DataLife Engine > Çap üçün versiya > “Tramp Rusiya ilə siyasi münasibətləri gərginləşdirəcəksə...”
DataLife Engine Azerbaijan Support > Siyasət, Üst manşet > “Tramp Rusiya ilə siyasi münasibətləri gərginləşdirəcəksə...”

“Tramp Rusiya ilə siyasi münasibətləri gərginləşdirəcəksə...”


17-01-2017, 15:08. Yerləşdirdi: memmedov
Azad Məsiyev: “ABŞ-ın Azərbaycana münasibəti ABŞ-la Rusiyanın siyasi münasibətlərindən asılı olacaq”

“Təzadlar”ın suallarını Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev cavablandırır.

- Azad müəllim, ABŞ-ın yeni seçilmiş prezidentinin andiçmə mərasiminə və fəaliyətə başlamasına az qalıb. Sizin fikirinizcə, ABŞ-Azərbaycan münasibətləri necə olacaq?
- Artıq ABŞ prezidenti Barak Obamanın dövrü qapanıb, yəni onun prezidentliyi tarixə dönüb. ABŞ-ın Azərbaycana münasibətinin necə olması isə ABŞ-la Rusiyanın siyasi münasibətlərindən asılı olacaq. Xatırlayırsınızsa, məlum Ukrayna hadisələrindən sonra Türkiyə və Azərbaycan ABŞ-ın çağırışlarına qoşulmadı. Belə olan təqdirdə, ABŞ-dan anti-Azərbaycan bəyanatları səslənməyə başladı. Hətta sanksiyalarla hədələməyə başladılar, Türkiyənin yaxın keçmişi və bugünü, başına gətirilən hadisələrdə eyni siyasətin tərkib hissəsidir. ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiya ilə siyasi münasibətləri Obamanın dövründəki kimi gərginləşdirəcəksə, yəni bir-birinə düşmən gözündə baxacaqlarsa, o zaman nəin ki, Azərbaycanda, Rusiyaya dost olan bütün dövlətlərdə, dünyada belə, siyasi, iqtisadi xaos güclənəcək. Hətta bir çox ölkələrdə dövlət çevrilişləri, rəngli inqlablar, terrorlar və müharibələrin sayı artacaq.
- Bəzi ekspertlər Donald Trampın Rusiya prezidenti ilə münasibətinin yaxşı olduğunu qeyd edirlər. Demək olar ki, bu səpkidə dünya mətbuatında təbliğat aparılır. Paralel olaraq, ABŞ mətbuatında Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etməsi barədə rəsmi və qeyri-rəsmi məlumatlar səsləndirirlər, bu da bir növ Trampın seçilməsinə kölgə salır. Sizcə, burada məqsəd nədir?
- ABŞ-da keçirilən prezident seçkiləri dövründə namizədlər rəqiblərinə qarşı həmişə kompramatlardan, müfuzdan salan bu və ya digər məlumatlardan istifadə ediblər. Burada namizədlərin məqsədi isə seçki dövründə rəqibinin reytinqini, nüfuzunu aşağı salmaq olur. Seçki qurtardıqdan sonra məğlub tərəf qalibi təbrik edir və ona uğurlar diləyir. ABŞ tarixində yeganə seçkidir ki, seçkinin nəticəsindən sonra, dediyiniz kimi, başqa bir dövlətin müdaxiləsinin olduğu barədə rəsmi və ya qeyri-rəsmi məlumat səsləndirliir və bu səpkidə təbliğat aparılır. Hesab edirəm ki, bu cür təbliğat iştimai şüru formalaşdırmağa hesablanıb və burada da məqsəd var. ABŞ daxilində olan bəzi siyasətçilər, təşkilatlar istəmirlər ki, ABŞ-la Rusiyanın münasibətləri yaxşı olsun. Ümumilikdə qeyd etmək istəyirəm ki, Trampın yeridəcəyi siyasət ABŞ-ın strateji maraqlarına xələl gətirərsə, onun ağır siyasi taleyi olacaq. Bunun üçün indidən zəmin hazırlanır, bir sözlə, içtimai fikir formalaşdırılır.

Elbar ŞİRİNOV

Geri