DataLife Engine > Çap üçün versiya > SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO
DataLife Engine Azerbaijan Support > Problem, Manşet, Üst manşet > SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO


26-09-2017, 11:17. Yerləşdirdi: memmedov
Əliqulu qışlaq ümumi orta məktəbinin direktoru qəsəbə sakinlərini polisə verib və yüksək vəzifədə işləyən oğlu ilə hədələyib

Bu yaxınlarda satytımızda və qəzetimizdə «Səngəçal sakinləri Mikayıl Cabbarova şərt qoydu» başlıqlı yazı dərc edilmişdi. Yazıda Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, massiv 3-dəki Abşeron rayonu Əliqulu qışlaq ümumi orta məktəbinin bərbad vəziyyəti və sinif otağında ümümmilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin, Milli Qəhrəmanlarımızın, görkəmli şair və yazıçılarımızın toz basmış, cırılmış şəkilləri ayaq altına atılması öz əksini tapıb.

Məktəbin direktoru Akif Şəkərəliyev rəhbərlik etdiyi təhsil ocağındakı mövcud problemlərin həlli istiqamətində iş görmək əvəzinə, şikayətçi valideynlər barəsində Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinə şikayət edib.
Bu haqda redaksiyamıza valideynlər məlumat verib.
Məlumatda deyilir ki, valideynlər Əliqulu qışlaq ümumi orta məktəbinin bərbad vəziyyəti barədə reddaksiyamıza şikayət etdiklərinə görə direktor A.Şəkərəliyev onları polisə verib və yüksək vəzifədə işləyən oğlu ilə hədələyib.
Bu barədə isə valideynləri Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin Nazim adlı müstəntiqi xəbərdar edib.
Əliqulu qışlaq ümumi orta məktəbindəki sözün bütün mənalarında insanı dəhşətə gətirən biabırçılıq barədə aidiyyəti qurumlar xəbərdar olsa da, ancaq hələ bir cavab yoxdur.
Lakin valideynlər bir sevinclərini bizimlə bölüşdülər. Bildirdilər ki, Təhsil Nazirliyindən onlara verilən məlumata görə, Əliqulu qışlaq ümumi orta məktəbi üçün yeni binanın tikilməsi barədə Abşeron rayon Təsil Şöbəsinin müdiri Nazilə Məmmədova tərəfindən aidiyyəti qurumlara müraciət-məktubu hazırlanır.

Mövzunu diqqətdə saxlayacağıq.

Sözügedən yazını olduğu kimi təqdim edirik:

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞƏRT QOYDU

Abşeron rayonu Əliqulu qışlaq ümumi orta məktəbinin sinif otağında ümümmilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin, Milli Qəhrəmanlarımızın, görkəmli şair və yazıçılarımızın toz basmış, cırılmış şəkilləri ayaq altına atılıb

Xəbər verdiyimiz kimi, sentyabrın 15-də «Bilik günü» münasibətilə Azərbaycanın təhsil ocaqlarında geniş tədbirlər keçirildi. «Bilik günü»nün sevincini şagirdlər, onların valideynləri və pedaqoji kollektivlər birgə yaşadı...

