşviqi istiqamətində çoxlarına nümunə olacaq Nəcəf və Elşən Qənbərov qardaşları vətənpərvərlik nümunəsi göstəriblər. «Ermənilərin daha çox məskunlaşdığı bu şəhərdə Xocalı abidəsinin qoyulmasının nə demək olduğunu təsəvvür etmək çətin deyil. Nəcəf Qənbərov bu barədə neçə dəfə Kayseri bələdiyyəsinin rəhbərliyinə müraciət etsə də, onun bu təşəbbüsü cavabsız qalmışdır. Türkiyənin dövlət rəhbərlərinədək yazışmalarına müsbət cavab verilsə də, ermənilərin və bəzi ermənipərəslərin sərt müqaviməti bu ideyanın dəstəklənməsinə ciddi maneə olmaqda idi. Nəhayət, Nəcəf Qənbərov Kayseridə boş bir ərazinin alınaraq Xocalı parkı salınması təşəbbüsünü irəli sürür. Sözün yaxşı mənasında inadkarlığı onun bu istəyinə yaşıl işıq yandırır… Beləcə, üç hektarlıq ərazi Nəcəf Qənbərovun ixtiyarına verilir. O, dostları ilə birlikdə parkda Xocalı şəhidlərinin sayı qədər küknar ağacı əkir, burada lövhə asılır, Kayseri ictimaiyyəti parkı ziyarət edir. Bu, Nəcəf Qənbərovun məqsədinə çatmaq üçün atdığı ən vacib addım olur. Az keçmiş o, həmin parkda Xocalı soyqrımı abidəsinin açılışını təklif edir. Yenə də onun bu təklifinə müxtəlif istiqamətlərdən müqavimət göstərilir. Nəcəf bəyin Azərbaycançılıq və dövlətçilik, vətənçilik sevgisi ona güc-qüvvət verir, daha da mübarizləşdirir. Bu dəfə onun Azərbaycanın böyük adına hesablanmış bu təşəbbüsünə H.Əliyev Fondunun Moskva nümayəndəliyndən, həmçinin Rusiya Dumasının rəsmisi, tanınmış politoloq Ramin Qasımovdan, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1-ci vitse-Prezidenti Rasim Məmmədovdan, Azərbaycandan isə tanınmış iş adamı Hacı Quliyevdən, dəstək gəlir. Beləcə, böyük çətinliklərlə də olsa, Azərbaycançılıq ideyası uğrunda inadlı səylər öz bəhrəsini verir. Türkiyə hökuməti Kayseridəki Xocalı parkında “Ana harayı” abidəsinin açılışına rəsmi icazə verir», -deyə müəllif yazır.
Asif Mərzilinin məqaləsi Türkiyənin nüfuzlu  «TURAN-SAM» dərgisində çap olunub
Oktyabrın 20-də isə Türkiyədə dövlət səviyyəsində abidənin açılışı olur, DAMM-nin Moskva nümayəndəliyinin rəhbəri, Rusiya Dumasının rəsmisi, həmyerlimiz Ramin Qasımovun rəhbərliyi və təşkilatçılığı ilə Rusiya Dumasının deputatları - Oksana Puşkina, İrina Radnina, Dmitriy Savelyov, İrek Zinnurov, Sergey Marinin, Tatyana Tibizova və Elena Strokovanın Kyseridə Xocalı soyqırımı abidəsinin açılışında iştirakı təmin edilir.
Məqalədə açılış mərasimində çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyovun, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrımın, millət vəkili Elman Məmmədovun, Rusiya Dumasının rəsmisi, DAMM-nin Rusiya nümayəndəliyinin sədri Ramin Qasımovun, DAMM-nin Türkiyə nümayəndəliyinin sədri Nəcəf Qənbərovun və başqalarının çıxışlarına yer ayrılıb.
Abidənin açılış mərasimində Rusiya Dövlət Dumasının deputatı Dmitriy Savelyovun çıxışının xüsusilə diqqət çəkdiyi məqalədə qeyd olunur. “...Mən buradan bəyan edirəm, Xocalı faciəsi bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınmalıdır... Xocalıda dinc insanlar görünməmiş vəhşiliklə qətlə yetirilmişdir. Tarixdən bilirsiniz ki, Nürnberq məhkəməsi İkinci Dünya Muharibəsi zamanı dinc sakinlərin öldürülməsinə əmr verənlərlə bağlı layiqli qərar verdi. Xocalıda isə dəhşətli faciənin günahkarları hələ də yaşayır və aparıcı siyasi postları tuturlar. Hörmətli həmkarlar, biz Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səyləri göstərməliyik”, -deyən deputat Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edir.
