DataLife Engine > Çap üçün versiya > Qüdrət Həsənquliyev “Azərbaycan Polisinin 100 illiyi” medalı ilə təltif edilib
DataLife Engine Azerbaijan Support > Orta Manşet > Qüdrət Həsənquliyev “Azərbaycan Polisinin 100 illiyi” medalı ilə təltif edilib

Qüdrət Həsənquliyev “Azərbaycan Polisinin 100 illiyi” medalı ilə təltif edilib


29-08-2018, 17:34. Yerləşdirdi: admin
Bötöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmrinə əsasən “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Bötöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumata görə, Qüdrət Həsənquliyev bununla bağlı Daxili İşlər Naziri general-polkovnik Ramil Usubova təşəkkür məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli Ramil müəllim,
Məni “Azərbaycan Polisinin 100 illiyi (1918-1920)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Ölkəmizdə sabitliyin və asayişin qorunmasında, cinayətkarlığa və onun hər cür təzahürlərinə qarşı mübarizədə üzərinə düşən vəzifələri bu gün də yüksək peşəkarlıqla yerinə yetirən, ictimai təhlükəsizliyin təmin olunmasında müstəsna xidmətlər göstərən Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalla təltif olunmaqdan qürur duyuram.
Sizə və Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına şərəfli işinizdə uğurlar diləyir, möhkəm cansağlığı arzulayıram”.


Geri