DataLife Engine > Çap üçün versiya > Fransada Makron qalib gəlib
DataLife Engine Azerbaijan Support > Siyasət, Son Dəqiqə > Fransada Makron qalib gəlib

Fransada Makron qalib gəlib


8-05-2017, 09:42. Yerləşdirdi: admin
Fransada keçirilən prezident seçkilərin II turunda bülletenlərin 99,99 faizinin sayılmasına əsasən "İrəli" hərəkatının lideri Emmanuel Makron 66,06 faiz seçici səsi toplayıb. "Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, seçkilərin II turunda Makronun namizədi olmuş "Milli Cəbhə" Partiyasının lideri Marin Le Pen 33,94 faiz seçici səsi toplayıb.
"Reuters"in yaydığı xəbərdə isə bildirilir ki, rəsmi məlumatlara görə, bülletenlərin 11,5%-i boş qalıb və ya xarab olub. Qeydə alınan seçicilərin ümumi sayının 25,38%-i səsvermədə bitərəf qalıb.

Geri