Yüklənir. Zəhmət olmasa gözləyin...
  



Saytda axtar!
  • GÜNDƏM
  • SİYASƏT
  • HADİSƏ
  • SOSİAL
  • KRİMİNAL
  • VİDEO
  • CƏMİYYƏT
  • İDMAN
  • DÜNYA
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
İlham Əliyev Novruz Məmmədovun Baş nazir təyin edilməsi haqqında sərəncam imzalaDı

İlham Əliyev Novruz Məmmədovun Baş nazir təyin edilməsi haqqında sərəncam imzalaDı

TANINMIŞ FERMERLƏ GORANBOYUN İCRA BAŞÇISININ QALMAQALI BÖYÜYÜR-VİDEO

TANINMIŞ FERMERLƏ GORANBOYUN İCRA BAŞÇISININ QALMAQALI BÖYÜYÜR-VİDEO

Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi

Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi

ABŞ RƏSMİ KİYEVİ MÜSTƏQİL ANTİKORRUPSİYA MƏHKƏMƏSİ YARATMAĞA ÇAĞIRDI

ABŞ RƏSMİ KİYEVİ MÜSTƏQİL ANTİKORRUPSİYA MƏHKƏMƏSİ YARATMAĞA ÇAĞIRDI

Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...

Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...

Cavid Qurbanov haqqında yayılan məlumatlar təkzib olundu

Cavid Qurbanov haqqında yayılan məlumatlar təkzib olundu

  • 13:30 Su sayğaclarına qənim kəsilənlər yaxalandı
  • 12:45
    Депутатов РФ предложили лишать мандата за несоответствие расходов доходам
  • 12:27 “ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb
  • 12:05 İrəvanda etiraz dalğası genişlənib - tələbələr dərsləri boykot etdilər
  • 11:30
    Gizli ibadət-tədris kompleksi aşkarlanıb - DTX araşdırır
  • 11:14
    ABŞ-dakı erməni icması da Serj Sarqsyana qarşı çıxdı
  • 10:57 İrəvanda etirazlar davam edir - lidersiz qalsalar da
  • 10:42 Paşinyanın saxlandığı yer məlum deyil - vəkilindən açıqlama
  • 10:09 Axtarışda olan şəxs xəstəxanadan qaçıb
  • 09:43 Bakıda tıxac var - bəzi yollar baglandığı üçün (SİYAHI)
  • 09:36 BMT-nin baş katibi Təhlükəsizlik Şurasının səmərəsiz olduğunu etiraf edib
  • 09:28 Avtobusların hərəkət sxemində dəyişiklik edilir - SİYAHI



Cek London: "Gözlənilməz" (The Unexpected) (hekayə)

Xəbərin çap versiyası
Tarix: 10/4/2018
image here

Cek London
Gözlənilməz
(The Unexpected)
(hekayə)

