DataLife Engine > Çap üçün versiya > Tacikistan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
DataLife Engine Azerbaijan Support > Sağ Manşet > Tacikistan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Tacikistan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib


10-08-2018, 13:28. Yerləşdirdi: admin
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 10-da Şəhidlər xiyabanını ziyarət edib. "Təzadlar" xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Emoməli Rəhmon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Tacikistanın və Azərbaycanın dövlət himnləri səslənib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Geri