DataLife Engine > Çap üçün versiya > Aprel döyüşçüsü bu səbəbdən Prezidentə müraciət etdi-FAKT
DataLife Engine Azerbaijan Support > Problem, Sağ Manşet > Aprel döyüşçüsü bu səbəbdən Prezidentə müraciət etdi-FAKT

Aprel döyüşçüsü bu səbəbdən Prezidentə müraciət etdi-FAKT


13-08-2018, 08:55. Yerləşdirdi: admin
"Birtəhər çəliklə gəzirəm, “Papanin” hospitalına müraciət edib ayaqlarımdakı problemlə bağlı müalicə almaq istədim, amma qəbul etmədilər, dedilər ki, 20 il xidmət etsəydin, qəbul edərdik"

Aprel döyüşlərimiz zamanı kontuziya alaraq ayaqları tutulan silahlı qüvvələrimizin giziri, ikinci qrup əlil Əzimov Elşən Balaxan oğlunun redaksiyamıza göndərdiyi müraciət ölkə başçısına ünvanlıdır.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Mən Baş gizir Elşən Əzimov 1980-ci ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində doğulmuşam. Orta məktəbi bitirdikdən sonra 1999-cu ildə hərbi xidmətə yollandım. Xidmətimi cəbhənin Füzuli rayonu istiqamətində başa vurub 2000-ci ildə tərxis olundum. 2004-cü ildə yenidən hərbi xidmətə qayıdıb gizirlik məktəbində oxudum. Bundan sonra Hərbi polisin kəşfiyyat taborunda xidmətə başladım. 2006-cı ildə ailə həyatı qurdum. Dörd övladım var. 2009-cu ildən cəbhənin Beyləqan rayonu istiqamətində xidmətimə davam etdim. 2012-ci ildə Füzuli rayonu istiqamətində digər hərbi hissədə Texniki nəzarət məntəqəsinin rəisi vəsifəsinə təyin edildim. İşim müharibə dövründə yararsız hala düşmüş texnikaları ərazidən çıxarmaq idi.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribatının qarşısını almaq üçün ordumuz əks hücuma keçdi və iki saata Lələ təpəni düşməndən azad etdik. Lələ təpə bizim üçün strateji cəhətdən əlverişli yüksəklik idi. Düşmən daim o yüksəklikdən əkin sahələrində işləyən sakinləri atəşə tuturdu. Mən birbaşa döyüşdə iştirak etmirdim. Texniki nəzarət məntəqəsinin rəisi olduğum üçün texnikalara cavabdeh idim. Aprelin 2-də səhər saatlarında mayor Elnur Əliyev şəhid oldu. Səhər saatlarında mən də həmin əraziyə göndərildim və zədələnmiş bir texnikamızı ərazidən çıxardıq. Aprelin 4-də Lələ təpə yaxınlığına düşmənin qrat mərmisi düşdü. Hadisə nəticəsində, bir əsgərimiz ağır yaralandı. Mən və tibb xidmət rəisi ilə əsgərə yaxınlaşdıq. Əsgərimizi son nəfəsində qucağıma götürüb maşına qoyurdum ki, daha bir mərmi yaxınlığımıza düşdü və mən kontuziya aldım. Əsgərimiz şəhid oldu və məni isə hərbi hissənin tibb məntəqəsinə gətirdilər.

Aprelin 5-də məni “Papanin” hospitalına gətirdilər. Yanıma gələn atamı və anamı tanımırdım. Sonradan özümə gəlib ordu sıralarına qayıtdım. Səhhətimlə bağlı 2017-ci ilin iyul ayında ordu sıralarından tərxis olundum. Əslində tərxis olunmaq istəmirdim, 16 ildən çoxdur ki, hərbdəydim. Təqaüdə çıxmağıma az müddət qalmışdı. Onda yeriyirdim. 2017-ci ilin fevral ayında ayaqlarım tutuldu. Məlum oldu ki, ayağımdakı sinir damarları zədələnib. Bir müddət əlil arabasında gəzdim və sonra gördüm ki, daha da ağırlaşıram. İndi birtəhər çəliklə gəzirəm, “Papanin” hospitalına müraciət edib ayaqlarımdakı problemlə bağlı müalicə almaq istədim, amma qəbul etmədilər, dedilər ki, 20 il xidmət etsəydin, qəbul edərdik. Bir çox xəstəxanalar gəzmişəm. Çox xərcim çıxıb, artıq maddi imkanım yoxdur. Dörd uşaq atasıyam. Mən ailəmə baxım, yoxsa özümü müalicə etdirim? Yerimək istəyirəm. Mayın 8-dən Əlilliyi olan şəxslər üçün Şağan müalicə pansionatında müalicə alıram. Burada mənə həkimlər əlindən gələni edir, amma hələlik irəliləyiş yoxdur. Xaricdə müalicə olunmalıyam. Türkiyəyə göndərilsəm, orda ayaqlarımın müalicəsi mümkündür. Bizdə həkimlərimiz çarə tapa bilmirlər

Hörmətli cənab Prezident!

Müharibədə iştirak etsəm də, heç bir medalla təltif edilmədim. Bundan başqa 13 və 14-cü əmək haqqımı da ala bilmədim. Cəlilabad rayonunda evim olmadığı üçün 118 manat kirayə pulu almalıyam, amma onu da ala bilmirəm. Müalicəmlə bağlı Türkiyənin Bakıdakı səfirliyində oldum. Səfirlikdə məni çox yaxşı qarşıladılar və bildirdilər ki, səni Türkiyədə müalicə etdirə bilərik. Bunun üçün Azərbaycanın Səhiyyə Nazirliyi arayış verməlidir. Səhiyyə Nazirliyinə dəfələrlə məktubla müraciət etdim və hətta özüm də nazirlikdə oldum, amma mənə arayış vermirlər ki, Türkiyəyə müalicəyə yollanıb. Səhiyyə Nazirliyində mənə bildirdilər ki, arayışı baş nervpotoloq Rövşən Həsənov verməlidir. Rövşən Həsənovla görüşdüm və o da deyir ki, «mən arayış versəm, dövlət mənə deməyəcək ki, 40 min manatı sizə niyə ayırmışdım?!». Qalmışam bu vəzifəlilərin əlində.

Hörmətli cənab Prezident!

Xahiş edirəm, mənim Türkiyəyə müalicəyə göndərilməyim üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm».

AZAD

Aprel döyüşçüsü bu səbəbdən Prezidentə müraciət etdi-FAKT

Aprel döyüşçüsü bu səbəbdən Prezidentə müraciət etdi-FAKT

Aprel döyüşçüsü bu səbəbdən Prezidentə müraciət etdi-FAKT

Geri