-
02:20
Саудовского короля спрятали в бункер из-за игрушечного самолетика
- 02:16 Səudiyyə kralının sarayı üzərində dron vurulub
-
00:59
Dövlət çevrilişinə cəhd olub, kral təxliyyə edilib
- 21:19 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
- 20:59 AZAL-ın təyyarəsi məcburi eniş etdi
- 20:19 Ученые разработали технологию выявления рака на ранней стадии
- 16:37 MƏHKƏMƏ ANS-LƏ BAĞLI QƏRARINI AÇIQLADI
- 16:30 Qadınların başörtüsü yenə səs-küyə səbəb oldu
- 16:00 Göygöldə Torpaqların EKU Sisteminin nəticələrinin tətbiqinə başlanılıb
- 15:00 Bələdiyyə sədri zibilin "zibilinə düşdü"
- 14:48 Mafiyanın "xaç atası" öldürüldü
- 13:30 На Гавайях запретят использование на пляжах крема для загара

Gürcüstanda bələdiyyə seçkilərində 67 azərbaycanlı qələbə qazanıb, 1-i mer seçilib
Tarix: 24/10/2017
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına oktyabrın 21-də keçirilən seçkilərdə 200-dən çox azərbaycanlı namizəd mübarizə aparıb və onlardan 67-si qələbə qazanıb.
“Report”un Gürcüstan bürosunun məlumatına görə, bu seçkilərdə mübarizə aparan 205 azərbaycanlının 165-i hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” Partiyasının namizədləri olub.
Onlardan bir nəfər -Teymur Abbasov Marnauli rayonunun meri seçilib. Azərbaycanlıların ən çox yaşadıqları Marneuli rayonunda bələdiyyəyə cəmi 35 nəfər seçilib. Onlardan 19-u azərbaycanlılardır. Azərbaycanlıların 13-ü majoritar dairələrdən, 6 nəfəri isə proporsional siyahı üzrə yerli özünüidarəetmə orqanlarına mandat qazanıb.
Bolnisi rayonunda isə namizədlər 30 yer uğrunda mübarizə aparıblar. Bu rayonda 11 azərbaycanlı qələbə qazanıb. Onların da 7-si majoritar, 4-ü partiya siyahısından seçiliblər. Qardabani rayon Bələdiyyəsinə seçilən 36 nəfərdən 15-i azərbaycanlıdır. Doqquz azərbaycanlı majoritar, 6-sı proporsional sistem üzrə seçilib. Dmanisi rayon yerli özünüidarəetmə orqanına seçilən 29 nəfərdən 14-ü azərbaycanlılardır. Bu 14 nəfərin 10-u birmandatlı dairədən, 4-ü isə partiya siyahısından mandat qazanıb.
Kaxeti bölgəsinin 2-ci ən böyük rayonu hesab olunan Saqareco (Qaraçöp kəndi) rayon bələdiyyəsinə 4 nəfər, Laqodexi rayon (Qabal kəndi) bələdiyyəsinə isə 1 nəfər azərbaycanlı seçilib.
Azərbaycanlıların yığcam yaşadıqları Telavi rayonunda (Qaracalar kəndi) 1 azərbaycanlı, Tetriçxalo rayonunda (Kosalar) 1 nəfər və Kaspi rayonunda (Ferma kəndi) bir azərbaycanlı mandat qazanıb.
Paytaxt Tbilisidə, Kutaisidə azərbaycanlı namizədlər olmayıb.
Qeyd edək ki, oktyabrın 21-də Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərdə 4727 nəfər majoritar, 12902 nəfər isə proporsional siyahıda bələdiyyə üzvlüyü uğrunda mübarizə aparıb. Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi yaradılıb. Bu məntəqələrin də 208-i azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə olub.
Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi, 4820 jurnalist izləyib.
Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var.
Səsvermə ilə əlaqədar 9 546 450 bülleten çap olunub. Gürcüstanda yaşayan milli azlıqlar üçün Azərbaycan-gürcü və erməni-gürcü dillərində bülletenlər çap olunub.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər