DataLife Engine > Çap üçün versiya > ATƏT PA-da Ermənistana qarşı sanksiya tətbiq olunması barədə məsələ qaldırılıb
DataLife Engine Azerbaijan Support > Siyasət, Son Dəqiqə > ATƏT PA-da Ermənistana qarşı sanksiya tətbiq olunması barədə məsələ qaldırılıb

ATƏT PA-da Ermənistana qarşı sanksiya tətbiq olunması barədə məsələ qaldırılıb


24-02-2017, 15:45. Yerləşdirdi: memmedov
"Ermənistanın hazırkı rəhbərliyi, o cümlədən prezident Sarkisyan insanlığa qarşı cinayətlər törətdiyini etiraf edib".

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Tahir Mirkişili ATƏT PA-nın Siyasi və təhlükəsizlik məsələləri üzrə komitəsinin iclasında çıxışı zamanı deyib. O, kiberterrorizmə qarşı mübarizə mövzusunda məruzə ilə çıxış etmək istədiyini, lakin ermənistanlı deputatın çıxışından sonra fikrini dəyişməli olduğunu söyləyib.

T. Mirkişili bildirib ki, terrorizmi dövlət səviyyəsində dəstəkləyən ölkənin nümayəndəsinin çıxışı əsassız və məntiqsizdir: “Yəqin ermənistanlı nümayəndə ölkəsində keçiriləcək seçkilərə görə Parlament Asambleyasından platforma kimi istifadə etmək istəyib. Ermənistan digər ölkənin ərazisini işğal edən və beynəlxalq hüququ pozan ölkədir. Bu işğal nəticəsində bir milyon insan öz evlərini tərk etməli olub”.

Millət vəkilin sözlərinə görə, beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. O qeyd edib ki, Ermənistanın hazırkı hakimiyyətinin zorakılığı öz kulminasiya nöqtəsinə 613 dinc sakinin ölümü ilə nəticələnən Xocalı faciəsi zamanı çatıb: "ATƏT məkanında transmilli təhlükəsizliyi təmin etmək üçün Ermənistan kimi aqressiv ölkələrin qarşısı alınmalıdır".

Geri