DataLife Engine > Çap üçün versiya > Ramil Usubov ordu generalı ilə görüşdü
DataLife Engine Azerbaijan Support > Siyasət, Sağ Manşet > Ramil Usubov ordu generalı ilə görüşdü

Ramil Usubov ordu generalı ilə görüşdü


12-11-2014, 13:11. Yerləşdirdi: memmedov
Daxili işlər naziri Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Abdullah Atayın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 11-də ölkəmizə rəsmi səfərə gəlib.

DİN-in mətbuat xidmətindən daxil olan xəbərə görə, Ramil Usubov Abdullah Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. O, dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb, rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirib. R. Usubov ölkəmizdə ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və bu səfərin də birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana ilk dəfə səfər etdiyini nəzərə çatdıran ordu generalı Abdullah Atay iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib.

Geri