Aşkar şeyləri görüb adəti üzrə hərəkət etməkdən asan şey ola bilərmi? Müasir insanın həyatı inkişafdan qalmış formalara meyillidir, sivilizasiyanın inkişafı bu meyli gücləndirir. Ona görə də həyatımızda adi şeylər üstünlük təşkil edir, gözlənilməz hadisələr isə nadir hallarda baş verir. Bəzən elə olur ki, gözlənilməz hadisə bütün həyatımızı alt-üst edir, şəraitə uyğunlaşmayanlar isə məhv olurlar. Onlar aşkar olmayanları görmür, ani qərar verə bilmir, yeni, qeyri –adi mühitdə başlarını itirirlər. Bir sözlə, köhnə, vərdiş edilən mühit olmayanda məhv olurlar.
Amma elə insanlar da olur ki, sağ qalırlar. Öyrəşdikləri adi mühitdən ayrılıb yeni, naməlum bir mühitə atılan və yeni şəraitə tez uyğunlaşan insanlar məhv olmurlar.
Edit Vaitlesi ilə də belə olmuşdu.O, İngiltərədə, köhnədən qalmış qayda qanunlarla yaşayan, bütün gözlənilməzlikləri pis bir şey kimi qəbul edən bir kənddə doğulmuşdu . Elə məhz həmin köhnə qaydalara görə o, cavan qız uşağı erkən yaşlarından xidmətçiliyə başlamışdı. O, çox mühüm bir qadının evində qulluqçuluq edirdi.
Sivilizasiyanın inkişafı ona gətirib çıxarır ki, mövcud qanunlara tabe olan həyatımız öz yeknəsəqliyi ilə maşınların işinə bənzəyir. Arzuolunmaz hər şey rədd edilir, labüd olanlar isə qabaqcadan nəzərdə tutulur. Biz hətta yağışda islanmır, şaxtada donmuruq. Müdhiş və gözlənilməz müsafir olan ölüm bizi hər tində haqlamır.Ölüm indi möhtəşəm, yaxşı tərtib edilmiş tamaşa kimidir və bu tamaşa pas atmaması üçün hətta qapı həngəmaları qayğı ilə yağlanan, mərmərinin üstünə toz qonmaması üçün müntəzəm olaraq havası dəyişilən irsi sərdabada başa çatır.
Vaitlesini də bu cür həyat əhatə edirdi. Hər şey öz köhnə axarı ilə hərəkət edirdi.Yeni bir hadisə baş vermirdi. Editin iyirmi beş yaşı olanda Birləşmiş Ştatlara səyahətdə öz sahibəsini müşayiət etməyə məcbur olmasını da hadisə hesab etmək olmazdı.
Sadəcə olaraq, adət olunmuş həyat yolunun istiqaməti azacıq dəyişmişdi. Yol isə elə həmin yol idi - hamar və taptalanmış. Bu yolla gedən Edit və sahibəsi Atlantik okeanını dənizdə itib-batan gəmidə yox, çoxmərtəbəli hotelli, rahat və sürətlə üzən, öz nəhəng gövdəsi ilə dalğaları ram edən paroxodla, heç bir hadisə olmadan üzüb keçdilər. Quruda, okeanın o tayında hər dayancaqda və dayancaqlar arasında təkərlər üzərində otellərlə təchiz edilmiş, layiqli, yaxşı təchiz edilmiş yol elə həmin yol idi.
Çikaqoda sahibəsi həyatın bir tərəfi ilə tanış olanda, Edit digəri ilə tanış oldu. Burada o, ilk dəfə özündə gözlənilməzliklərlə təkbaşına mübarizə aparmaq və bu mübarzədən qalib çıxmaq bacarığını kəşf etdi.Sahibəsini tərk etdikdən sonra Vaitlesi Edit Nelson oldu. Mühacir, əslən isveçli, sənəti dülgər olan Hans Nelsonun qəlbində çoxlarını macəra axtarmağa sövq edən bir narahatlıq, təşviş var idi.O, çox mökəm və qüvvətli bir insan idi. Təxəyyülünün çatışmamazlığı ilə işgüzarlığı, sevgisinn gücü,sədaqətliliyi ilə fiziki gücü uyğunlaşırdı.
- Necə lazımdır işləyəcəm, pul yığıb Koloradaya gedəcəm,- deyə o, toyun ertəsi günü Editə söyləmişdi. Bir il keçdikdən sonra onlar artıq Koloradada idilər.Hans Nelson burada qızıl mədənlərini ilk dəfə gördü və qızıl qızıdrmasının qurbanı oldu.O, qızıl dalınca gedərkən Cənub və Şimal Dakotunu, Aydahonu və Şərqi Oreqonu keçərək Britaniya Kolumbiyasının yüksək dağ zirvəsinə qədər gəlib çatdı. Edit Nelson bütün yol boyu və düşərgələrdə daima ərinin yanında idi və onun uğurlarını, mərhumiyyətlərini, əməyini bölüşürdü.O, ədalı şəhərli yerişini dağlarda yaşan qadına xas olan sərbəst, geniş addımlı yerişlə əvəz etdi. O, vəziyyəti dərk etməməkdən yaranan təhlükədən qorxmamağı öyrəndi. Hər bir təhlükəni dəf etməyi öyrəndi.
Edit Nelson yolun hər döngəsində gözlənilməzliklərlə qarşılaşırdı və onun gözləri irəlidəki aşkar, eləcə də gizli şeyləri ayırd etməyə adət eləmişdi. Əvvəllər heç vaxt yemək bişirməklə məşğul olmayan bu qadın, heç bir maya qarışığı, maya, yaxud maya otu olmadan xəmir hazırlayaraq ocaq üstündə adi tavada çörək bişirməyi öyrənmişdi. Onlar axırıncı parça donuz piyini və axırıncı kasa unu yedikdən sonra Edit Nelson özünü itirmədi. O, köhnə mokasinlərdən (mokasin- Şimali Amerika hinduilərinin maral dərisindən tikdikləri ayaqqabı-Ş.Q.) və xam gön parçalarından yeməyə bənzər bir şey hazırladı. Bu yemək onların ayaqlarını birtəhər sürümələrinə, ruh hisslərini qorumağa kömək edəcəkdi. O, at yükləməyi kişilərdən heç də pis bacarmırdı (yeri gəlmişkən, şəhərli üçün bu, çox çətin məsələdir), hər cür yükü hansı düyünlə bağlamağı bilirdi. O, şiddətli yağış altında yaş budaqlardan tonqal qalamağı da bacarırdı və heç vaxt da ruhdan düşmürdü. Bir sözlə, Edit Nelson hər cür gözlənilməzliklərin altından şərəflə çıxmağı bacarırdı. Ancaq, irəlidə onu Böyük Gözlənilməzlik gözləyirdi və o, bu gözlənilməzliklərlə gücünü hələ çox sınayacaqdı.
Qızıl axtaranlar şimala, Alyaskaya üz qoymuşdular. Gözlənildiyi kimi, Hans Nelson və arvadı Edit Nelson da bu burulğana düşdülər və Klondayka gəlib çıxdılar.1897-ci ilin payızı onları Dayedə haqladı. Ləvazimatlarını Çilkut aşırımından keçirib Douson çayı ilə üzü aşagı göndərmək üçün onların pulları olmadı. Hans Nelson öz keşmiş sənətinə qayıtmalı oldu. Belə ki, qızılaxtaranların qəsəbəsi olan Skaqueyin tikilməsində onun rolu az olmamışdı.
Hans Nelson həsrəti çəkilən bu yerin ən ucqarında ilişib qaldı və bütün qış uzunu geniş Alyaska çölləri onun fikrindən çıxmır və ozünə cəlb edirdi. Xüsusi ilə Letuyya buxtası onu daha çox cəlb edirdi və artıq onlar 1898-ci ilin yayında uzun sivaş kanoe (kanoe- hinduların ağac gövdəsindən düzəltdikləri yüngül qayıq-Ş.Q.) qayığı ilə əyri-üyrü sahili olan çay boyunca uzdülər. Qayıqda onlardan başqa üç ağ dərili və bir neçə hindu da var idi. Hindular onları Letuyya buxtasından yüz mil aralı tənha bir körfəzdəki sahildə düşürdülər, şey-şüylərini də boşaldıb Skaqueyə qayıtdılar. Ancaq üç kişi Nelsonlarla qaldı. Onların üçü də qızılaxtaran dəstənin üzvləri idi. Onlar belə qərara gəldilər ki, çəkilən xərclər, əldə olunan qənimətlər bərabər bölüşdürülməlidir. Edit Nelson aşbaz qadın vəzifəsini yerinə yetirməli idi və əlavə olaraq o, kişilərlə bərabər bölgüdə də iştirak edə bilərdi.
Onlar əvvəlcə küknar ağaclarını qırıb arakəsmələrin köməyi ilə üç otaqdan ibarət koma qurdular. Təsərrüfatı Edit Nelson idarə etməli idi. Kişilər isə qızıl axtarmalı idilər və bunu da edirdilər. Amma, qızıl çox az idi. Onlar qızıl qarışıqlı, çox da böyük olmayan bir sahədə bütün günü əlləşdilər və sonda hərəsinə on beş dollardan iyirmi dollara kimi məbləğ düşdü.
Həmin ili Alyaskanın adətən qısa sürən yayı bir az uzun çəkdiyindən, qızılaxtaranlar Skaqueyə qayıtmalarını təxirə salırdılar. Digər tərəfdən, qayıtmaq artıq gec idi.Onlar əvvəlcə hər payız öz malları ilə sahil boyu hərəkət edən hindularla danışıb razılaşdılar. Sivaşlı hindular son dəqiqəyə kimi ağ dərili insanları gözlədilər, sonra isə çıxıb getdilər. Artıq onların yeni, əlverişli bir vəziyyəti gözləməkdən başqa bir çarələri qalmadı. Qızıl axtardıqları mədəni axıra kimi qazıb qurtarmışdılar. Qış üçün odun ehtiyatı da görülmüşdü.
Payızın əvvəllərindəki isti günlər uzanır,uzanırdı.Sonra isə vıyıltılı çovğunlar başladı və Alyaskaya qış gəldi. Qış gecə ikən, xəlvəti gəlmişdi.Qızılaxtaranlar bir səhər pəncərədən küləyin vıyıltısını eşitdilər.Çovğun başlamış, gölməçələrdə su donmuşdu. Bir çovğun qurtaran kimi o birisi başlayırdı və onlar arasında arabir sakitlik yaranırdı və bu sakitliyi kənarındakı quma ağ qırov kimi dəniz duzu çökmüş boş sahilə çarpılan dalğalar pozurdu.
Komada işlər pis getmirdi.Səkkiz min dollar dəyərində qızıl qazılıb çıxarılmışdı və qızılaxtaranlar narazı deyildilər. Kişilər özlərinə xizək düzəldir, ova gedir, ərzaq ehtiyatlarını artırırdılar, axşamları isə yorulmadan vist və ya pedro kart oyunu oynayırdılar.
