DataLife Engine > Çap üçün versiya > Ermənilər itkilərin daha bir hissəsini açıqlayıb - 56 ölü
DataLife Engine Azerbaijan Support > Siyasət, Üst manşet > Ermənilər itkilərin daha bir hissəsini açıqlayıb - 56 ölü

Ermənilər itkilərin daha bir hissəsini açıqlayıb - 56 ölü


11-04-2016, 14:00. Yerləşdirdi: memmedov
Erməni tərəfi Dağlıq Qarabağda gedən döyüşlərdə verdiyi itkilərin sayını açıqlamaqda davam edir.
APA-nın məlumatına görə, qondarma “DQR” müdafiə nazirliyindən RİA "Novosti”yə bildiriblər ki, döyüş zamanı 56 erməni hərbçi ölüb.
“Aprelin 7-nə olan məlumata görə, itkilərimiz 36 nəfər idi. Ötən günlərdə daha 20 meyit tapılıb, yaxud da Azərbaycan tərəfindən bizə təhvil verilib. Beləliklə, ölənlərin sayı 56 nəfərə çatıb”, - deyə qondarma rejimin müdafiə nazirliyindən qeyd ediblər.
Həmçinin bir erməni hərbçinin hələ də itkin düşmüş hesab edildiyi açıqlanıb.

"TEZADLAR.AZ"

Geri