Həmin gün Abşeron rayonunun ümumtəhsil məktəblərində də «Bilik günü» qeyd olunub. Rəsmi məlumata görə, bu il Abşeron rayonunda 6637 şagird birinci sinfə gedib. Ümumilikdə isə 2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərində 49762 şagird təhsil alacaq.
Onu da qeyd edək ki, 2017-2018-ci dərs ili «Ümumi təhsildə keyfiyyət ili» elan edilib, ilk dərs məşğələsi «Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı» mövzusuna həsr olunub.
Məlumat üçün onu da bildirək ki, cari tədris ili üçün Heydər Əliyev Fondu tərəfindən rayon ərazisində 2 yeni məktəb binası inşa olunub. Onlardan biri Masazır kəndində, digəri isə Mehdiabad qəsəbəsində yerləşir.
Sentyabrın 15-də səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massiv ünvanında yaşayan Əlihəsən Fərəcullayev redaksiyamızla telefon əlaqəsi saxlayaraq nəvəsinin təhsil aldığı Abşeron rayonu Əliqulu qışlaq ümumi orta məktəbinin bərbad vəziyyətdə olması barədə məlumat verdi və vəziyyətlə yerində tanış olmaq üçün bizi qəsəbəyə dəvət etdi.
Ə.Fərəcullayevin israrlı dəvətini nəzərə alıb, sentyabrın 15-də saat 12:30 radələrində Əliqulu qışlaq ümumi orta məktəbində olduq.
Yeri gəlmişkən qeyd edək ki, 3-cü massiv adlanan yaşayış məntəqəsi Qaradağ rayonunun Səngəçal qəsəbəsinin balansında olsa da, ərazidəki Əliqulu qışlaq ümumi orta məktəbi Abşeron rayonuna tabedir. O da maraqlıdır ki, Abşeron rayonunun rəsmi statistikasında bu ərazi Əliqulu qışlaq kəndi kimi göstərilir. Təbii ki, bu məsələ başqa bir yazının mövzusudur. Odur ki, mətləbdən uzaqlaşmayaq.
…Təxminən iki metr hündürlüyündə dəmir konstruksiyalardan quraşdırılmış məktəbin əsas binasının qarşısında toplaşan insanlarla görüşdük. Həyət evlərinin əhatəsində açıq ərazidə yerləşən məktəbin qarşısındakı qələbəliyi görən sakinlər oraya doğru axın etməyə başladılar. Onlarla söhbət zamanı məlum oldu ki, sakinlər gələcəyimizdən xəbərdardırlar. Bildirdilər ki, Ə.Fərəcullayev bizi məktəbə onların xahişi ilə dəvət edib. Məktəbin direktoru Akif Şəkərəliyevi soruşduq. İçəridə olduğunu söylədilər. İçəri daxil olmaq istəyirdik ki, tələm-tələsik bayıra çıxan Akif müəllim yaxınlaşıb bizimlə görüşdü. Yeni dərs ilinin başlanması münasibətilə Akif müəllimi təbrik etdik. Sonra özümüzü təqdim edib gəlişimizin səbəbini bildirdik. Akif müəllim gəlişimizdən məmnun olmasa da, bunu o qədər də büruzə vermədi. «Xoş gəlmisiniz» deyib bizi içəri dəvət etdi. Lakin valideynlər bu dəvətə etiraz etdilər. «Yox, Akif müəllim, jurnalisti içəri dəvət etməkdənsə, gəlin, əvvəlcə ona məktəbin tualetini və o biri binasını göstərək, sonrasına baxarıq» - deyə valideynlər yaxınlıqdakı binanın da məktəb və onun yanındakı üstü açıq, qapısı bərbad vəziyyətdə olan tikilinin tualet olduğunu dedilər.
Valideynlərin toxunduğu məsələlərlə bağlı, məktəbin direktoru Akif Şəkərəliyevin fikrini öyrənmək istədik. Lakin o, «bizə 2005-ci ildə burada yeni məktəb tikiləcəyinə söz verdilər, amma sonra hər şey yaddan çıxdı, məsələ qaldı» – deyərək, valideynlərin etirazına heç bir münasibət bildirmədən üz çevirib içəri keçdi.
Həyətdə baş-başa qaldığımız valideynlər dərs ilinin başlandığına baxmayaraq, bu məktəbə uşaq göndərmək istəmədiklərini bildirdilər: «Çünki sinif otaqları uşaqların həyatı, sağlamlığı üçün təhlükəlidir. Bu barədə dövlət qurumlarına dəfələrlə yazmışıq, şikayət etmişik, xeyri yoxdur. Gördüyünüz kimi, məktəb adlansa da, mal tövləsinə oxşayan bu bina çox köhnə və təmirsizdir. İçəri baxanda özünüz görəcəksiniz ki, sinif otaqlarında tədris üçün heç bir lazımi ləvazimat və şərait yoxdur. Uşaqlarımızı tez-tez müalicəyə aparırıq. Qışda sinif otaqları soyuq olduğu üçün uşaqların ciyərləri, böyrəkləri sıradan çıxır. Təhsil nazirindən tələb edirik ki, bu mal tövləsini uçurub, uşaqlarımıza yeni məktəb tiksin».