Mədəndə işlər qurtaranda Edit Nelson sobanı qalamağı, boşqabları yumağı kişilərə həvalə etdi, özü isə onların corablarını, paltarlarını yamamağa başladı.
Bu kiçik komada mübahisələr, xırda iradlar, şikayətlər eşidilmirdi və sakinləri də tez-tez bir-birinə bəxtlərinin gətirdiklərini deyirdilər.Hans Nelson çox safqəlbli, yumşaq xasiyyətli bir adam idi və o, Editlə tanışlığının ilk günündən onun insanlarla yola getmə bacarığına heyran olmuşdu. Texaslı bu uzundraz, arıq, qapalı və sakit xarakterinə baxmayaraq, çox xoşxasiyyət idi. O, möhkəm əmin idi ki, yerin altındakı qızıl durmadan artır və heç kimi bu barədə onunla mübahisə etməyə cəhd etmirdi və o da özünü tamamilə bir təhər hiss edirdi. Komanın dördüncü sakini Maykl Dennin özünün irlandiyalı yumoru ilə ümumi əhval-ruhiyəni, abi-havanı yaxşılaşdırırdı. Harki ucaboy, əzəmətli bədən quruluşuna malik, hər bir boş şey üçün hirslənən, amma ən çətin anda özünü itirməyən yekəpər bir oğlan idi.Beşinci və axırıncı sakin Detçi, icmanın, necə deyərlər,ürəyi idi.O, ona sataşanlara etiraz etmir və kompaniyanı şənləndirmək üçün hər şeyə hazır olurdu. Elə görünürdü ki, onun həyatının əsas məqsədi insanları güldürməkdir. Komadakı bu əmin-amanlığa heç bir ciddi incimə və ya küsmə xələl gətirə bilmirdi.Uzun çəkməyən şimal yayı hər bir qızılaxtaranı min altı yüz dolların sahibi etmişdi və həyatlarından razı qalmaq, özlərini xoşbəxt hesab etmək hissi onları tərk etmirdi.
Sonra isə Gözlənilməz gəldi.Onlar səhər yeməyi üçün yenicə otumuşdular. Saat səkkiz idi (mədəndə işin dayandırılmasına görə səhər yeməyinə geç toplaşırdılar), amma, stolun üstündəki butulkanın boğazına taxılmış şam hələ yanırdı. Edit və Hans üz-üzə oturmuşdular. Onların arasında, arxası qapıya tərəf Harki və Detçi oturmuşdu.. Qarşı tərəfdəki yer boş qalmışdı. Dennin hələ gəlməmişdi.
Hans Nelson boş stula baxıb başını buladı və yöndəmsiz bir şəkildə zarafat etmək istədi:
- Həmişəki kimi stol arxasında Dennin birincidi! Qəribədi. Yazıq, görəsən, xəsətələnib eləməyib ki?.
- Maykl hanı?- Edit soruşdu.
- Tezdən durub harasa getdi- Harki cavab verdi.
Detçinin sifətində hiyləgər bir təbəssüm hiss olundu. O, özünü elə göstərməyə çalışırdı ki, sanki Dennin stol arxasında niyə olmadığını bilir və ondan izahat tələb edəndə müəmmalı bir görkəm aldı. Edit yataqdakı kişilərə nəzər salıb qayıtdı.Hans sualedici tərzdə ona baxdı, Edit başını buladı.
- O heç vaxt gecikməzdi-deyə Edit dilləndi.
- Heç nə başa düşə bilmirəm- Hans dedi. – Onun həmişə canavar iştahı olub.
- Bədbəxtlik, bədbəxtlik!- Detçi kədərlə başını bulayaraq dedi.
Yoldaşlarının olmaması artıq onları əyləndirməyə başladı.
- Gör necə bir bədbəxtlik!- sakitləşmək bilməyən Detçi dedi.
- Nə olub?- deyə hamısı xorla soruşdu.
- Yazıq Maykl – deyə kədərli bir cavab səsi eşidildi.
- Nə olub axı?- deyə Harki soruşdu.
- Yazıq Maykl aclığın nə olduğunu unudub.Bütün iştahasını itirib. Artıq, yemək onu maraqlandırmır.- Detçi dedi.
- Amma, ona baxanda heç belə deməzsən. Elə yeyir ki, qulaqlarının arxasından cingilti qopur.- Harki əlavə etdi.
- Bu, misis Nelsonun xətrinə dəyməməkdən, ona olan nəzakətdən irəli gəlir,- deyə Detçi etirazını bildirdi.- Siz arxayın olun, mən bilirəm... Yox, bu dəhşətdi! O niyə stolun arxasında yoxdu? Ona görə ki, gedib. Haraya gedib? İştahasını düzəltmək üçün. O, iştahasını necə bərpa edir? Qarda ayaqyalın qaçmaqla. Güya mən bilmirəm. Tamam itən iştahlarını tapmaq üçün varlıların hamısı qarın üstündə ayaqyalın qaçırlar. Mayklın da min altı yüz dolları var və artıq o da varlı sayılır.Onun da iştahası itib.Ona görə də onun dalınca düşüb .Qapını açıb baxsanız, qarın üzərində onun yalın ayaqlarının izini görərsiniz. Amma, iştahasını görə bilməyəcəksiniz. Bədbəxtlik elə budur. Ancaq, Maykl iştahasına çatanda onu tutacaq və səhər yeməyinə gələcək.
Hamı Detçinin bu cəfəngiyyatına qulaq asıb gülürdü. Gülüş hələ kəsilməmiş, qapı açıldı və Dennin içəri daxil oldu.O, əlində ikilüləli tüfəng tutmuşdu. Hamının nəzərləri ona dikildi.O isə tüfəngi çiyninə qaldırıb iki dəfə dalbadal atəş açdı. Birinci atəşdə Detçinin başı stola dəyərək qəhvə olan fincanı aşırtdı, sarışın sacları isə boşqabdakı sıyığa bulaşdı. O, boşqabın kənarını alnı ilə stola sıxdı və boşqab qırx beş dərəcə bucaq altında qalxdı. İkinci atəş açılanda Harki ayaq üstə sıçraya bildi və xırıldayaraq üzü üstə döşəməyə yıxıldı, “ Oy tanrı!” deyərək səsini kəsdi.
Gözlənilməzlik bax beləcə gəldi. Hans və Edit donub qaldılar. Onlar sanki tilisimlənmiş, stullarına yapşıb qalmış halda qatilə baxırdılar. Komanı bürüyən tüstüdən onu görmək olmurdu. Və araya çökən sükutda yalnız aşırılmış fincandan döşəməyə tökülən qəhvənin səsi eşidilirdi.Dennin sürgünü açdı və boş gilizləri tulladı. O, bir əli ilə tüfəngi tutdu, o biri əlini isə patron çıxarmaq üçün cibinə saldı.
Edit Nelson özünə gələndə Dennin patronları artıq tüfəngə qoymuşdu.Aydın idi ki, Dennin indi Editi və Hansı öldürmək istəyir. Gözlənilməzlik bu dəfə elə bir dəhşətli, ağlasığmaz bir forma almışdı ki, bir neçə saniyə Editi tamamilə sarsıtdı, iradəsini iflic etdi. Ancaq o özünü ələ alıb onunla mübarizəyə qoşuldu.Bəli, o, gözlənilməzlə mübarizə etməyə başladı, pişik kimi qatilin üzərinə atıldı və ikiəlli onun boynundan yapışdı. O, qatillə sinə-sinəyə gəldi və bütün ağırlığı ilə Dennin hərəkət etməsinə mane oldu.Dennin qeyri- ixtiyarı olaraq azacıq geri çəkildi və tüfəngi əlindən buraxmayaraq Editi özündən aralamağa çalışdı. Ancaq bu asan bir iş deyildi. Editin möhkəm, əzələli bədəni pişik caynağına dönmüşdü .Edit bütün ağırlığını bir böyrünə salıb güclü bir təkanla Dennini az qala döşəməyə yıxdı. Ancaq, o düzələrək dəli kimi o biri tərəfə sıçradı və Editi də arxasınca sürüdü. Editin ayaqları döşəmədən üzüldü və havadan asılı qaldı, amma Denninin boğazından möhkəm yapışdığı əllərini buraxmadı. O, qolaylanaraq stula çırpıldı və yıxıldı, amma Denninin boğazını buraxmadı. Editin üzərinə yıxılmış Dennin Editlə birlikdə döşəmədə yuvarlandılar.
Hans Nelson mübarizəyə arvadından yarım saniyə sonra qoşuldu.Onun orqanizmi bir o qədər həssas deyildi, beyni və əsəbləri geç reaksiya verdiyindən, o nə baş verdiyini yarım saniyə gec dərk etdi, qərar qəbul edib hərəkətə keçdi. Edit Denninin üstünə atılıb boğazından yapışanda, Hans oturduğu stuldan sıçradı. Editdə olan soyuq qətiyyətlilik onda yox idi.O, güclü, kor-koranə, vəhşi heyvan qəzəbinə də malik deyildi. Ayaq üstə qalxıb bağırtılı,mırıltılı qəribə bir səs çıxardı.Dennin Editi özündən qopartmağa çalışarkən Hans vəhşi bir bağırtı ilə onlara yaxınlaşdı və onlar döşəməyə yıxılan anda özünü yetirə bildi.
Hans yıxılmış Denninin üzərinə atıldı və onu dəli kimi yumruqlamağa başladı. O, sanki cəkici zindana vururmuş kimi vurur, vururdu.Edit Denninin bədəninin hərəkətsiz olduğunu hiss edib barmaqlarını onun boğazından qopardı və kənara süründü. O, döşəmədə uzanıqlı vəziyyətdə idi və ağır-ağır nəfəs alaraq davanı izləyirdi. Hans Denninə saysız –hesabsız zərbələr endirirdi. Amma Dennin artıq tərpənmir və bu zərbələri də hiss etmirdi. Nəhayət, Edit Denninin hüşunu itrdiyini başa düşdü. O, “Bəsdir!”-deyə Hansı səslədi, lakin Hans eşitmədi. Edit onu bir də səsləsə də, Hans yenə də eşitmədi. Edit Hansın əllərindən yapışdı, amma Hans yenə də ona fikir vermədi.
