DataLife Engine > Çap üçün versiya >  MÜSTƏNTİQLƏRİ ABŞERON RAYON PROKURORU RAHİB SEYİDOVU NECƏ ALDADIRLAR-2-Cİ YAZI
DataLife Engine Azerbaijan Support > Siyasət >  MÜSTƏNTİQLƏRİ ABŞERON RAYON PROKURORU RAHİB SEYİDOVU NECƏ ALDADIRLAR-2-Cİ YAZI

 MÜSTƏNTİQLƏRİ ABŞERON RAYON PROKURORU RAHİB SEYİDOVU NECƏ ALDADIRLAR-2-Cİ YAZI


25-07-2017, 21:49. Yerləşdirdi: admin
2-Cİ YAZI
Prokurorluğun müstəntiqləri - Ərziman Bədəlov, Bəhlul Yaqubov, İbrahim İsmayılzadə, Ruslan Hüseynov ölüm işini necə ört-basdır ediblər?
Burada kiçik bir haşiyə çıxmaq istəyirəm. Vüsalə Eyvazova kriminal aləmin tanınmış nümayəndəsi olan Rafiq Masallinskiyə arxayın olub bu sözləri deyə bilər. Bəs, “vor-zakon” özü necə, bu barədə belə deyə bilərmi? Hamımızın bildiyi kimi, kriminal aləmin nümayəndələri yazılmamış qanunla elə dəqiq və düzgün işləyirlər ki, yazılmış qanunlar onlara baxıb həsəd aparır. Rafiq Masallinski haqqında isə həmişə xoş sözlər eşitmişik.
Harada olubsa, orada qayda-qanun yaradıb, haqqı tapdalananın yanında olub, azərbaycanlıların Rusiyada himayəçisi kimi çıxış edib, bir sözlə, haqqı nahaqqa heç vaxt verməyib. Yəni, Rafiq Masallinski kriminal aləmin yazılmamış qanunlarına çox ciddi riayət edən bir insandır. Belə insanlar qardaşları haqsız olsalar belə, bağışlamırlar. Görünür, çox vaxt Rusiyada olduğundan Rafiq Masallinski əmisi qızının törətdiyi əməldən xəbərsizdir. Əgər oğru dili ilə desək, bu məsələ “sxodka”ya çıxarılsa, yəni müzakirəsi keçirilsə, mən tam əminliklə deyə bilərəm ki, Rafiq Masallinski haqqın tərəfində olaraq, əmisi qızı Vüsaləni “ne prav” çıxardacaq. Hələ bəlkə öz ərinə “Mən sənə ərə gələndə heç bakirə deyildim” deyən əmisi qızı Vüsalə Eyvazovanı tam ciddiyəti ilə, yəni öz qanunları ilə cəzalandırardı. Çünki bu hərəkəti ilə Vüsalə kriminal aləmin tanınmış “avtoritet”i olan öz əmisi oğlunun həm adına ləkə gətirir, həm də nəslin adını biabır edir. Oğru aləminin tanınmış simaları belə hadisəni bağışlamırlar. O ki heç bir günahı olmayan, arvadının başqası ilə görüşdüyünü bilən və əlini qana batırmadan onu anasının yanına göndərmək istəyən əri Vüsal Cəfərovu öz şəxsi maraqlarına qurban verərək öldürmək ola. Deməli, Vüsalə Cəfərova sadəcə əmisi oğlunun tanınmış adından və nüfuzundan istifadə edərək, sudan quru çıxmaq istəyir.
İndi gələk Abşeron rayon Prokurorluğunda keçirilən “I” əməliyyatına. Bu prokurorluqda deyəsən böyük-kiçik sayan yoxdur. Təsəvvür edin, Abşeron rayon prokuroru yəni, prokurorluğun böyüyü Rahib Seyidov Vüsalın anası Roza Şirinovanın qəbuluna gəlib, etdiyi yazılı xahişindən sonra 01.02.2016-cı il tarixdə cinayət işinin başlanması haqqında rədd edilmiş işin təkrar istintaqa qaytarılması haqqında qərar çıxarır. Amma prokurorluğun kiçiyi olan, yəni Rahib Seyidovun tabeliyindəki müstəntiq Ərziman Bədəlov 2 aydan sonra cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Bu, o deməkdir ki, prokurorluğun kiçiyi olan Ərziman Bədəlov prokurorluğun böyüy R.Seyidovu vecə almır.Mərhum Vüsal Cəfərovun anası R.Şirinovanın təkrar şikayətindən sonra R.Seyidov 15.03.2016-cı il tarixdə Ə.Bədəlovun 11.04.2016-cı il tarixdəki qərarını yenidən ləğv edərək, işi başqa müstəntiqlərə həvalə edib.