Əliqulu qışlaq məktəbinin tualet problemi…

Valideynlərin sözlərinə görə, digər problem məktəbin tualetidir: «Oğlanlı-qızlı-müəllimli – bütün məktəb kollektivi, hətta yoldan keçənlər üstü açıq, qapısı bərbad vəziyyətdə olan bu tikilidən tualet kimi istifadə edirlər. Uşaqlarımız ayaqyolu üçün dərsarası qaçıb evə gəlirlər. Belə də biabırçılıq olar? Hələ neçə il öncə baş verən qaz partlayışı ilə əlaqədar qəsəbəmizdə olan rayonumuzun deputatı Aydın Hüseynov bu məktəbə baş çəkdi. Məktəbin acınacaqlı vəziyyətindən şoka düşən Aydın müəllim dedi ki, indiyədək belə bir biabırçılıqla üzləşməyib. Söz verdi ki, bu məsələni Milli Məclisin iclasında və aidiyyəti qurumlar qarşısında qaldıracaq. Lakin nə məsələ qaldırıldı, nə də bir tədbir görüldü. Eyni zamanda, Bakıdan 55 km məsəafədə yerləşən Səngəçal terminalının rəhbərliyi də ilk zamanlar yaşayış massivimizə, məktəbimizə lazımi köməklik göstərəcəyinə söz verdi, ancaq o vəd də söz olaraq qaldı. Şikayətlərimizdən sonra gətirib yalandan bir-iki uşağa ucuz qələm-dəftər paylayıb gediblər».
Valideynlər bildirdilər ki, imkanlı ailələrin uşaqları qəsəbədəki digər məktəbə getməyə məcbur olurlar: «Bir yandan məktəbin bərbad vəziyyəti, digər tərəfdən isə təhsilin aşağı səviyyədə olması uşaqlarımızın gələcəyini məhv edir. Belə məktəbdə uşaq oturar? Qorxuruq ki, hər an bina uşaqların başına uçacaq. Dəfələrlə Abşeron rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar qarşısında bu məsələni qaldırmışıq. Birincisi, yeni məktəb binası tikmək lazımdır. Daha sonra digər mövcud problemlərin həllinə ehtiyac var».
Sonra valideynlərlə birlikdə məktəbin boş sinif otaqlarını gəzdik. Lakin çox təəssüf ki, şagirdlərlə görüşüb söhbət edə bilmədik. Çünki valideynlərin dediyinə görə, səhər-səhər şagirdlərə istifadə olunmuş köhnə kitbları payladıqdan sonra onları evə göndəriblər.
Heç bir şəraiti olmayan, sınıq-salxaq partaları olan sinif otaqlarının uçub-tökülən divarları adamın üstünə gəlirdi. Hətta sinif otaqlarının ara divarlarının uçmaması üçün cat yerlərinə taxta çivlər vurulmuşdu.

Ümümmilli liderə və prezident İlham Əliyevə qarşı hörmətsizlik…

İstifadəsiz sinif otaqlarından birinə daxil olarkən gözlərimizə və gördüklərimizə inana bilmədik. Ümümmilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin, Milli Qəhrəmanlarımızın, görkəmli şair və yazıçılarımızın toz basmış, cırılmış şəkilləri ayaq altına atılmışdı. Şahidi olduqları bu məsuliyyətsiz hərəkət, Azərbaycanın görkəmli şəxsiyyətlərinə qarşı edilən hörmətsizlik valideynləri olduqca hiddətləndirdi. Videokameramızın yaddaşına köçən bu çirkin mənzərə qarşısında susa bilməyən valideynlər günahkarların tezliklə cəzalandırılmasını tələb etdilər.
Sinif otaqlarını gəzib yenicə məktəbin həyətinə çıxmışdıq ki, məktəbin direktoru Akif Şəkərəliyev təlaş içərisində bizə yaxınlaşdı və sinif otaqlarına icazəsiz girib çəkiliş aparmağımıza etirazını bildirdi. Sonra isə o, videoçəkilişin silinməsini tələb etdi: «Əvvəla, sizin məktəbdə çəkiliş aparmağınız qanunsuzdur. Burada çəkiliş aparmaq üçün əvvəlcə Təhsil Nazirliyindən icazə almalısınız. Bir də ki, mənə verilən məlumata görə, sinif kimi istifadə etmədiyimiz otağa girib hansısa şəkillərin ayaq altına atılması barədə çəkiliş aparmısınız. Məsələ heç də sizin düşündüyünüz kimi deyil. Biz həmin otaqdan sinif kimi istifadə etmirik. Ona görə də həmin çəkilişi silməyinizi tələb edirəm».
Biz isə məktəb direktorunun iradlarına cavab olaraq bildirdik ki, söhbət heç də sözügedən otaqdan sinif kimi istifadə edilib-edilməməsindən getmir. Valideynlərin narahatlığı və etirazı ümümmilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin, Milli Qəhrəmanlarımızın, görkəmli şair və yazıçılarımızın, dövlət gerbinin ayaqlar altına atılması ilə bağlıdır.
Deyəsən, bu sözdən sonra özünü itirən məktəb direktoru məsuliyyətdən yaxasını qurtarmağa çalışaraq, dövlət başçısına və şəkillərdəki digər şəxsiyyətlərə qarşı hörmətsizlik edilmədiyi, unutqanlıqdan həmin plakat və şəkillərin istifadəsiz otaqda qaldığını, məhz bu səbəbdən belə xoşagəlməz halla qarşılaşmağımızla bağlı rəy formalaşdırmağa çalışdı.
Lakin həqiqət ortada idi. Direktor dedi, biz də inandıq. Doğrusu, məktəb direktorunun bu addımı hansı səbəbdən atdığını bilmirik. Amma bir şeyi dəqiq bilirik ki, məktəbin direktoru Akif Şəkərəliyev və rəhbərlik etdiyi pedaqoji kollektiv ümümmilli lider Heydər Əliyevə, prezident İlham Əliyevə, Milli Qəhrəmanlarımıza, görkəmli şair və yazıçılarımıza qarşı böyük hörmətsizlik ediblər. Və buna görə də yəqin ki, aidiyyəti qurumlara cavab verəcəklər.