Edit Nelsonun sonrakı hərəkəti nə şüurundan, nə mərhəmət hissindən, nə də “Öldürmə!” əmrinə əməl etməsindən irəli gəlirdi.Uşaqlıqdan canına hopmuş qanuniliyə qeyri-şüuri səy göstərmək, irq etikasına əməl etmək Edit Nelsonu əri ilə Denninin arasına girməyə və bədənini sipər eləyib köməksiz qalmış qatili qorumağa məcbur etdi. Hans Nelson isə vurduğu zərbələrin öz arvadına dəydiyinin fərqində deyildi. Nəhayət, zərbələrin arası kəsildi. Edit Hansı Dennindən aralayıb kənara itələdi. Hans Editə vəhşi heyvan kimi tabe oldu. Ancaq, sahibi tərəfindən qovulan köpək itaətkar olur. Hans Nelson da zəncirini qırmış quduz köpəyə bənzəyirdi.Ondakl qəzəb hissi əndazədən çıxmışdı. O, vəhşi heyvan kimi bağıraraq yenidən Denninin üzərinə atılmaq istədi. Edit sinəsini qabağa verib ona mane oldu.O, Hansı Dennindən yavaş-yavaş aralaya bildi. Edit ərini bu vəziyyətdə heç vaxt görməmişdi. Ərinin bu halı onu qorxudurdu. Dennin hətta əlbəyaxanın qızğın çağında belə onun üçün qorxulu deyildi. O inana bilmirdi ki,vəhşi heyvan kimi hər dəqiqə ona hücum edə biləcək bu quduran varlıq onun əri Hansdır və bütün bunları düşünəndə onu dəhşət bürüdü. Hans isə gah irəliyə cumub qurbanının üzərinə yenidən atılmaq istəyir, gah da zərbələrin arvadına dəyməsindən qorxub geri çəkilirdi. Edit ağlı başına gələnə kimi Hansa mane oldu və onu özünə tabe olmağa məcbur etdi.
Onlar ayağa qalxdılar. Hans səndələyərək geri çəkildi və divara söykəndi.Onun üzü səyriyir, boğuq nəriltisi isə getdikcə azalırdı. Reaksiya başladı. Edit barmaqlarını şaqqıldadaraq içini çəkə-çəkə, qırıq-qırıq nəfəs alaraq otağın ortasında durmuşdu. O, qızdırmalı adam kimi əsirdi.
Hans küt baxışlarını bir nöqtəyə zilləmişdi.Edit də baş verənləri dərk etmək üçün otağı seyr edirdi. Dennin isə hərəkətsiz halda uzanmışdı.Əlbəyaxa zamanı atılmış stul onun yanına düşmüşdü. Denninin bədənin altından ikilüləli tüfəngin yarısı görünürdü. Hüşünü itirənə kimi tüfəngin lüləyinə qoymağa macal tapmayıb əlində sıxıb saxladığı iki patron yerdə idi. Harki güllə dəydiyi yerdə üzü üstə uzanmış, saçları boşqabdakı sıyığa bulaşmış Detçi isə başı stola əyilmiş vəziyyətdə idi. Bir qırağı Detçinin əyilmiş başının altında qalmış boşqabın dik durması Editi təəccübləndirdi. Boşqab axı niyə dik durub? Çox qəribədir! Əgər adamı qətlə yetiriblərsə, bu o demək deyildir ki, sıyıq olan boşqab dik durmalıdır!
Edit Denninə baxdı, amma nəzərlərini yenidən dik duran boşqabda cəmlədi.Həqiqətən də çox gülməli bir şeydir! Edit boşqabı düşünərkən hiss etdi ki, ürəkdən gülmək istəyir. Ancaq otaqdakı ölü sükut bu istəyə güc gəldiyindən o, boşqab barəsində fikirləşməyi unudaraq yalnız bu sükutun pozulmasını istəyirdi. Stolun üstündəki tökülüb dağılmış qəhvə döşəməyə axır və damcıların çıxardığı yeknəsəq səs bu sükutu daha da qabarıq edirdi.Görəsən, Hans niyə susur? O niyə heç nə eləmir? O, Hansa nəzər saldı və nə isə demək istədi, ancaq, dili sözünə baxmadı. Boğazında müəmmalı bir ağrı , ağzında isə bir quruluq var idi. O, sakit-sakit Hansa, Hans da ona baxırdı.
Qəflətən metal bir səs sükutu pozdu. Edit qışqıraraq stola tərəf baxdı. Dik duran boşqab düşmüşdü. Hans sanki yuxudan oyanırmış kimi dərindən nəfəs aldı. Düşən boşqabın cingiltisi onları yeni, onlara tanış olmayan dünyadakı həyata qaytardı. Onların bundan sonra yaşayacaqları və hərəkət edəcəkləri bu yeni dünya komanın divarları arasında yaranmışdı. Köhnə dünya həmişəlik yox olmuşdu. İrəlidə onları yeni, naməlum bir dünya gözləyirdi. Gözlənilməzlik gələcək perspektivi yox elədi, dəyərləri qiymətdən saldı, özünün sehrbaz işığı ilə hər şeyi işıqlandırdı, reallıqla xəyalı qarışdırdıb dolaşıq bir kələfə çevirdi.
- Aman Allah, Hans! – nəhayət Edit dilləndi.
Hans səsini çıxarmadan dəhşətdən bərəlmiş gözlərini Editə zillədi.O, sanki bütün bunları birinci dəfə görürmüş kimi ağır-ağır otağı gözdən keçirdi və papağını başına qoyub qapıya tərəf yönəldi.
- Hans, dayan! Haraya gedirsən?- deyə qorxu hissi bürümüş Edit soruşdu.
Hans qapının dəstəyindən tutaraq yarıya kimi çöndü və cavab verdi:
- Qəbir qazmağa.
- Hansı, məni bunlarla tək qoyma...deyə Edit otaqdakıları göstərdi.
- Onsuz da, geci-tezi qəbir qazmaq lazımdır,- o cavab verdi.
- Ancaq sən neçə qəbir qazmaq lazım olduğunu bilmirsən axı,-deyə Edit ağlamsıyaraq etiraz etdi və Hansın tərəddüd etdiyini görüb əlavə elədi:
- Birlikdə gedərik, mən də sənə kömək edərəm.
Hans stola yaxınlaşdı və qeyri-şüuru olaraq şamın yanığını təmizlədi.Sonra onlar birlikdə otağı gözdən keçirdilər. Detçi və Harki bir güllə ilə qətlə yetirilmişdi. Onların sifətləri dəhşətli halda idi. Çünki, qatıl yaxın məsafədən atəş açmışdı. Hans Denninə toxunmaqdan imtina etdi. Edit özü Denninə yaxınlaşdı.
- O sağdır.
Hans yaxınlaşıb qatilin sifətinə baxdı.
- Nə dedin? – deyə Edit Hansın dodaqaltı mızıldandığı anlaşılmaz sözləri eşidib soruşdu.
- Üç dəfə lənətə gəlim.Niyə onun işini bitirmədim?- deyə o cavab verdi.
Edit dizi üstə çöküb Denninin hərəkətsiz bədəninə tərəf əyildi.
- Kənara çəkil!- deyə Hans xırıltılı, qəribə sürətdə dəyişən səsi ilə dedi.
O, qorxa-qorxa ərinə baxdı.Hans Dennninin tüfəngini götürüb ona patronları qoyurdu.
- Sən nə etmək istəyirsən?- Edit ayağa durub qışqırdı.
Hans susurdu. Edit Hansın tüfəngi çiyninə qaldırdığını görüb cəld bir hərəkətlə tüfəngin lüləyindən yapışıb yuxarı itələdi.
- Çəkil!- Hans xırıltılı səslə qışqırdı.
O, tüfəngi Editin əlindən dartıb almaq istədi. Ancaq, Edit daha da yaxınlaşaraq Hansı iki əli ilə qucaqladı.
- Hans, özünə gəl!-deyə Edit yalvardı.- Sən dəli olmusan!
- O, Detçini, Harkini öldürüb. Mən də onu öldürəcəm,- Hans cavab verdi.
- Belə olmaz. Bunun üçün qanun var,- deyə Edit etiraz etdi.
Hans sanki, “ Bu yiyəsizlikdə nə qanun?” cavabını vermək istəyirmiş kimi nifrət dolu dodaqlarını büzdü və yenidən küt-küt, inadkarcasına təkrar elədi:
- O Detçini və Harkini öldürüb.
Arvadı onu əmin etməyə çalışsa da, Hans onun bütün dəlillərinə tutuquşu kimi yalnız bir cavab verirdi:
- O, Detçini və Harkini öldürüb.
Ancaq Edit uşaqlıqdan ana südü ilə canına hopmuş şeyə qarşı çıxa bilmirdi.Qanuna hörmət etmək onun qanında idi və o qanunun tələb etdiyi kimi hərəkət etmək istəyirdi. O, başa düşə bilmirdi ki, başqa cür necə hərəkət etmək olar. Onun qətiyyəti qarşısında qanunu vecinə almaq istəməyən Hans, cani Dennin durmuşdu.
-Pisliyə qarşı pislik eləmək olmaz.Dennini cəzalandırmağın yeganə yolu onu ədalət məhkəməsinin ixtiyarına verməkdir, - deyə o, Hansı inandırmağa çalışırdı.
Nəhayət, Hans razılaşdı.
- Yaxşı, nə deyirəm.Bildiyin kimi elə. Amma, görərsən, sabah o, bizim ikimizi də öldürəcək, - Hans dedi.
O, başını buladı və tüfəngi almaq üçün əllərini Hansa uzatdı. Hans tüfəngi verməyə hazırlaşırdı ki, yenidən tərəddüd edərək dedi:
- Yaxşısı budur qoy onu öldürüm,- deyə o yalvardı.
Ancaq Edit başını buladı və Hans tüfəngi yenidən ona uzatdı.Elə bu anda komanın qapısı döyülmədən aralandı, içəriyə hindu və onunla birlikdə güclü külək və qar daxil oldu. Edit, Hans arxaya döndülər. Hansın əlində hələ də tüfəng var idi. Çağrılmamış qonağı gördüyü mənzərə azacıq da olsa təəccübləndirmədi. O, Harkinin və Detçinin cəsədinə və Denninin hərəkətsiz bədəninə ani bir nəzər saldı. Sifətində nə bir təəccüb, nə də maraq hissi göründü. Harkinin cəsədi onun qarşısında idi və o, sanki cəsədi heç görmürdü. Sifətində sanki heç bir cəsəd yox imiş kimi soyuq bir ifadə var idi.
- Böyük külək,- deyə hindu güya salamlaşırmış kimi dilləndi.-İşlər yaxşı? Hər şey yaxşı?
Əlində hələ də tüfəng olan Hans bu eybəcər hala düşmüş meyitlərə baxan hindunun onu qatil hesab etməsini başa düşdü və yalvarıcı bir baxışla arvadına baxdı.
- Salam, Nehuk,-Edit güclə dilləndi.- İşlər yaxşı deyil. Böyük bədbəxtlik.
- Xudahafis, mən getdim.Çox tələsirəm,-deyə hindu tələsmədən, yerə tökülmüş qanın üstündən səliqə ilə keçib qapını araladı və çölə çıxdı.
Hans və Edit bir-birinin üzünə baxdılar.
- O elə bildi ki, bunları biz ...,- deyə Hans boğula-boğula dilləndi.- Mən eləmişəm.
Edit susdu, sonra qısaca, işgüzar bir tərzdə bildirdi:
- Qoy nə fikirləşir, fikirləşsin. Bu barədə sonra. İndi isə qəbir qazmaq lazımdır. Amma hər şeydən əvvəl Dennini bağlamaq lazımdır ki, qaçmasın.
Ancaq Hans Denninə toxunmaq istəmirdi. Edit özü Denninin əllərini,ayaqlarını möhkəm-möhkəm bağladı və Hansla birlikdə çölə çıxdı.
