DataLife Engine > Çap üçün versiya > Rusiya prezidenti Sarkisyanla görüşəcək - iclasda
DataLife Engine Azerbaijan Support > Siyasət, Manşet > Rusiya prezidenti Sarkisyanla görüşəcək - iclasda

Rusiya prezidenti Sarkisyanla görüşəcək - iclasda


30-05-2016, 12:20. Yerləşdirdi: admin
Rusiya prezidenti Vladimir Putin sabah Qazaxıstana səfərə gedəcək. Rusiya prezidenti səfəri çərçivəsinə Astanada Avrasiya İttifaqının dövlət başçılarının iclasında iştirak edəcək.
İclas zamanı ittifaqa inteqrasiyanın sürətləndirilməsi, qaz, neft və neft məhsullarının ümumi bazarlarının formalaşması ilə bağlı məsələlər müzakirə olunacaq.
Səfər barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Vladimir Putinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşəcəyi bildirilir.
Bundan əvvəl MDB ölkələrinin dördüncü departamentinin direktoru Aleksey Pavlovski Ermənistan mətbuatına müsahibəsində demişdi ki, Vladimir Putin Astana səfəri zamanı Ermənistan prezidenti ilə də görüşə bilər. Astanada planlaşdırılan görüş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən sonra Ermənistan və Rusiya prezidentləri arasında ilk toplantı olacaq. Amma Kremlin yaydığı məlumatda Vladimir Putin və Serj Sarkisyan arasında görüşün olacağı barədə məlumat yoxdur.
Avrasiya İttifaqının dövlət başçıları səviyyəsində son iclası isə ötən ilin dekabr ayında Moskvada keçirilib.
Həmin vaxt iclasda Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan prezidentləri və təşkilatın birinci katibi iştirak etmişdi.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqının Moskvada eyni gündə keçirilən iclasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı medianın diqqətindən yayınmamışdı. O, toplantı zamanı təşkilata daxil olan dövlətləri tənqid etmişdi. Sarkisyan bildirib ki, NATO-ya daxil dövlətlər bütün hərbi məsələlərdə bir-birlərinə daim dəstək olublar: “NATO dövlətləri bəzi hallarda aralarında ziddiyət olsa belə bir-birlərini tək buraxmayıblar.
Bu hadisəyə Türkiyə Rusiya qırıcısını vurduğu vaxt şahid olduq. Amma KTMT-yə daxil olan dövlətlər heç vaxt zəng vurub soruşmayıblar ki, Azərbaycan Ermənistana hansı təzyiqləri göstərir. Heç Ermənistanın müttəfiqlərini maraqlandırmır ki, Azərbaycanla sərhəddə nələr baş verir”, - deyə çıxış edən Sarkisyan əlavə edib ki, blokun bir üzvü üçün yaranan təhlükə bütün ittifaq üzvlərinə aiddir.
(ans)

Geri