«Biz də müasir tipli məktəblə təmin olunmağımızı istəyirik»

Sanki faktın ciddiliyini anlamayan, yaxud anlamaq istəməyən məktəbin tədris üşləri üzrə direktor müavini Əhməd Mehrəliyev də məsələnin bu qədər şişirdilməsinə ehtiyac görmədiyini dedi: «Bu işdə heç bir qərəz olmadığı üçün xüsusi qabartmağa gərək yoxdur».
Faktla bağlı məktəb direktorunun mövqeyi bəllidir, doğrusu, müavinin məsələyə bu cür yanaşmasına təəccüb etdik. Bu yanaşmadan sonra yeni dərs ilinin ilk günündən şagirdlərin evə niyə vaxtından tez buraxılması ilə bağlı sualımıza direktor müavini Əhməd Mehrəliyevin «bu gün dərs yoxdur ki, ona görə şagirdlərə kitablarını paylayıb evə buraxdıq» - cavabını hesab edirik ki, təəccübsüz qarşılamalıyıq.
Yeri gəlmişkən onu da qeyd edək ki, direktor müavini Ə.Mehrəliyevdən çətinliklədə olsa, öyrəndik ki, məktəbin 9 sinif üzrə 130 şagirdi, 15 müəllimi var. Texniki işçilərin sayı ilə bağlı isə məlumat əldə edə bilmədik. Direktor müavini Ə.Mehrəliyev jurnalistlərə məktəblə bağlı məlumat verməməsi barədə rəhbərlikdən qəti tapşırıq aldığını söylədi: «Məktəbin direktoru tapşırıb ki, jurnalistlə məktəb haqqında heç bir məlumat verməyim. Ancaq doğrudan da məktəbimizin vəziyyəti acınacaqlıdır. Təbii ki, biz də müasir tipli məktəblə təmin olunmağımızı istəyirik».

Abşeron RİH bərbad vəziyyətdə olan məktəbdən “xəbərsiz”dir?