Yer elə donmuşdu ki, onu külünglə qazmaq müşkül iş idi.Onlar qarı təmizləyib topladıqları budaqları təmizlənmiş yerə yığıb tonqal qaladılar.
Onlar bir saat tonqal qaladılar və nəhayət tonqal qalanan yerin donu bir neçə dyüm açıldı. Donu açılmış yerdə çala qazdılar və çalada yenidən tonqal qaladılar. Beləcə, onlar yavaş-yavaş, saatda iki-üç dyüm qazaraq torpaqda bir çala düzəltdilər.
Bu, çox üzücü və ağır bir iş idi. Qar çovğunu tonqalı yanmağa qoymur, külək isə bədənlərini buza döndərirdi. Onlar dinməz-söyləməz işləyiridilər. Külək ağızlarını açmağa imkan vermirdi.Arabir bir-birinə bir-iki söz deyib Denninin cinayət törətməsinin səbəbini dərk etmək istəyirdilər, amma baş vermiş hadisənin dəhşətindən sarsılaraq elə o dəqiqə də susurdular. Günorta üstü komaya nəzər salan Hans acdığını bildirdi.
- Yox, yox, Hans, səbr elə,- deyə Edit yalvarıcı səslə dilləndi.- Mən tək getməyə qorxuram.Onlar orda ola-ola sənə yemək hazırlaya bilmərəm.
Saat ikidə Hans birlikdə komaya getməyi Editə təklif etdi. Ancaq Edit Hansı bir az da işləməyə məcbur etdi və saat dörddə qəbirlər artıq hazır idi. Qəbirlərin dərinliyi iki futdan çox olmazdı. Meyitləri basdırmaq üçün bu qədər dərinlik bəs edirdi.Gecə düşdü.Çovğunlu bir hava var idi. Hans nartaları (narta- şimalda it və maral qoşulan kirşə-Ş.Q.) hazırladı və bu iki meyit son mənzillərinə-buz kimi qəbirə yollandılar. Dəfn mərasimi təmtəraqsız keçdi. Nartalar qara batırdılar və onları sürümək çətin idi. Hans da, Edit də dünəndən heç nə yemədiklərindən çox halsız idilər və ayaq üstə güclə dururdular. Üstəlik də güclü,soyuq külək onları lap əldən salırdı. Küləklə mübarizə aparmağa onların gücü qalmamışdı. Nartaları qəbirə sürüyüb aparanda bir neçə yerdə onları aşırmışdılar və hər dəfə o dəhşətli yükləri yenidən nartalara yükləməli olurdular. Sonuncu yüz fut məsafəni qət etmək üçün yoxuca dırmaşmaq lazım gəlirdi.Onlar bu yoxuca əllərini qara batıraraq it kimi iki əli iki ayağı üstə qalxırdılar. Amma ağır yük onları geriyə dartırdı. Onlar iki dəfə sürüşüb yıxıldılar və aşağıya doğru yumalandılar. Qoşqu qayışları və nartalar, dirilər və ölülər dəhşətli bir yumaq şəklində bir-birinə dolaşırdılar
- Sabah dirəkləri qoyub üstünə də adlar olan lövhələri vuraram,- deyə Hans qəbirləri doldurandan sonra dilləndi.
Edit ağlayırdı.O,azacıq özündə güc tapıb qırıq-qırıq səslə dua etdi və Hans geriyə qayıdarkən Editi demək olar ki, qucağında apardı.
Dennin özünə gəldi.O, döşəmədə əbəs yerə sürünür və özünü azad etməyə çalışırdı. Hans və Edit daxil olanda o, yanan baxışları ilə onları süzdü və heç nə demədi. Hans qatilə toxunmayacağını yenidən dilinə gətirdi. O, Editin Dennini sürüyərək o biri otağa aparmağa cəhd etməsini laqeydcəsinə seyr etdi. Amma Edit nə qədər əlləşsə də, Dennini döşəmədən qaldırıb taxta uzandıra bilmədi.
- Qoy ona bir güllə vurum, vəssalam,- deyə Hans sonuncu dəfə Editi razı salmağa cəhd etdi.
Ancaq Edit başı ilə yox cavabını verdi və yenidən Denninin üzərinə əyildi. Denninin bu dəfə çox asanlıqla döşəmədən aralanması Editi çox təəccübləndirdi.Amma yanında Hansı görüb başa düşdü ki, Hans təslim olaraq onun köməyinə gəlib. Sonra onlar mətbəxi yığışdırdılar. Ancaq döşəmədəki qan ləkələri sanki baş verən faciədən danışmaq istəyirdi. Hans qan ləkələri olan yeri rəndələyib yonqarları da sobada yandırdı.
Kədər və sükut dolu günlər bir-birini əvəz edirdi.Sükutu yalnız buzla örtülmüş sahilə çarpılan dalğaların səsi pozurdu. Hans bütünlüklə Editə qulaq asırdı.Onun əvvəlki üşgüzarlığından əsər-əlamət qalmamışdı. Denninin taleyini Edit öz əlinə almışdı və Hans bir daha heç nəyə qarışmaq istəmirdi.
Qatil isə onlar üçün daima təhlükə idi. O, hər an zəncirlərdən azad ola bilərdi. Ona görə də Editin, Hansın gözləri gecə-gündüz onun üstündə idi. Onlar əllərində tüfəng Denninin yatdığı taxtın yanında oturub növbə ilə onun keşiyini çəkirdilər. Edit əvvəlcə səkkiz saatlıq növbə çəkməyi təyin etmişdi, ancaq onların hər ikisi bu qədər vaxta dözə bilmədilər və sonda növbəni dörd saata endirdilər. Həmin günlər nöbətçiliyi bütün günü çəkirdilər. Növbə çəkməkdən başqa yemək hazırlamaq, odun gətirmək də lazım idi. Onlar demək olar ki, bütün vaxtlarını Denninin keşiyini çəkməyə sərf edirdilər.
Nehukun qəfil gəlişindən sonra hindular komadan yan keçməyə çalışırdılar. Edit Hansı onların yanına göndərdi. O istəyirdi ki, hindular Dennini kanoe mindirib ağ dərili insanların olduğu yaxın bir yaşayış yerinə, yaxud da faktoriyaya ( faktoriya-Avropa tacirlərinin müstəmləkələrdə təşkil etdikləri ticarət məntəqəsi-Ş.Q.) aparsınlar. Amma, Hans hinduların yanından əli boş qaydanda Edit özü Nehukun yanına getməli oldu. Nehuk,tayfasının taleyinə məsuliyyət daşımaq hissi ilə alışıb yanan, kiçik sivaş qəsəbəsinin başçısı idi. Nehuk fikrini çox qəti və qısa bir şəkildə Editə bildirdi.
- Ağ adamlara bədbəxtlik üz verib.Sivaşlılara bədbəxtlik üz verməyib,-deyə Nehuk danışmağa başladı.-Mənim xalqım sənin xalqına kömək edər. Mənim xalqıma da bədbəxtlik gələr.Ağ adamların və sivaşlıların bədbəxtlikləri birləşsələr, böyük bir bədbəxtlik olar. Böyük bədbəxtlik,lap böyük bədbəxtlik. Belə bədbəxtlikdən pis şey ola bilməz. Mənim xalqım pisilik eləmir. Mənim xalqım nəyə görə sənin xalqına kömək edib özünə bədbəxtlik gətirməlidir?
Edit və Hans kor-peşman komalarına qayıtdılar.Qurtarmaq bilməyən dörd saatlıq nöbətçilik davam etməyə başladı. Bəzən elə olurdu ki, növbəti keşik çəkmə zamanı Denninin qarşısında oturub tüfəngi də dizinin üstünə qoyan Editin gözləri yumulur və o mürgüləyirdi. Və hər dəfə səksəkəli şəkildə oyanıb tüfəngdən daha möhkəm yapışaraq qorxa-qorxa qatilə baxırdı. Bu qəfləti oyanmalar onun əsəblərinə çox pis təsir edirdi .Elə hallar da olurdu ki, Edit yatmırdı. Ancaq Dennin ədyalın altında çevrilən kimi Edit diksinərək tüfəngdən yapışırdı. Bir sözlə, o, qatildən çox qorxurdu.
O başa düşürdü ki, əsəbləri hər an pozula bilər. Artıq onun göz almacıqları qeyri-iradi olaraq səyriyirdi. O, sakitləşmək üçün gözlərini yummağa məcbur olurdu. Daha sonra gözləri qeyri-ixtiyarı olaraq gərilirb yumulurdu və buna qarşı heç bir şey etmək də mümkün deyildi. Editə ən çox əzab verən isə baş vermiş hadisəni unuda bilməməsi idi. O, komada baş verən və onların həyatını puç eləyən o dəhşətli səhəri hec cür unuda bilmirdi.Qatilin hər gün qayğısını çəkmək məcburiyyətində qalan Edit dişlərini sıxıb iradəsinin gücü ilə özünü ələ alırdı.
Hansın işi isə tamam başqa cür idi. Onun beynində yalnız bir fikir dolaşırdı: Dennini öldürmək. Və o hər dəfə Denninə yemək verəndə, ya da onun keşiyini çəkəndə Editi qorxu hissi bürüyürdü. O, Hansın Dennini öldürəcəyindən qorxurdu. Hans Denninlə çox kobud davranır və daima onu lənətləyirdi. O çalışırdı ki, Dennini öldürmək istəyini gizlədə bilsin və bəzən arvadına deyirdi:
- Bax, görərsən. Onu öldürməyimi sən özün məndən xahiş edəcəksən. Amma mən o zaman əlimi qana bulaşdımaq istəməyəcəm.
Keşik çəkmə növbəsini Hansa verən Edit bir neçə dəfə gizlincə qapıya yaxınlaşaraq iki kişinin vəhşi heyvan kimi gözləri ilə bir-birini necə yediyini görmüşdü. Belə anlarda o, Hansın sifətində qana hərislik, Dennin sifətində isə ov heyvanına məxsus bir qəzəb və ümidsizlik hiss edirdi.
- Hans! Özünə gəl!- deyə o, Hansı səslədi.
O diksinərək özünə gəlirdi və onun baxışlarında təəssüf hissi yox, təşviş və qorxu hiss olunurdu.
Beləliklə, Edit Nelsonun üzləşdiyi gözlənilməzliyin bir hissəsi də Hans idi. Edit Denninin qanun qarşısında cavab verməsini istəyirdi. Amma Denninin mühakimə edilməsi üçün onu hökumətə təvhil vermək lazım idi. Bu o demək idi ki, Dennin o vaxta qədər onların əsiri olmalıdır. Amma indi daha çox Hans barəsində düşünmək lazım olurdu. Edit çox yaxşı başa düşürdü ki, düşüncəsinin, ruhunun xilası bu işi sona çatdırmaqdan asılıdır. Özünü, gücünü, dözümlülüyünü də bu vəzifənin bir hissəsi hesab edirdi.
