DataLife Engine > Çap üçün versiya > Sabiq prezident: Münaqişənin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək
DataLife Engine Azerbaijan Support > Siyasət, Orta Manşet > Sabiq prezident: Münaqişənin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək

Sabiq prezident: Münaqişənin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək


28-12-2016, 16:32. Yerləşdirdi: admin
Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması Ermənistanı daha da zəiflədəcək.
"Tezadlar.az" xəbər verir ki, Trend-in məlumatına görə, bunu Ermənistanın ilk prezidenti, "Ermənistan Milli Konqresi" partiyasının sədri Levon Ter-Petrosyan deyib.
O qeyd edib ki, son illərdə "Madrid-Kazan-Lavrov" variantı üzrə intensiv danışıqlar aparılır: "Bu, 1997-ci ildəki mərhələli variantdan heç nə ilə fərqlənmir".
L.Ter-Petrosyan bildirib ki, bu varianta görə, ilk mərhələdə Ermənistan tərəfi işğal olunmuş 7 rayondan 5-ni Azərbaycana qaytarır, ikinci mərhələdə bölgədə sülhməramlılar yerləşdirilir, üçüncü mərhələdə Dağlıq Qarabağın aralıq statusu elan olunur:

"Dördüncü mərhələdə isə Ermənistanın blokadası aradan qaldırılır, Azərbaycanla və ehtimal ki, Türkiyə ilə əlaqələr bərpa olunur".

Geri