DataLife Engine > Çap üçün versiya > Türkiyə prezidentindən Rusiya və İsrail mesajı:"... bərpa edirik""
DataLife Engine Azerbaijan Support > Siyasət, Manşet > Türkiyə prezidentindən Rusiya və İsrail mesajı:"... bərpa edirik""

Türkiyə prezidentindən Rusiya və İsrail mesajı:"... bərpa edirik""


4-07-2016, 14:00. Yerləşdirdi: admin
"İsrail və Rusiya ilə münasibətlərimizi inkişaf etdiririk. Son həftələrdəki qarşılıqlı müsbət addımlar gələcək üçün ümid verir". ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın Ramazan bayramı münasibəti ilə bayram mesajı yayılıb. O deyib ki, Türkiyə Suriya məsələsi, terror, süni gərginliklərin səbəb olduğu böhranların aşındırdığı, qopardığı münasibətləri yenidən bərpa edir.
"Dünyayı xaosa sürükləyənlər öz ölkələrində irqçi və ayrıseçkiliyin güclənməsinə mane ola bilmirlər. Yolumuza çıxan maneələri bir-bir aradan qaldırırıq. Ölkə olaraq böyük güclənəcəyik. Böhranlarla inkişafımıza mane olanlara imkan verməyəcəyik. Hər zaman deyirəm - biz bir olacağıq, iri olacağıq, diri olacağıq, hamımız birlikdə Türkiyə olacağıq. İndi hər zamankındən daha çox quca qlaşmaya, dözümə ehtiyacımız var".
O, Suriyadakı humanitar böhranın 600 mindən çox məsumu canı qanı bahasına davam etdiyini deyib. "Biz gərək Suriyadan, gərəksə də İraqdan ölkəmizə sığınan qardaşlarımıza sahib çıxıb, Suriya böhranının ədalətli həlli üçün səylərə dəstək verib, əlimizdən gələni edirik.
Prezident 9 günlük bayramdan istifadə edərək yola çıxanlara xəbərdarlıq etmyi də unutmayıb. O, yol hərəkəti qaydalarına riayət etməyə, sürətdən yayınmamağa çağırıb. "Sevinci ağrı-acıya çevirməyək".
Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə "Su-24" rus təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri soyuyub. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Geri