Gərginlik isə çox böyük idi. Özündən asılı olmayaraq onun əlləri əsir, qaşığı ağzına apara bilmir, sup içərkən ətrafa dağıdır, sol əli isə tamamilə sözünə baxmırdı. Edit onda başlayan bu hərəkətlərin əlamətlərinin eyni ilə müqəddəs Vittanın rəqsinə (Vitta rəqsi-müasir tibbdə qıcolmalarla müşayiət olunan əsəb xəstəliyi-Ş.Q.) oxşamasından və tezliklə əlil olacağından qorxurdu. Birdən tab gətirə bilməsə, onda necə olsun? O, Hansla Denninin komada bir yerdə olacaqlarını təssəvvürünə gətirəndə dəhşətə gəlirdi.
Üç gündən sonra Dennin danışmağa başladı.
- Neyləmək istəyirsiniz mənimlə?- deyə o soruşdu və bu sualı demək olar ki, hər gün verirdi.
Edit isə hər dəfə onunla qanun çərçivəsində davranacaqlarını deyir, eyni zamanda ondan soruşurdu:
- Sən niyə belə elədin?- ancaq Dennindən cavab ala bilmirdi. Düşdüyü vəzziyyət Dennini dəli olmaq həddinə çatdırırdı və o özünü ora-bura vurur, taxta çırpır, bağlandığı kəmərləri qırmaq istəyir, Editi hədələyirdi.O, azad olan kimi Editlə hesablaşacağını və bunu geci-tezi edəcəyini söyləyirdi.Belə anlarda Edit özünü saxlaya bilmir və ikilüləli tüfəngin hər iki tətiyini çəkib Dennini öldürmək istəyirdi. Amma yaranmış gərginlikdən və qorxudan onu əsməcə tutur, başı gicəllənir, ürəyi bulanırdı.
Dennin getdikcə daha çox danışmağa başlayırıdı.Görünür ki, o, günlərlə hərəkətsiz uzanmağından bezmişdi. O, cürbəcür andlar verərək Editdən onu azad etməsini xahiş edir, yalvarırdı. Nə Hansa, nə də Editə toxunmayacağına, çıxıb gedəcəyinə və özünü hökumətə təslim edəcəyinə söz verirdi. Qızıllarını da Hansa, Editə verəcəyini, başını götürüb buzla örtülmüş səhraya çıxıb gedəcəyini, heç kimin bir də onu görə bilməyəcəyini bildirirdi. Əgər əllərini açsalar, o hətta özünü öldürməyə hazırdır. Denninin bu yalvarışları adətən rabitəsiz mızıldanmağa, sayıqlamağa keçirdi. Editə hər dəfə elə gəlirdi ki, Denninin əsəb tutmaları başlayıb. Denninin bütün bu yalvarışlarına baxmayaraq o, başını bulayaraq onu azad etməyəcəyini bildirirdi.
Həftələr keçdi və Dennin yavaş-yavaş sakitləşməyə başladı. Yorğunluq öz işini görmüşdü.
- Ah, necə də yorulmuşam!- deyə o mızıldandı və balaca uşaq kimi özünü yastığa çırpdı.Bir həftə də keçdi.Dennin artıq ölməyi arzulayır və bunun üçün dualar edirdi.
- Vur məni,-deyə o, gah Editə yalvarır, gah da onun əzablarına son qoymadığı üçün Hansı lənətləyirdi. O, yalnız bir şeyi arzulayırdı- əbədi sakitliyi.
Gərginlik dözülməz bir həddə çatmışdı. Editin əsəbləri sim kimi tarıma çəkilmişdi və hər dəqiqə qırıla bilərdi.O, hər an fəlakət baş verəcəyini gözləyir, nə dincələ,nə də yata bilirdi. Hansın Dennini öldürə biləcəyi ehtimalı ona rahatlıq vermir və üzürdü. Yanvar ayı da girdi. Amma, onlar çox gözəl bilirdilər ki, hər hansı bir ticarət şxununun (şxun-iki və ya üç dorlu yelkənli gəmi-Ş.Q.) onlar olan körfəzə yan alması üçün hələ bir neçə ay da keçəcək. Ərzaqları da tükənmək üzrə idi. Çünki, ağıllarına belə gəlməzdi ki, bütün qışı burada qalacaqlar. Hans isə ova getmədiyindən ərzaq ehtiyatlarını artıra bilməmişdi. Hər ikisi komaya sanki zəncirlənmiş və gecə-günüz Denninin keşiyini çəkməyə məcbur idilər.
Edit başa düşürdü ki, müəyyən bir qərara gəlmək lazımdır.Nə edəcəyini dəfələrlə götür-qoy edirdi və hər dəfə də qanuna hörmətlə yanaşmaq kimi əcdadlarından irsi olaraq keçmiş, qanuna hopmuş keyfiyyətlərdən, tərbiyə aldığı anlayışlardan imtina edə bilmirdi. Edit möhkəm əmin idi ki, hər necə olursa-olsun, qanuna uyğun hərəkət etmək lazımdır. O, bu uzun qış gecələrində yuxusuz, ikilüləli tüfəngi dizinə sıxaraq ora-bura vurnuxan Denninin yanında oturub pəncərə arxasından gələn çovğunun vıyıltısına qulaq asa-asa sosial problemlər üzərində düşünür və özünün qanun təkamülünün nəzəriyyəsini yaradırdı. O belə bir nəticəyə gəlirdi ki, qanun, bu və ya digər qrup insanların iradəsinin ifadəsidir.Qrupun böyük və ya kiçik olmasının isə heç bir əhəmiyyəti yox idi.Elə qruplar var ki, çox kiçikdirlər, məsələn İsveçrə kimi, ya da Amerika kimi böyük qruplar-deyə Edit mülahizə edirdi.Qrup çox kiçik olsa belə, mahiyyət eynidir.Bir ölkədə cəmi cümlətanı on min nəfər əhali olsa da, onların iradəsi ölkələri üçün qanun olacaq. Əgər belədirsə, o zaman min nəfər də öz qanununu yarada bilər. Bir halda ki, min nəfərin iradəsi qanun ola bilər, o halda yüz nəfərin iradəsi niyə olmasın? Yüz olarsa, əlli niyə olmasın? Beş, yaxud iki nəfər niyə ola bilməz?
Belə bir nəticəyə gəlmək Editi qorxutdu və o, düşündüklərini Hansa danışdı.Hans əvvəlcə Editin fikirlərini başa düşmədi. Amma elə ki, Editin məqsədi ona məlum oldu, bu fikirlərə münasibətini tutarlı misallar gətirməklə bildirdi. Hans bütün mədənlərdən axışıb gələn qızılaxtaranların yığıncağından, qanun təsis edib onu icra etmələrindən danışdı. Onların sayı on, on beş nəfər olardı, -deyə Hans davam etməyə başladı. -Ancaq, əksəriyyətin iradəsi hamı üçün qanundur və kim onu pozarsa, cinayət daşıyır.
Nəhayət, Edit üzərinə düşən vəzifəni başa düşdü. Dennin dar ağacından asılmalıdır. Hans onunla razılaşdı. Onlar öz kiçik qrupularında əksəriyyət təşkil edirdilər.Dennin ölməlidir.Çünki, qrupun iradəsi bunu tələb edir. Edit lazımi formaya riayət etmək üçün əlindən gələni etdi. Ancaq onların qrupu o qədər kiçik idi ki, şahidlər, hakimlər,məhkəmə iclasçıları ,hətta cəlladlar qismində özləri iştirak etməyə məcbur idilər.
Edit Detçini və Harkini qətlə yetirdiyinə görə Maykl Denninə formal ittiham irəli sürdü. Əsir isə taxtda uzanaraq şahidlərin-əvvəlcə Hansın, sonra isə Editin ifadələrinə qulaq asırdı. Özü isə danışmaqdan imtina edərək günahını nə inkar, nə də etiraf etmək istəmədi. Dennin Editin o, özünə bəraət qazanmaq üçün nə deyə bilər sualına susmaqla cavab verdi. Hans və Edit yerlərini tərk etmədən məhkəmə iclasçılarının hökmünü səsləndirdilər. Maykl Dennin adam öldürməkdə təqsirləndirilirdi. Daha sonra, Edit hakim qismində hökmü səsləndirdi.Onun səsi titrəsə də, hökmü axıra kimi oxudu.
- Maykl Dennin! Siz məhkəmənin qərarı ilə üç gün tamam olduqdan sonra dar ağacından asılmaqla ölüm cəzasına məhkum edilirsiniz.
Hökm məhz bu cür idi. Əsir rahat-rahat nəfəs aldı, sonra meydan oxuyurmuş kimi güldü və dedi:
- Çox gözəl! Lənətə gəlmiş taxt artıq böyrümü yara eləməyəcək. Nə deyə bilərəm? Buna görə də sağ olun!
Hökm oxunandan sonra sanki hamı özündə bir yüngüllük hiss etdi. Xüsusi ilə də Dennin. O, demək olar ki, bir anda tamamilə başqa bir adam oldu. Onun əvvəlki sərt kobudluğundan əsər- əlamət qalmamışdı. O, keşikçiləri ilə çənə vururdu, amma, artıq bu çərənləmələrdə əvvəlki şövq, hazırcavablıq hiss olunmurdu. Edit ona Bibliyanı oxumağa başladı. Dennin diqqətlə qulaq asır və çalışırdı ki, hər bir sözü eşidə bilsin.Edit əhdi-cədiddən (incilin və başqa xristian dini kitablarının adı- Ş.Q.) oxuyurdu və qatil ata-anasının üzünə ağ olmuş oğuldan və çarmıxa çəkilmiş quldurun dua etməsindən bəhs edən əxlaqi hekayələrə çox diqqətlə qulaq asırdı.
Edamdam əvvəl Edit Denninə yenidən eyni sualı verdi::
- Niyə belə elədin?
Və Dennin cavab verdi:
- Cavabı çox sadədir. Fikirləşdim ki,...
Edit gözlənilmədən Denninin sözünü kəsdi və gözləməyi xahiş edərək Hansa tərəf yaxınlaşdı. Hans isə çəkdiyi növbədən sonra yatırdı. O oyandı, taxtda oturub gözlərini ovuşdura-ovuşdura donquldandı.
- Get Nehuku, hindulardan kim olsa, tez buraya gətir. Maykl etiraf eləmək istəyir. Tüfəngi də götür, silah gücünə də olsa, onları buraya gətir, -deyə Edit Hansı tələsdirdi.
Yarım saatdan sonra Nehuk və qohumu Hedikvan ölümə məhkum edilmiş Denninin uzandığı otağa daxil oldular.Onlar buraya çox həvəssiz gəlmişdilər. Hans əlində tüfəng onları qabağına qatıb gətirə bilmişdi.
- Nehuk,-Edit dedi,- bizim sənə, nə də sənin xalqına heç bir pislik etmək niyyətimiz yoxdur.Sizdən heç nə istəmirik. Oturun və qulaq asın. Çalışın ki, deyilənlərin hamısını başa düşəsiniz.
