DataLife Engine > Çap üçün versiya > “Rusiyanın Gümrüdəki hərbi bazası Türkiyənin əleyhinə yönəlib”
DataLife Engine Azerbaijan Support > Siyasət, Üst manşet > “Rusiyanın Gümrüdəki hərbi bazası Türkiyənin əleyhinə yönəlib”

“Rusiyanın Gümrüdəki hərbi bazası Türkiyənin əleyhinə yönəlib”


25-10-2016, 09:38. Yerləşdirdi: memmedov
Mətbuatda Rusiyanın Ermənistanda “İsgəndər-M” tipli raketlər yerləşdirməsi ilə bağlı müzakirələr gedir. Əgər düşmən bu silaha sahib olarsa, vəziyyət hansı istiqamətdə cərəyan edə bilər? Bu və digər suallarla Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dosenti, tarix elmləri doktoru, hərbi-siyasi analitik Niyazi Niyazova müraciət etdik.

- Niyazi bəy, Rusiyanın Ermənistanda “İsgəndər-M” tipli raketlər yerləşdirməsi ilə bağlı söz-söhbət səngimək bilmir. Yayılan xəbər nə qədər həqiqətə uyğundu?
- İnternetdə yayılan foto şəkillər və Rusiya mətbuatında gedən bəzi açıqlamalar göstərir ki, bu xəbər yalan deyil və Ermənistan 4 ədəd bu tipli raket kompleksi alıb. Düzdür, hələ dəqiq demək olmaz ki, bu silah növü Ermənistan ordusunun tam sərəncamına verilib və ya bu ölkədə yerləşdirilən 102-ci Rusiya bazasından icarəyə götürülub. Ancaq aydındır ki, düşmən bu sistemi əldə etmək arzusuna çatdı.
- Sizcə, bu xəbər reallaşarsa, təhlükəsizliyimizə təhdid yaradırmı?
- Əlbəttə, bu sistem təhlükəsizliyimizə təhdid yaradır. Demək olar ki, düşmənin sərəncamında olan bütün silah-sursat Azərbaycana təhlükə yaradır, ancaq Azərbaycan Milli Ordusunun silah-sursatı həm keyfiyyət nöqteyi-nəzərindən, həm də say nöqteyi-nəzərindən düşməninkindən qat-qat üstündur. Hiss olunur ki, Azərbaycan siyası və hərbi rəhbərliyi belə bir təhlükənin ortaya gəlməyini çoxdan nəzərə alıb. Və bu səbəbdən son illər ölkə özünün havadan hücum müdafiəsini çox əsaslı şəkildə möhkəmləndirirdi.
- Bəzi rus ekspertləri deyir ki, “İsgəndər-M” raketlərinin Ermənistandakı bazada yerləşdirilməsi Azərbaycanın əleyhinə deyil, çünki Rusiyanın Gümrüdəki hərbi bazası Azərbaycanın deyil, Türkiyənin əleyhinə yönəlib. Bu, Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsinə səbəb ola bilərmi?
- Fikrimcə, Rusiya bu silahı Ermənistana verməklə birinci növbədə çalışır ki, bu ölkədə aprel döyüşlərindən sonra Rusiyaya qarşı qalxan narazılığı aradan götürsün və ölkə qərbə tərəf getməsin.
Həm də bu addım Ermənistan cəmiyyətini inandırmalıdır ki, Rusiya, Ermənistanın təhlükəzliyinin əsas qarantı olaraq qalır. Bu addımın bir amalı da var, o da ondan ibarətdir ki, əgər Dağlıq Qarabağ ərtafında gedən danışıqlar uğurla qurtarsa və erməni əsgərləri Azərbaycan torpaqlarından çıxarılarsa, onlar pis-yaxşı əmin olmalıdırlar ki, tam məğlub olmayıblar və verilən bu silah bir növ onların əvvəlcədən verilən mükafatlarıdır.
O ki qaldı 102-ci bazaya, bunu əvvəllər də demişəm, NATO ilə Rusiyanın arasında böyük müharibə olsa, bu bazanın ömrü uzaqbaşı bir neçə günə qədərdir. Çünki burada olan silahlarla nəinki bütün NATO qoşunlarına, tək türk ordusuna qarşı durmaq qeyri-mümkündür. Bu səbəbdən baza əsasən rəmzi məna daşıyır. Əlbəttə, burada yerləşdirilən silahları böyük Azərbaycan-Ermənistan müharibəsi başlasa, düşmən ələ keçirə bilər, ancaq bu yolun Ermənistan üçün heç bir əhəmiyyəti olmayacaq. Hərbi balans Azərbaycanın xeyrinə çoxdan dəyişib.
- Ümumiyyətlə, bu raketlərin üstünlükləri nədən ibarətdir?
- İstehsalçının məlumatına görə, bu sistemli raketlərin ən uzaq uçuş məsafəsi 500 km-dir. Eksporta gedən variantın ən uzaq uçuş məsafəsi 280-300 km-dır. Əvvəl deyirdilər 280 km-dir (Qeyd edim ki, əgər Rusiya Ermənistana “İsgəndər-M” satıbsa, məhz bu variantı satıb, əks təqdirdə Rusiya Raket Texnologiyalarının Yayılmasının Qarşısını Almaq Rejimi qaydalarını pozmuş olur). Deyilənə görə, raketlər radarlara çətin düşür və bu səbəbdən də əks-raketlərlə onları məhv etmək çətindir.
Ancaq bu sistem real döyüş şəraitində ən əsası əks-tərəfin müasir hava hücumundan müdafiə sistemləri və radio-elektron mübarizə sistemləri istifadə edəcəyi halda hərəkətə gəlmir (Məlumdir ki, Azərbaycan ordusunun sərəncamında İsrail istehsalı olan belə döyüş sistemləri çoxdur).
Bu səbəbdən “İsgəndər-M”-in real döyüş imkanları hələ heç kimə bəlli deyil.
- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa irəliləyişlərin olacağı bildirilir.
- Son zamanlar təmas xəttində azalmış atəşkəsin pozulma sayı ümid verir düşünək ki, yaxın müddətdə danışıqlarda irəliləyiş ola bilər. Əgər atəşkəsin pozulması intensivləşərsə, aydın olacaq ki, torpaqların savaş yolu ilə azad olması yenə ön plana çıxır.
- Siz danışıqlar prosesinin istədiyimiz nəticələrlə yekunlaşacağını gözləyirsinizmi?
- Belə şans var. Ancaq başa düşmək lazımdır ki, Ermənistan cəmiyəti hələ də reallığı qəbul etmək istəmir. O nöqteyi-nəzərdən İrəvanda keçiriləcək hərbi parad onlara yanlış ümid verə bilər ki, onların ordusunun gücü Azərbaycan ordusunun gücünə bərabərdir. Bu halda, tərəflərin toqquşması qaçılmaz olacaq. Onda isə Azərbaycan ordusu düşmənə çox ağır zərbələr endirməyə məcbur olacaq. Bu isə genişmiqyaslı qarşıdurma yarada bilər, deməli, bu ana əvvəldən hamı hazır olmalıdır.

Elnur Eltürk

Geri