DataLife Engine > Çap üçün versiya > Tacikistan hökuməti İranın iki mədəniyyət nümayəndəliyini bağlayıb
DataLife Engine Azerbaijan Support > Siyasət, Son Dəqiqə > Tacikistan hökuməti İranın iki mədəniyyət nümayəndəliyini bağlayıb

Tacikistan hökuməti İranın iki mədəniyyət nümayəndəliyini bağlayıb


30-06-2017, 11:25. Yerləşdirdi: admin
İranın Tacikistandakı səfirliyi ölkənin Xocənd şəhərindəki iki nümayəndəliyini bağlayıb.
"Tezadlar.az"ın məlumatına görə, “Report” “CA-NEWS”ya istinadən xəbər verir ki, şəhərin mərkəzindəki ikimərtəbəli binanın qarşısından asılan İran İslam Respublikası səfirliyinin Ticarət nümayəndəliyi və İran İslam Respublikası səfirliyinin Mədəniyyət və Ticarət nümayəndəliyi lövhəsi yığışdırılıb.
İranın mədəniyyət mərkəzlərindən birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, nümayəndəliklər Tacikistan hökumətinin tələbi ilə bağlanıb.
Məlumata görə, iki həftə əvvəl səfirliyə ticarət və mədəniyyət nümayəndəliklərinin bağlanması barədə bildiriş daxil olub. Bundan sonra İran səfirliyi Tacikistandakı nümayəndəliklərinin əməkdaşlarını məzuniyyətə yollayıb.
Səfirlik isə nümayəndəliklərinin bağlanması məsələsinə aydınlıq gətirməkdən imtina edib.
Qeyd edək ki, İran mədəniyyət mərkəzi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir. Bu qurum səfirliyin mədəniyyət nümayəndəliyi adlansa da, əslində İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin təmsilçisidir. Nümyəndəlik birbaşa ona tabedir. Mədəniyyət nümayəndəliyi daha çox mədəni tədbirlər adı altında İran İslam Respublikasının siyasi-ideoloji xəttini yayır.

Geri