DataLife Engine > Çap üçün versiya > ATƏT monitorinq keçirəcək
DataLife Engine Azerbaijan Support > Siyasət > ATƏT monitorinq keçirəcək

ATƏT monitorinq keçirəcək


4-11-2014, 10:32. Yerləşdirdi: memmedov
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonunun Seysulan kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Xəbər verilir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

Geri