DataLife Engine > Çap üçün versiya > "Əvvəlcə 5 rayon azad olunacaq"
DataLife Engine Azerbaijan Support > Siyasət, Son Xəbər > "Əvvəlcə 5 rayon azad olunacaq"

"Əvvəlcə 5 rayon azad olunacaq"


22-06-2016, 15:34. Yerləşdirdi: admin
Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. Bu barədə prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.
"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər", - deyə administrasiya rəhbərinin müavini bildirib.

Geri