Beləcə, ölümə məhkum edilmiş Maykl Dennin cinayət törətdiyini açıq şəkildə etiraf etdi. O danışdıqca Edit onun ifadələrini yazır, Hans isə şahidlərin aradan çıxmasından qorxaraq qapının yanında keşik çəkirdi.
Düz on beş ildir ki, o, öz vətənində olmayıb və bu illər ərzində yeganə arzusu çoxlu pul qazanıb evlərinə qayıtmaq, ömrünün axırına kimə heç bir ehtiyacı olmaması üçün qoca anasını təmin etmək olub, -deyə Dennin danışmağa başladı.
- Məgər min altı yüz dollarla nə isə eləmək mümkündürmü?- Dennin davam etdi. – Mənə bütün qızıllar, səkkiz minin hamısı lazım idi. O zaman evimizə bir varlı kimi dönərdim.” Bundan asan nə var ki?- mən fikirləşdim.- Onların hamısını öldürüb Skaqueədə deyərəm ki, bu, hinduların işidir və sonra da öz evimə, İrlandiyama üzüb gedərəm”. Belə qərara gəldim və işə başladım- sizin hamınızı növbə ilə güllələmək istədim... Amma Harki demişkən, görünür ki, istədiyim tikə mənə görə deyilmiş və tikə mənim boğazımda qaldı. Bu da sizə mənim etirafım. Şeytan məni yoldan çıxardı, amma indi allah qoysa, günahımı yuya biləcəyəm.
- Nehuk və Hedikvan, siz ağ adamın dediklərini eşitdinizmi?- deyə Edit hindulardan soruşdu. - Mən onun sözlərini bu kağıza yazmışam və siz də bu kağıza öz nişanlarını qoymalısınız. Ağ adamlar gələndə bu kağıza baxıb görəcəklər ki, siz bu adamın sözlərini eşitmisiniz.
Hər iki hindu öz adlarının qarşısında xaç işarəsi qoydu. Sonra Edit sabahkı hadisələrə şahid olmaları üçün qəsəbənin bütün sakinləri ilə birlikdə buraya gəlmələrini onlara tapşırdı.Hindular çıxıb getdilər.
Etirafı ümzalaması üçün Denninin əllərini azad etdilər. Sonra otağa sükut çökdü. Hans narahat-narahat otaqda var-gəl etməyə başladı. Editin də halı özündə deyildi. Dennin arxası üstə üzanıb mamır basmış tavana baxırdı.
- İndi isə günahımı Allah qarşısında yumalıyam, -deyə Dennin mızıldandı və Editə tərəf çönərək xahiş etdi:- Xahiş edirəm, o kitabdan bir də oxu.Sonra zarafatyana əlavə etdi: - Bir də görəcəm ki, lənətə gəlmiş bu taxt böyrümü artıq deşmir.
Onlar Dennini edam etməyə aparanda aydın, temperturu mənfi iyirmi beş dərəcəyə çatan şaxtalı bir gün idi. Buz kimi soyuq külək paltardan keçib sümüyə qədər işləyirdi.Bu aylar ərzində Dennin birinci dəfə idi ki, ayaq üstə dururdu. Onun əzələləri o qədər hərəkətsiz qalmışdı ki, bədəni duruşa tab gətirə bilmir və o güclə ayaq üstə dururdu.O tərəf bu tərəfə aşır, büdrəyir və yıxılarkən bağlı əlləri ilə Editdən yapışırdı.
- Lap sərxoş kimiyəm,- deyə o güldü. Bir dəqiqədən sonra davam etdi: - Mən çox şadam ki, hər şey bitdi. Lənətə gəlmiş taxt məni əldən salmışdı.Edit qualqlı papağı Denninin başına qoyub qulaqlarını sallayanda o gülərək soruşdu:
- Bu nəyə lazım?
- Havada şaxta var,- deyə Edit cavab verdi.
- Yazıq Maykl Denninin qulaqları donarmış? Məgər on dəqiqədən sonra hər şey onun vecinə olmayacaqmı? Edit sonuncu dəhşətli sınaqdan qabaq iradəsini toplayıb özünü ələ almağa çalışırdı. Amma Denninin dediyi sözlər onun soyuqqanlılığına ağır zərbə vurdu. O, bu ana kimi real olmayan bir dünyada sanki yatmış vəziyyətində idi. Denninin söylədiyi kobud həqiqət onu özünə gəlməyə məcbur etdi və o, baş verənlərə yeni gözlə baxmağa başladı. Onun həyəcanlı olması Denninin gözündən yayınmadı.
- Deyəsən, axmaq sözlərimlə səni təsirləndirdim, -deyə Dennin günah işlətmiş kimi dedi.- Vallah, zarafat eləyirdim. Bu gün Maykl Dennin üçün ən böyük bir gündür və o, torağay quşu kimi şəndir.
O,özünü gümrah göstərmək üçün fit çalmağa başladı, ancaq tezliklə onun fiti qəmli bir notda kəsildi.
- Heyif ki, burada keşiş yoxdur, - o, fikirli-fikirli dedi və tez də əlavə elədi: -Əlbəttə, Maykl Dennin köhnə əsgərdir, döyüşə getmək vaxtı tük döşək arzulamaq ona yaraşmaz.
Dennin o qədər zəifləmişdi ki, addımını güclə atırdı. O, qapının astanasından bir addım atan kimi küləyin gücünə tab gətirməyib az qala yıxılmışdı.Hansla Edit onunla yanaşı addımlayır və hər iki tərəfdən ona dayaq olub yıxılmağa qoymurdular.Dennin isə zarafat eləyib onları ruhlandırmağa çalışırdı. O, qəflətətən sözünü yarımçıq kəsib ciddi bir görkəm aldı və qızıllarını İrlandiyaya, anasına necə göndərməyi Editə, Hansa izah etdi. Onlar təpəyə qalxdılar və ağacların əhatə etdiyi açıqlığa çıxdılar.
Burada, qarın üstündə ağzı üstə çevrilmiş çəlləyin ətrafında yarımdairəvi şəkildə, başda Nehuk və Hedikvan olmaqla bütün hindular toplaşmışdılar. Südəmər körpələrdən tutmuş itlərə kimi bütün qəsəbə ağ adamların qanunu necə icra etməsinə tamaşa etmək üçün gəlmişdilər. Bir az aralıda tonqaldan qarı ərimiş donmuş torpaqda Hansın qazdığı dayaz çala da görünürdü.
Dennin işgüzar bir tərzdə hər şeyi: qəbri, çəlləyi,ağacadan asılmış kəndiri seyr etdi, kəndirin yoğunluğunu, budaqların möhkəmliyini yoxladı.
- Afərin, Hans! Əgər sənin üçün bütün bunları mən etsəydim, düzünü deyim ki, bundan yaxşı alınmazdı.
Dennin etdiyi zarafata ucadan güldü. Ancaq, Hansın ölü rəngində sifəti isə qaşqabaqlı və hərəkətsiz idi.Elə görünürdü ki, onu bu vəziyyətdən yalnız dəhşətli məhkəmənin sona çatması çıxara bilərdi. O, özünü möhkəm tutmağa çalışsa da, bu mənzərə onun üçün çox ağır idi. O, yalnız indi dərk edirdi ki, insanı o biri dünyaya göndərmək nə qədər çətin imiş. Edit bunu Hansdan qabaq dərk eləsə də, özündə bir yüngüllük hiss etməmişdi.O qorxurdu ki,sona qədər tab gətirməyə onun gücü çatmaz. Onu ağlamaq, qışqırmaq, qarın üstünə yıxılmaq və sifətini qarda basımaq, meşələrdən keçib hara gəldi qaçmaq, hər şeydən qaçmaq kimi bir istək bürüdü... Onun buraya gəlməsinə, qamətini düz saxlayıb lazım olan şeyi etməsinə yalnız ruhi gücünün böyük enerjisi məcbur edə bilərdi. Və o, Denninin ona kömək etməyə səy göstərməsini görəndə ürəyində ona təşəkkürünü bildirirdi.
- Kömək elə qalxım, -deyə Dennin çəlləyin üstünə qalxmaq üçün Hansdan kömək istədi.
O, Editin ilgəyi onun boynuna asan keçirməsi üçün başını aşağı əydi.Sonra qamətini düzəldib, Hansın kəndiri onun başı üzərindəki budaqda möhkələtməsini gözlədi.
- Maykl Dennin! Bir söz demək istəyirsənmi?- deyə Edit səsinin titrəməsinə baxmayaraq ucadan və aydın səslə soruşdu. Çəlləyin üstündə ayaqlarını döyəcləyən Dennin sanki həyatında ilk dəfə nitq söyləyən adam kimi təşvişlə ayaqlarının altına baxdı, öskürdü.
- Mən çox şadam ki, buna son qoyulacaq, - o dedi.- Siz mənimlə xristiancasına rəftar etdiniz və bu xeyirxahlığınıza görə sizə ürəkdən öz minnətdarlığımı bildirirəm.
- Uca Tanrı, günahını etiraf edən bəndənin ruhunu qəbul elə!- Edit dedi.
Və Editin gərginlikdən cingildəyən səsinə səs verən Dennin zəif səslə dedi:
- Günahını etiraf edən bəndənin ruhunu qəbul elə, uca Tanrı!
- Əlvida, Maykl!- deyə Edit ucadan qışqırdı və onun bu səsində bir ümidsizlik hiss olunurdu.
O, bütün bədəni ilə çəlləyin üstünə yıxıldı, amma çəlləyi aşıra bilmədi.
- Hans! Tez ol, Kömək elə!- deyə o, alçaqdan qışqırdı.
O, bütün gücünü versə də, çəlləyi yerindən tərpədə bilmədi.Hans qaçaraq Editin köməyinə gəldi və Denninin ayaqları altından çəlləyi vurub aşırdı.
Edit arxasını asıla qalmış Denninə tərəf çevirdi və barmaqları ilə qulaqlarını tıxadı. Sonra kəskin, xırıltılı və metal cingiltili bir səslə gülməyə başladı.Editin gülməyi Hansı heyrətə gətirdi. O, belə bir dəhşətli səsi heç vaxt eşitməmişdi. Edit Nelsonun ən çox qorxduğu şey baş vermişdi.Bütün bədənini isteriya bürüsə də, o özündə baş verənləri çox aydın dərk edir, işi sona çatdırdığına görə sevinirdi. O əyilərək Hansa qısıldı.
- Məni evə apar, Hans,- deyə o, güclə eşidiləcək səslə yalvardı.- Qoy dincəlim. Qoy dincəlim,dincəlim,dincəlim...
O, onun dolaşıq addımlarını istiqamətləndirən, yıxılmağa qoymyan Hansın qollarına girərək qarın üstü ilə irəliyə hərəkət eləyirdi. Hindularr isə hələ də orada idilər və onlar təntənəli bir sükutla ağ dərili insanların insanı havada rəqs etməyə məcbur edən qanunun necə yerinə yetirilməsini müşahidə edirdilər.
Tərcümə etdi: Şakir Millətoğlu Qurbanov


