DataLife Engine > Çap üçün versiya > Ağstafada 63 yaşlı kişini döyənlərdən ikisi saxlanılıb
DataLife Engine Azerbaijan Support > Sağ Manşet > Ağstafada 63 yaşlı kişini döyənlərdən ikisi saxlanılıb

Ağstafada 63 yaşlı kişini döyənlərdən ikisi saxlanılıb


13-06-2018, 13:59. Yerləşdirdi: admin
Ağstafa rayonunda 63 yaşlı kişini döyənlərdən ikisi saxlanılıb. Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov məlumat verib. Məlumatda bildirilib ki, Ağstafa rayon sakini, 1955-ci il təvəllüdlü Əlləzov Nasib Əsgər oğlunun döyülməsi ilə bağlı 2 nəfər - rayonun Köçəsgər kənd sakinləri, Mövlayev Səid Mobil oğlu və Misginov Samir Məqsəd oğlu şübhəli şəxs qismində dindiriliblər.
E.Qasımov əlavə edib ki, hadisədə başqalarının iştirak edib etmədiyi isə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən araşdırılır. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Qeyd edək ki, zərər çəkənin yaxınlarının bildirdiyinə görə, N.Əlləzov "Niva" markalı avtomobillə evinə gedən zaman 3 avtomobil onun qarşısını kəsərək dövrəyə alıb və təxmini 15 nəfərə yaxın şəxslər tərəfindən zorla avtomobildən endirilərək döyülüb.
Ağır bədən xəsarətləri alan N.Əlləzovun xəstəxanaya yerləşdirilib.

Geri