DataLife Engine > Çap üçün versiya > Əks-kəşfiyyat: İŞİD lideri məhv edildi
DataLife Engine Azerbaijan Support > Siyasət, Manşet > Əks-kəşfiyyat: İŞİD lideri məhv edildi

Əks-kəşfiyyat: İŞİD lideri məhv edildi


28-05-2016, 08:51. Yerləşdirdi: admin
İŞİD lideri aviazərbələr nəticəsində öldürülüb. ABŞ və İraqın birləşmiş qüvvələri tərəfindən Əl-Fəlucadakı keçirilən hərbi əməliyyatlar davam edir.
Bunu cümə günü keçirilən brifinqdə Amerikanın İraq və Suriyada əks-kəşfiyyat əməliyyatları komandanlığının nümayəndəsi polkovnik Stiv Uorren deyib.
"Biz Mahir əl-Bilaui iki gün əvvəl aviazərbə zamanı öldürdük", - deyə Uorren bildirib. O qeyd edib ki, bu, əldə edilən kəşfiyyat məlumatları sayəsində mümkün olub. "Əlbəttə ki, bu, düşmənin döyüşü dayandırmasına təsir etməsə də, onlara zərbə oldu. Bu, inamsızlıq yaradır", - deyə polkovnik bildirib.
İraq Silahlı Qüvvələri mayın 23-dən etibarən Əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.
ANS PRESS-in "Fox news"a istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər Əl-Abadi bəyan edib. “Əl-Faluca şəhərinin azad edilməsinin vaxtı çatıb”, - deyən baş nazir ordunun əməliyyata hazır olduğunu qeyd edib.
Bildirilir ki, əməliyyatda İraq Silahlı Qüvvələri ilə yanaşı, hökuməti dəstəkləyən könüllülər də iştirak edir.

Geri