Məqadədə, həmçinin Azərbaycandan olan nümayəndə heyətinin daha iki möhtəşəm tədbirdə iştirakına yer verilib. Məlum olur ki, elə həmin gün H.Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusun beynəlxalq konfrans keçirilib.
Müəllif həmin gün Türkiyədə Azərbaycan ünvanlı daha bir tarixi hadisəyə şahidlik etdiyindən yazır. Məlum olur ki, Kayseridə H.Əliyev Fondunun təşkilatçılığı ilə görkəmli dövlət xadimi Heydər Əliyevin adına Təhsil Mərkəzi Kompleksinin açılışı olub. Kompleks H.Əliyev Fondu və Türkiyənin 11-ci prezidenti Abdulla Gülün adını daşıyan Abdullah Gül Vəqfinin birgə təşkilatçılığı ilə Abdullah Gül Universitetinə məxsus təhsil kompleksində yaradılmışdır. Açılış mərasimində Türkiyənin sabiq Prezidenti Abdulla Gül, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, Rusiya Dövlət Dumasının rəsmisi Ramin Qasımov, Rusiya Dövlət Dumasının 8 deputatı, eləcə də Şamil Ayrım başda olmaqla Türkiyəli millət vəkilləri, Azərbaycandan millət vəkilləri Şəmsəddin Hacıyev, Elman Məmmədov, DAMM-nin 1-ci vitse-Prezidenti Rasim Məmmədov və digərləri iştirak ediblər.
Onu da qeyd edək ki, Asif Mərzilinin qeyd olunan yazısı Azərbaycan Prezidenti yanında KİVDF-nin keçirdiyi müsabiqədə qalib gəlib, mükafatlandırılıb.
Arayış: «TURAN-SAM» dərgisinin rəsmi saytında qurum barədə yazılır: ««TURAN-SAM» dergisi 3 ayda bir (jurnal versiyası.RED.), yılda dört kez olmak üzere yayınlanmaktadır, 11 yıldan beri düzenli olarak yayımlanmaktadır. Uluslararası Bilimsel ve Alan Endeksli bir dergidir.
TURAN-SAM Uluslararası Endeksli Dergimizi tarayan dünyaca ünlü endeksler ve veri tabanları: Pro-Quest(ABD), Ulrich’s WEB(ABD), Google-Scholar(ABD), ICI-Index Copernicus International(Polonya/AVRUPA BİRLİĞİ), DergiPark-Akademik(Türkiye), DAIJ, OAJI, Global Impact Factor, ResearchBib, SIndex, CiteFactor, JournalInformatics, BASE, PubGet, Index Scholar, Region-Hovedstaden, SOBIAD, AsosIndex, AcarIndex, Araştırmax, TopluKatalog-TÜBİTAK, AkademikDİzin, Türk Eğitim Endeksi, CEEOL, JournalIndex, DRJI, OpenAıre, WorldCat vs. gibi birçok ulusal ve uluslararası 30 küsür yerli ve yabancı endeks tarafından taranıyor ve endeksleniyoruz. Önemli Not: Dergimizde yayımlanan makaleler için Akademik Yükselmeler için ve Yüksek Öğrenim Kurumu-YÖK Başkanlığı’ndan Akademik Teşvik Ödeneği için müracaatta bulunabiliyorsunuz. Ayrıca dergimiz 11. Yılını doldurduğu için alan endekslerince taranan ve 5 yılını doldurmuş dergi statüsündedir. Doçentlik Başvurularında (Ekim/2018 Kriterlerine göre), Dergimizde yayımlanan tek yazarlı bir makale için"5" puan alabilirsiniz. 2018 Yeni Akademik Teşvik Kriterlerine göre ise yine tek yazarlı bir makalenin size "6" puan getirisi bulunmaktadır. Ayrıntılar için lütfen tıklayınız: http://www.turansam.org/dergi.php
Saygılarımla,
Doç. Dr. Elnur Hasan MİKAİL
TURAN-SAM Kurucu Genel Başkanı
Kars Kafkas Üniversitesi
İktisadi ve İdari Bilimler Fakültesi
Siyaset Bilimi ve Uluslararası İlişkiler Bölüm Başkanı
Merkez Kampüs, 36100/Kars
E-Posta: [email protected]».

Elçin Məmmədli
Asif Mərzilinin məqaləsi Türkiyənin nüfuzlu  «TURAN-SAM» dərgisində çap olunub

Geri