DataLife Engine > Çap üçün versiya > Almaniya Dağlıq Qarabağ və 7 ətraf rayondakı vəziyyətdən narahatdır
DataLife Engine Azerbaijan Support > Siyasət > Almaniya Dağlıq Qarabağ və 7 ətraf rayondakı vəziyyətdən narahatdır

Almaniya Dağlıq Qarabağ və 7 ətraf rayondakı vəziyyətdən narahatdır


20-05-2017, 13:22. Yerləşdirdi: memmedov
Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Avropa Şurasının Nazirlər komitəsinin Kiprdə keçirilən sessiyasında çıxışı zamanı Rusiyanı tənqid edib və Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətdən narahatlıq ifadə edib.

Virtualaz.org xəbər verir ki, Mixael Rot Rusiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib. Diplomat habelə Rusiyanınilhaq etdiyi Krımda beynəlxalq hüquq normalarının pozulduğu, Donbassın separatçıların nəzarətində olan bölgələrində insan haqları və beynəlxalq hüquq normalarına əməl olunması ilə bağlı vəziyyətin ciddi narahatlıq doğurmaqda davam etdiyini deyib.
“Avropa Şurasının insan haqları üzrə müvəkkilinin və digər monitorinq institutlarının bu regionlara qeyri-məhdud çıxış imkanlarını təmin etməyin vaxtı çatıb”-alman diplomat bildirib.
Mixael Rot bildirib ki, bu çağırış Gürcüstana məxsus Abxaziya və Cənubi osetiyaya, Dnestryanı bölgəyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və yeddi ətraf rayonuna da aiddir. Diplomat Avropa Şurasının bu regionlardakı vəziyyəti monitorinq etməsinə imkan yaradılmasına çağırıb və Baş katib Turborn Yaqlandı öz səylərini bu istiqamətdə qətiyyətlə davam etdirməyə səsləyib.

Geri