DataLife Engine > Çap üçün versiya > Vahan Martirosyan: Ermənistanda hakim təbəqə xalqa qarşı soyqırım törədir
DataLife Engine Azerbaijan Support > Siyasət, Son Dəqiqə > Vahan Martirosyan: Ermənistanda hakim təbəqə xalqa qarşı soyqırım törədir

Vahan Martirosyan: Ermənistanda hakim təbəqə xalqa qarşı soyqırım törədir


8-11-2016, 14:36. Yerləşdirdi: memmedov
Ermənistanda həyasızcasına hakimiyyəti saxlayan və Xocalı soyqırımını törətmiş insanlar indi erməni xalqına qarşı soyqırım törədir.
Trend-in məlumatına görə, bu sözləri “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda bu gün Bakıda keçirilən konfransda erməni hüquq müdafiəçisi Vahan Martirosyan deyib.
V.Martirosyan deyib: “Onlar Ermənistan xalqından Bakıda erməni kilsəsinin bütünlüklə saxlanmasını, burada 30 min erməninin yaşadığını gizlədirlər, hansı ki, mən onlarla görüşmək imkanı əldə etdim”.

O qeyd edib ki, Ermənistanda vəziyyət tam əksinədir:

“Məscidlər dağıdılır, tarix silinib yenidən yazılır. Ermənistan KİV-ləri bu tədbir barədə heç nə yazmayacaq”.

O, həmçinin qeyd edib ki, Ermənistanda müharibənin onlara xeyir gətirdiyini deyə biləcək bir adam da tapmaq olmaz: “Bunu yalnız sayı 500-ü keçməyən hakim təbəqənin nümayəndələri deyə bilər. Onlar bu münaqişədən qazanc əldə edirlər”.

Geri