Нравится
         
Tweetle

Fikrini bildir
Ваше Имя:
Ваш E-Mail:
winkwinkedsmileam
belayfeelfellowlaughing
lollovenorecourse
requestsadtonguewassat
cryingwhatbullyangry
Diqqətinizi çəkə biləcək digər xəbərlər
İrəvanda etiraz dalğası genişlənib - tələbələr dərsləri boykot etdilər

12:05 İrəvanda etiraz dalğası genişlənib - tələbələr dərsləri boykot etdilər

Gömrük Komitəsində vəzifəli şəxsin oğlu qəza törədib, ağır yaralanan var - VİDEO

08:06
Gömrük Komitəsində vəzifəli şəxsin oğlu qəza törədib, ağır yaralanan var - VİDEO

«CƏNAB PREZİDENT, VƏLİ HÜSEYNOV KİMİ MƏMURLARLA NECƏ İŞLƏMƏK OLAR?»-YENİLƏNİR

16:12
«CƏNAB PREZİDENT, VƏLİ HÜSEYNOV KİMİ MƏMURLARLA NECƏ İŞLƏMƏK OLAR?»-YENİLƏNİR

Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...

19:28
Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...

Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib

19:10
Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib

Bakıda yağış, dağlıq ərazilərdə isə qar gözlənilir

20:27 Bakıda yağış, dağlıq ərazilərdə isə qar gözlənilir

Həftəbecər

14:29 Həftəbecər

Şəhid və itkin düşmüş şəxslərin ailələrinə birdəfəlik pul vəsaiti veriləcək - FƏRMAN

12:19
Şəhid və itkin düşmüş şəxslərin ailələrinə birdəfəlik pul vəsaiti veriləcək - FƏRMAN

Arizona Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edib -video

11:00
Arizona Senatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edib -video

Reklam yeri

  • 13:30 Su sayğaclarına qənim kəsilənlər yaxalandı Su sayğaclarına qənim kəsilənlər yaxalandıSu sayğaclarına qənim kəsilənlər yaxalandı
  • 13:14
    Polis əməkdaşları qar uçqunu altında qalan 5 nəfəri xilas ediblər
    Polis əməkdaşları qar uçqunu altında qalan 5 nəfəri xilas ediblərPolis əməkdaşları qar uçqunu altında qalan 5 nəfəri xilas ediblər
    Polis polkovnik-leytenantı Mirnemət Mirbabayev dərhal müraciət edən şəxslə telefonla əlaqə saxlayaraq onların koordinatlarını dəqiqləşdirib
  • 12:49
    Ermənistanda hərbçilər də etirazçıların tərəfinə keçdi - VİDEO
    Ermənistanda hərbçilər də etirazçıların tərəfinə keçdi - VİDEOErmənistanda hərbçilər də etirazçıların tərəfinə keçdi - VİDEO
  • 12:45
    Депутатов РФ предложили лишать мандата за несоответствие расходов доходам
    Депутатов РФ предложили лишать мандата за несоответствие расходов доходамДепутатов РФ предложили лишать мандата за несоответствие расходов доходам
  • 12:27 “ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb “ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb“ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb
  • 12:05 İrəvanda etiraz dalğası genişlənib - tələbələr dərsləri boykot etdilər İrəvanda etiraz dalğası genişlənib - tələbələr dərsləri boykot etdilərİrəvanda etiraz dalğası genişlənib - tələbələr dərsləri boykot etdilər
  • 11:30
    Gizli ibadət-tədris kompleksi aşkarlanıb - DTX araşdırır
    Gizli ibadət-tədris kompleksi aşkarlanıb - DTX araşdırırGizli ibadət-tədris kompleksi aşkarlanıb - DTX araşdırır
  • 11:25
    TANINMIŞ FERMERLƏ GORANBOYUN İCRA BAŞÇISININ QALMAQALI BÖYÜYÜR-VİDEO
    TANINMIŞ FERMERLƏ GORANBOYUN İCRA BAŞÇISININ QALMAQALI BÖYÜYÜR-VİDEOTANINMIŞ FERMERLƏ GORANBOYUN İCRA BAŞÇISININ QALMAQALI BÖYÜYÜR-VİDEO
  • 11:14
    ABŞ-dakı erməni icması da Serj Sarqsyana qarşı çıxdı
    ABŞ-dakı erməni icması da Serj Sarqsyana qarşı çıxdıABŞ-dakı erməni icması da Serj Sarqsyana qarşı çıxdı
  • 10:57 İrəvanda etirazlar davam edir - lidersiz qalsalar da İrəvanda etirazlar davam edir - lidersiz qalsalar daİrəvanda etirazlar davam edir - lidersiz qalsalar da
  • 10:51 Hüseyn Abdullayevin həbs olunub Bakıya gətirildiyi rəsmən təsdiqləndi-DİN Hüseyn Abdullayevin həbs olunub Bakıya gətirildiyi rəsmən təsdiqləndi-DİNHüseyn Abdullayevin həbs olunub Bakıya gətirildiyi rəsmən təsdiqləndi-DİN
  • 10:42 Paşinyanın saxlandığı yer məlum deyil - vəkilindən açıqlama Paşinyanın saxlandığı yer məlum deyil - vəkilindən açıqlamaPaşinyanın saxlandığı yer məlum deyil - vəkilindən açıqlama
  • 10:09 Axtarışda olan şəxs xəstəxanadan qaçıb Axtarışda olan şəxs xəstəxanadan qaçıbAxtarışda olan şəxs xəstəxanadan qaçıb
  • 09:43 Bakıda tıxac var - bəzi yollar baglandığı üçün (SİYAHI) Bakıda tıxac var - bəzi yollar baglandığı üçün (SİYAHI)Bakıda tıxac var - bəzi yollar baglandığı üçün (SİYAHI)
  • 09:36 BMT-nin baş katibi Təhlükəsizlik Şurasının səmərəsiz olduğunu etiraf edib BMT-nin baş katibi Təhlükəsizlik Şurasının səmərəsiz olduğunu etiraf edibBMT-nin baş katibi Təhlükəsizlik Şurasının səmərəsiz olduğunu etiraf edib
  • 09:34 Bu gün keçmiş MTN generallarına hökm oxunacaq Bu gün keçmiş MTN generallarına hökm oxunacaqBu gün keçmiş MTN generallarına hökm oxunacaq
  • 09:28 Avtobusların hərəkət sxemində dəyişiklik edilir - SİYAHI Avtobusların hərəkət sxemində dəyişiklik edilir - SİYAHIAvtobusların hərəkət sxemində dəyişiklik edilir - SİYAHI
    125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.
  • 23:59
    Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi
    Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildiHüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi
  • 23:50 "QARABAĞ" ARDICIL 5-Cİ DƏFƏ AZƏRBAYCAN ÇEMPİONU OLDU "QARABAĞ" ARDICIL 5-Cİ DƏFƏ AZƏRBAYCAN ÇEMPİONU OLDU
  • 21:25 Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıbErmənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb
  • 20:50
    ABŞ RƏSMİ KİYEVİ MÜSTƏQİL ANTİKORRUPSİYA MƏHKƏMƏSİ YARATMAĞA ÇAĞIRDI
    ABŞ RƏSMİ KİYEVİ MÜSTƏQİL ANTİKORRUPSİYA MƏHKƏMƏSİ YARATMAĞA ÇAĞIRDIABŞ RƏSMİ KİYEVİ MÜSTƏQİL ANTİKORRUPSİYA MƏHKƏMƏSİ YARATMAĞA ÇAĞIRDI
  • 19:28
    Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...
    Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...Hacıbala Abutalıbov yeganə icra başçısıdır ki...
  • 19:10
    Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib
    Aİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edibAİ Ermənistanda saxlanılan müxalifətçilərin azad olunmasını tələb edib
  • 18:49 Goranboyda avtomobil aşıb, 2 nəfər xəsarət alıb Goranboyda avtomobil aşıb, 2 nəfər xəsarət alıbGoranboyda avtomobil aşıb, 2 nəfər xəsarət alıb
  • 18:27
    Dubayda məşhur biznes mərkəz yanır
    Dubayda məşhur biznes mərkəz yanırDubayda məşhur biznes mərkəz yanır
  • 17:45 Partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3 Partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3Partlayışda ölənlərin sayı 48 nəfərə çatıb, onlarla yaralı var - YENİLƏNİB-3
  • 17:11 Yerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıb Yerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıbYerevanda keçirilən aksiyalarda 228 etirazçı saxlanılıb
  • 16:38 Bakıda palçıq vulkanı belə püskürdü Bakıda palçıq vulkanı belə püskürdüBakıda palçıq vulkanı belə püskürdü
  • 16:00 Cavid Qurbanov haqqında yayılan məlumatlar təkzib olundu Cavid Qurbanov haqqında yayılan məlumatlar təkzib olunduCavid Qurbanov haqqında yayılan məlumatlar təkzib olundu
  • 14:57 İmişlidə toya gedən iki ailənin üzvləri yol qəzasına düşüb, xəsarət alanlar var İmişlidə toya gedən iki ailənin üzvləri yol qəzasına düşüb, xəsarət alanlar varİmişlidə toya gedən iki ailənin üzvləri yol qəzasına düşüb, xəsarət alanlar var
  • 14:28 "28 May" metrostansiyasında 42 yaşlı qadın özünü qatarın altına ataraq intihar edib "28 May" metrostansiyasında 42 yaşlı qadın özünü qatarın altına ataraq intihar edib
  • 14:03 Neftçalada yol qəzası olub, xəsarət alanlar var Neftçalada yol qəzası olub, xəsarət alanlar varNeftçalada yol qəzası olub, xəsarət alanlar var
  • 13:34 Ermənistanda müxalifət lideri saxlanılıb Ermənistanda müxalifət lideri saxlanılıbErmənistanda müxalifət lideri saxlanılıb
  • 13:08 Sumqayıt şəhərindən dənizə çıxmış 2 nəfər batıb Sumqayıt şəhərindən dənizə çıxmış 2 nəfər batıbSumqayıt şəhərindən dənizə çıxmış 2 nəfər batıb
  • 12:25 "Ermənistanın kriminal rejimi yalan məlumatlar yayır" "Ermənistanın kriminal rejimi yalan məlumatlar yayır"
  • 11:46
    Yeni nazirlər bu tanınmışların övladıdır...
    Yeni nazirlər bu tanınmışların övladıdır...Yeni nazirlər bu tanınmışların övladıdır...
  • 11:20 “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam” “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”“Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”
  • 10:39 Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıbƏrdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb
  • 09:27 Partlayış baş verib: 3 ölü, 50 yaralı Partlayış baş verib: 3 ölü, 50 yaralıPartlayış baş verib: 3 ölü, 50 yaralı
  • 09:06 Bakıda mənzildən kişi meyiti tapılıb Bakıda mənzildən kişi meyiti tapılıbBakıda mənzildən kişi meyiti tapılıb
  • 08:45 Nikaraquada mitinqlər zamanı 10 nəfər ölüb Nikaraquada mitinqlər zamanı 10 nəfər ölübNikaraquada mitinqlər zamanı 10 nəfər ölüb
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. Bizimlə əlaqə : Tel/Faks: 510-18-49/510-17-74
 

Copyright © 2014 Bütün hüquqları qorunur.