Bu dəfə iş əvvəlcə müstəntiq Bəhlul Yaqubova, sonra isə prokurorun köməkçisi İbrahim İsmayılzadəyə verilib. İ.İsmayılzadə də bir kiçiklik edərək, böyüyü olan prokuror Rahib Seyidovu vecinə almayaraq, bir müddətdən sonra cinayət tərkibi olmadığına görə işə xitam verib.
Başa düşə bilmirəm, Abşeron rayon Prokurorluğunun müstəntiqləri, məşhur məsəldə deyildiyi kimi, qazıdan, yəni rayonun prokurorundan çox bilirlər? Yoxsa, rayonun prokuroru Rahib Seyidovun savadı yoxdur və qərarı nə üçün verdiyinin fərqində deyil? Axı Abşeron rayon prokurorunun böyüyü olaraq R.Seyidov bir neçə dəfə qərar verir ki, iş hərtərəfli və obyektiv araşdırılsın. Müstəntiqlər Ərziman Bədəlov, Bəhlul Yaqubov, prokuror köməkçisi İbrahim İsmayılzadə isə prokurorun qərarını saymayaraq, işi bağlayıblar. İnid sual olunur: Görəsən bu müstəntiqlərin də arxasında tanınmış avtoritet Rafiq Masallinski durur? Bəlkə onların əmək haqqını, mindiyi maşınları da prokurorluq yox, Rafiq Masallinski verir? Yəni Abşeron rayon Prokurorluğu üçün heç bir qanun yoxdur?
Respublikanın Baş prokuroru cənab Zakir Qaralov son illər prokurorluq sistemində çox böyük islahatlar aparıb və böyük inkişafa nail olub. Hörmətli Z.Qaralov keçirdiyi görüşlərdə, müşavirələrdə dəfələrlə vurğulayıb ki, prokurorlar yalnız qanunun aliliyini rəhbər tutmalıdır. Əks təqdirdə həmin prokurorlar ciddi cəzalanacaqlar. İndi görünür Abşeron rayon prokuroru Rahib Seyidov və onun müstəntiqləri hörmətli Baş prokurorun bu göstərişlərindən xəbərsizdirlər. Çünki qətl hadisəsinin bütün motivləri, maddi sübutları, şahidləri ortada ola-ola, heç kəsi dindirmədən işə xitam vermək hörmətli Z.Qaralovun illərlə, qram-qram prokurorluğa qazandırdığı nüfuzu yerə vurmaqdır. Əgər bu müstəntiqlər Baş prokurorun göstəriş və tövsiyələrinə əməl etmək istəsəydilər aşağıdakı istintaq hərəkətlərini mütləq yerinə yetirərdilər:
1.Vüsalə ərinə deyib ki, “mən sənə gələndə bakirə deyildim, bu barədə anam da bilir”. Abşeron rayon Prokurorluğunun müstəntiqləri bu nüansları nəzərə alaraq, Vüsalə və anasını niyə dindirməyiblər?
2.Vüsalın niyə zəhər içməsi barədə soruşan qardaşı Elsevərə belə deyib: “Biz evdə axşam nahar edirdik. Vüsal həyətə çıxdı, əlində dərman var idi. Dərmanı onun əlindən alıb, qonşunun həyətinə atdım. Üstündən bir az keçmiş gördüm Vüsal yoxdur. Nərdivan qonşunun həyətinə istiqamətdə düz hasara söykənmişdi. Mən də qalxıb keçdim qonşunun həyətinə. Vüsal dərmanı içmişdi. Ona köməklik etdim, hasardan keçirtdim öz həyətimizə. Keçərkən nərdivan sındı və Vüsal yerə yıxıldı”. Görəsən Abşeron rayon Prokurorluğunun müstəntiqləri Vüsalədən niyə soruşmayıblar ki, Vüsal zəhəri niyə qonşunun həyətində içirdi??? Bir də ki, əgər Vüsal özünü öldürmək istəyirdisə, niyə qardaşı Elsevərə yazırdı ki, Vüsalə məni öldürmək istəyir, başıma bir iş gəlsə, uşaqlarımdan muğayat ol. Görəsən prokurorluğun müstəntiqləri bu nüansları niyə nəzərə almayıblar?
