DataLife Engine > Çap üçün versiya > “Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb”
DataLife Engine Azerbaijan Support > Siyasət, Son Dəqiqə > “Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb”

“Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb”


8-02-2017, 23:56. Yerləşdirdi: admin
Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov "Təzadlar"a bildirib ki, iclasın gündəliyinə əsasən, ilk öncə Tarix İnstitutunun “tarix.gov.az”portalının yeni dizaynı və quruluşumüzakirə edilib. Müzakirənin yekununda Elmi Şuranın qərarı iləportalın yeni variantı təsdiq edilib.
“Necə olur, biz xalq qəhrəmanımız Cavad xan Ziyadoğlu ilə qürurlanırıq, yadellilərə qarşı qəhrəmancasına duruş gətirən İrəvan xanları olan Qacarlarla fəxr edirik, amma Ağa Məhəmməd Şah Qacarı özümüzdən hesab etmirik - “yadelli işğalçı” adlandırırıq?!”, - deyə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov iclasda bildirib. İnstitut direktoru qeyd edib ki, tarixi şəxsiyyətlərimizi, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları tarixdə olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır: “Cümhuriyyət tarixi bizim şanlı tariximizdir”.
Elmi Şuranın iclasında üçcildlik “Azərbaycan tarixi”, “Zəngəzur tarixi” kitablarının nəşrə hazırlıq işləri müzakirə edilib və müəllif heyətinə tapşırıqlar verilib.
İclasda bildirilib ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Qeyd olunub ki, indiki Ermənistan Respublikasının ərazisi 1918-ci ilə qədər Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi “Azərbaycan tarixi”nin yeni nəşrinə daxil ediləcək.

Geri