DataLife Engine > Çap üçün versiya > HDP həmsədrinin deputat statusu ləğv edilib
DataLife Engine Azerbaijan Support > Siyasət, Son Dəqiqə > HDP həmsədrinin deputat statusu ləğv edilib

HDP həmsədrinin deputat statusu ləğv edilib


21-02-2017, 19:17. Yerləşdirdi: memmedov
Türkiyə parlamentində millət vəkillərinin sayına görə sırada olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri millət vəkili statusunu itirib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında HDP həmsədri Figen Yüksekdağ barədə məhkəmə hökmü təsdiqləndiyi üçün millət vəkili statusunu itirdiyi açıqlanıb. Qərar açıqlanan zaman HDP-çi millət vəkilləri etiraz ediblər. İclası aparan vitse-spiker Ayşenur Bahçekapılı iclasa fasilə verib.

Qeyd edək ki, F. Yüksekdağ PKK terror təşkilatına yardım etməkdə ittiham olunur.

Geri