Abşeron rayon İcra Hakimiyyətinin rəsmi internet saytından əldə etdiyimiz məlumata görə, rayonda 34 tam orat məktəb, 2 orta məktəb, 1 internat məktəbi fəaliyyət göstərir. Eyni zamanda bildirilir ki, rayonun bütün orta təhsil müəssisələri tam təmirli, istilik sistemi ilə təchiz olunmuş, müasir standartlara cavab veririr.
Belə çıxır ki, ya bizim Abşeron rayonu Əliqulu qışlaq ümumi orta məktəbində gördüklərimiz həqiqət deyil, ya da Abşeron RİH bərbad vəziyyətdə olan bu məktəbdən xəbərsizdir.
Ancaq bizim Əliqulu qışlaq ümumi orta məktəbində gördüklərimiz bir həqiqətdir. Məktəbin acınacaqlı vəziyyətini əks etdirən videoreportajı tezadlar.az saytımızda yerləşdiriləcək. Sözügedən videoreportajda gördüyünüz mənzərəni ürək ağrısı ilə izləyəcəksiniz. Bəli, həmin videoda gördüyünüz Abşeron rayonu Əliqulu qışlaq ümumi orta məktəbidir.
Valideynlərin dediyinə görə, 21-ci əsr Azərbaycanında divarları uçuq-sökük, döşəməsi bərbad halda, pəncərələri şüşə olmadığı üçün taxta parçaları, klyonka ilə örtülən, istifadəyə tam yararsız olan Əliqulu qışlaq ümumi orta məktəbinin binası vaxtilə yaxınlıqdakı zavodlarda işləyən fəhlələrin istifadəsi üçün tikilib. Sonradan buranı məktəb ediblər. Neçə illərdir ki, valideynlərin şikayətini eşidən yoxdur. Halbuki bina hər an uça bilər ki, buna görə də azyaşlı şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Yaşayış massivinə gəlib yeni məktəb tikiləcəyinə söz verənlərin onları aldadıb vədinə əməl etməməsindən şikayətlənən valideynlər ümüdlərinin prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya qaldığını bildirdilər.
Xatırladaq ki, sentyabrın 12–də Abşeron rayon Təsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. Görüşdə rayon təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər. Tədbirdə tədrisin təşkili, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının təşkili, yeni tədris ilində fəaliyyətin prioritet istiqamətləri və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova çıxış edərək təhsil nazirinin əmr və sərəncamlarının icrası ilə əlaqədar görülən işlərdən söz açıb və onlarla bağlı müvafiq göstərişlər verib.
Daha sonra 2016-2017-ci tədris ilində rayon ümumtəhsil məktəblərində məktəb sənədlərinin aparılmasına haqqında arayış dinlənilib.
Görüş zamanı, həmçinin gündəlikdə duran cari məsələlər, müəllimlərin işə qəbulu, məktəbə dair statistik hesabatların hazırlanması qaydaları haqqında da danışılıb. Sonda direktorları maraqlandıran suallara cavab verilib.
Bizim üçün maraqlıdır. Görəsən, Əliqulu qışlaq ümumi orta məktəbinin direktoru Akif Şəkərəliyev bu tədbirdə iştirak edibmi? Əgər iştirak edibsə, rəhbərlik etdiyi məktəbin bərbad vəziyyəti ilə bağlı məsələ qaldırıbmı? Məsələ qaldırıbsa, hansı cavabı alıb? Bax, bunu bilmirik.
Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsindən hər il orta məktəb binalarının tikintisinə və təmirinə milyonlarla manat vəsait ayrılır. Qısa müddətdə ölkədə xeyli sayda yeni məktəblər inşa edilib, bəziləri təmir olunub, bəzilərinin də təmir işləri və inşaası davam etdirilir. Lakin görünən odur ki, Abşeron rayonu Əliqulu qışlaq ümumi orta məktəbi, nədənsə, diqqətdən kənarda qalıb. Məsələni araşdırarkən Abşeron rayon İcra Hakimiyyətinin rəsmi internet saytında maraqlı və təəccüb doğuran bir faktla da rastlaşdıq. Belə ki, Abşeron rayon orta məktəb və internatlar haqqında verilən məlumatda rayonda fəaliyyət göstərən 34 tam orta, 2 orta və 1 internat məktəbindən yalnız Əliqulu qışlaq ümumi orta məktəbin iş telefonu yoxdur.
Digər tərəfdən, qeyd etdiyimiz kimi, hər il təhsilə ayrılmış milyonlarla manatın niyə məhz Əliqulu qışlaq ümumi orta məktəbinə qədər gəlib çıxmaması, çox təəssüf və təəccüb doğurur. Görünür, aidiyyəti qurumları məktəb, təhsil və tədris yox, başqa şeylər maraqlandırır. Hər halda, ümid edirik ki, Təhsil Nazirliyi bu yazımızdan sonra Əliqulu qışlaq ümumi orta məktəbinin taleyi barədə düşünmək qərarına gələcək.
Onu da qeyd edək ki, mətbuat olaraq məsələni araşdırmaq və Əliqulu qışlaq ümumi orta məktəbi ilə bağlı indiyədək niyə tədbir görülmədiyini aydınlaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamaq cəhdimiz alınmır. Gün ərzində sözügedən qurumlarla əlaqə saxlamağa çalışacağıq. Odur ki, Əliqulu qışlaq ümumi orta məktəbi ilə bağlı hər kəsi dinləməyə hazırıq.
Mövzu ilə bağlı daha geniş yazını "Təzadlar" qəzetinin sabahkı sayında oxuya bilərsiniz.

«Təzadlar»ın Araşdırma Qrupu

Abşeron rayonu Əliqulu qışlaq ümumi orta məktəbinin hazırkı vəziyyətini əks etdirən videonu təqdim edirik:



SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

SƏNGƏÇAL SAKİNLƏRİ MİKAYIL CABBAROVA ŞİKAYƏT ETDİ, AMMA… - VİDEO - FOTO

Geri