DataLife Engine > Çap üçün versiya > Arif Qaraşov DAAM və İNK-nin Himayədarlar Şurasının sədrliyindən kənarlaşdırılıb
DataLife Engine Azerbaijan Support > Sağ Manşet > Arif Qaraşov DAAM və İNK-nin Himayədarlar Şurasının sədrliyindən kənarlaşdırılıb

Arif Qaraşov DAAM və İNK-nin Himayədarlar Şurasının sədrliyindən kənarlaşdırılıb


5-09-2018, 11:55. Yerləşdirdi: admin
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının rəhbər heyətində kadr dəyişikliyi olub. Hər iki qurumun Mətbuat Xidmətlərindən "Təzadlar"a verilən məlumata görə, DAAM və İNK-nin Himayədarlar Şurasının sədri Arif Qaraşov tutduğu vəzifəsindən kənarlaşdırılıb. Onu Ülviyyə Murtuzova əvəz edib.

Həmçinin DAAM-ın vitse-prezidenti Hacı Quliyev tutduğu vəzifəsindən azad edilib. Onu isə Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli, korifey sənətkarımız Ramiz Quliyev əvəzləyib. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov əməkdaşımıza eksklüziv olaraq baş vermiş kadr dəyişikliyinin səbəblərini izah edib.

"Arif Qaraşov ötən bir il ərzində təşkilatın ictimai-mədəni tədbirlərində passivlik göstərib, tədbirlərimizin heç birində iştirak etməyib. Bilirsiniz ki, DAAM və İNK Xalq yazıçımız Çingiz Abdullayevin rəhbərliyi altında Azərbaycanın mədəni siyasətinin ən yüksək səviyyələrdə təbliğatı istiqamətində çalışır, ölkədə ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq edir. Təkcə son bir ildə Rusiyada, Türkiyədə, eləcə də Rusiyanın muxtar respublikalarında, Ukraynada… Azərbaycanın adının ucalığına hesablanmış silsilə tədbirlər keçirmişik, ölkəmizin adının daha da şöhrətlənməsi yolunda əlimizdən gələni etmişik. Lakin yuxarıda adları qeyd edilən, vəzifələrindən kənarlaşdırılan şəxslər isə bu tədbirlərin heç birində iştirak etməyiblər, dəstək verməyiblər…", - deyə Rasim Məmmədov bildirib.

ELBAR

Geri