3.V.Cəfərovun anası Roza Şirinovanın şikayət məktubunda belə bir maraqlı məqam var: “Oğlum Vüsalın 3-ü günü yas mərasimində gəlinim Vüsalə qızım Nuriyəyə deyib ki, “get anana de ki, mənim sevdiyim oğlan var, mən ona ərə getmək istəyirəm, nə vaxta kimi tək qalacağam?”. Abşeron rayon Prokurorluğunun müstəntiqləri, elimizin adəti ilə 40 mərasimini gözləmədən, ərinin ölməsindən 3 gün sonra “nə vaxta kimi tək qalacağam” deyib, tez-tələsik ərə getmək istəyən Vüsaləni və Nuriyəni niyə çağırıb dindirməyiblər?
4.Vüsalın anası R.Şirinova şikayət məktubunda yazıb: “Oğlum Vüsalın 40 yas mərasimi günü Vüsalə anası Zərnişana deyirdi ki: “Vüsal yerdə yıxılıb ağzından köpük gələrkən mənə yalvarırdı ki, ona kömək edim. Mən isə onun əzab çəkməyindən həzz alırdım”. Abşeron rayon Prokurorluğunun müstəntiqləri Vüsalənin anası Zərnişanı çağırıb niyə dindirməyiblər?
5. Vüsalə Eyvazovanın ərindən gizli görüşdüyü oğlanlarla yazışdığı mesajlar bütöv bir porno ədəbiyyatı xatırladır. Məsələn, Azərcell-dən əldə edilmiş çıxarışda Vüsalə Ramil Şükürova belə mesaj yazb: “Aşkım salam, necəsən bayaq zəng vurdum açmadın görürəm unutmusan məni...” Başqa bir mesajda oxuyuruq: “ Əvvala səni soyunduracam, başlayacam öpməyə öpə öpə aşağı düşəcəm başlayacam...”. Qalanını yazmağa etik qaydalar imkan vermir.

Bəs görəsən Abşeron rayon Prokurorluğunun müstəntiqləri Vüsal Cəfərovun ölumünə yol açan bu intim yazışmaların müəllifləri- Vüsaləni, Ramili, Orxanı və Seymur Alıyevi niyə dindirməyiblər?


Göründüyü kimi, suallar çoxdur. Amma Abşeron rayon Prokurorluğunun müstəntiqləri bu suallara aydınlıq gətirmədən işi bağlayıblar. Bəs görəsən iki dəfə işi təkrar istintaqa qaytaran Abşeron rayon prokuroru Rahib Seyidov niyə bircə dəfə öz müstəntiqlərindən soruşmayıb ki, niyə məni saymırsınız, niyə mənim təkrar istintaqa göndərdiyim işin qabağına kötük dığırlayırsınız? Belə olan surətdə yuxarıdakı qənaətimiz bir daha təsdiq olunur. Abşeron rayon Prokurorluğunda böyük - kiçiyin yeri bilinmir, nəticədə isə hörmətli baş prokuror Zakir Qaralovun min bir əzabla prokurorluğa qazandırdığı nüfuza ağır zərbə dəyir. Bunun da sayəsində dağ boyda oğul itirmiş bir ana 2 ilə yaxındır gözü yaşlı Abşeron rayon Prokurorluğunun və Binəqədi rayon Polis İdarəsinin və prokurorluğunun yollarında qalıb. Axı Vüsalə Eyvazova öz ərini öldürməklə kifayətlənmir. Yas mərasimi günlərində Vüsalə qaynanası Roza Şirinovanın evindən Vüsalın başdaşı üçün saxlanılan 2 min manat pulu və 130 qram qızıl-zinyət əşyalarını da oğurlayib. Bir müddətdən sonra isə əlavə 670 manat pulu və Roza xanıma məxsus mobil telefonu da çırpışdırıb. Bu azmış kimi, V.Eyvazova öz uşaqlarından birini illərlə gizli görüşdüyü Ramil Şükürovla birlikdə oğurlayıb qaçmışdır... Uşağın oğurlanması barədə R.