DataLife Engine > Çap üçün versiya > Spikerdən deputata: Yaltaqlığın bir dərəcəsini göstər...
DataLife Engine Azerbaijan Support > Siyasət, Sağ Manşet > Spikerdən deputata: Yaltaqlığın bir dərəcəsini göstər...

Spikerdən deputata: Yaltaqlığın bir dərəcəsini göstər...


30-06-2017, 15:01. Yerləşdirdi: admin
“Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır”.
"Tezadlar.az" xəbər verir ki, APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib.
Özbəkistanda bu addımın atıldığını xatırladan deputat Azərbaycanda da bu qadağanın tətbiq olunması təklifini irəli sürüb. O, təkcə deputatlara deyil, məmurlara da belə qadağa tətbiq olunmasını istəyib.
Spiker Oqtay Əsədovun Q. Həsənquliyeva cavabı belə olub: “Səni anlayıram, bilirəm ki, ürəyin doludur. Amma yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq”.

Geri