Şirinova məktubunda belə yazır: “Oğlum Vüsalın ili günü Vüsalə onun yaşadığı şəxs Ramil Şükürov və Seymur Alıyevlə birlikdə Biləcəri qəsəbəsinə gələrək, 16 yaşlı Fidan adlı digər nəvəmin qucağında olan ikinci nəvəmi də oğurlamaq istəyərkən Fidan onlara mane olmuşdur. Bu zaman Ramil, Vüsalə və Seymur adlı oğlan Fidanı döyüb, ona ağır bədən xəsarəti yetirmişlər. Vüsalənin təkidi ilə Fidanın da oğurlanıb aparılması və onun başına pislik açılması üçün qanunsuz hərəkətlərini davam etdirmişlər. Bu zaman yas mərasiminə gəlmiş şəxslərlə birlikdə səs-küyü eşidib köməyə getdik və iki nəvəmi də Ramilin avtomobilindən güclə çıxarda bildik. Bu barədə də Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdik və Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdik. Binəqədi RPİ-nin istintaq bölməsinin müstəntiqi İbrahim Vəliyev də öz şəxsi maraqlarına görə Ramili, Vüsaləni və Seymuru cinayət məsuliyyətinə cəlb etmədi və vaxtı uzatmaqla həmin hadisəni ört-basdır etməyə çalışır”.

“Müstəntiq İbrahim Vəliyev dəfələrlə mənə demişdir ki, “Gəl sən razı ol, mən Vüsalə, Ramil və Seymurdan pul alım, sənə də verim, özüm də götürüm”

Nə sirdirsə, nər kimi bir igid itirən ananın ahu-zarını nə Abşeron prokurorluğu, nə də Binəqədi RPİ-nin rəsmiləri eşitmir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, adı bu qətl və oğurluq hadisələrində adı Vüsalə ilə birgə çəkilən Ramil Şükürov Abşeron rayon Prokurorluğuna Vüsalənin nümayəndəsi kimi rahat gəlib-gedir. Ana eyni zamanda onu da qeyd edir ki: “Abşeron rayon Prokurorluğu Ramili qəhrəman kimi qəbul edir, qəhrəman kimi də yola salırlar”.
Doğrudan da, bu qədər həngamənin altından quru çıxa bilibsə, onda Ramil əsl qəhrəmandır. Ancaq qəhrəmanlığı əlində geniş səlahiyyətləri olan Abşeron rayon prokuroru və onun müstəntiqləri etməli idi ki, cinayətkarlar məhkəmə qarşısında otursunlar. Eyni zamanda Binəqədi RPİ-nin müstəntiqləri də qəhrəmanlıq etməli idilər ki, Roza Şirinovanın dağ boyda oğlunu öldürməklə yanaşı, pullarını və qızıllarını oğurlamaqla ona əlavə dağ çəkənlər məhşər ayağına çəkilsin. Lakin 1 il 7 ay keçməsinə baxmayaraq, Binəqədi RPİ-nin müstəntiqləri həm pullarının, qızıllarının oğurlanması, həm də nəvəsi Fidanın döyülməsi faktına görə Vüsalə, Ramil və Seymura güldən ağır söz deməyiblər. Roza Şirinova gec strukturlarına ünvanlamış məktubunda bu barədə belə yazıb: “Müstəntiq İbrahim Vəliyev dəfələrlə mənə demişdir ki, “Gəl sən razı ol, mən Vüsalə, Ramil və Seymurdan pul alım, sənə də verim, özüm də götürüm”. Lakin mən razı olmadıqda müstəntiqlər İbrahim və Ziyafət pul alaraq və Binəqədi rayon Prokurorluğu ilə bölərək, həmin cinayətkarları məsuliyyətdən kənar saxlamışlar”.
Roza Şirinovanın məktubundan aydın olur ki, o, müstəntiqlərin bu əməlindən şikayət etmək üçün Binəqədi rayon prokuroru Nazim İmanovun və onun müavini Elgiz Qənizadənin yanında dəflərlə olub. Lakin nəvəsi Fidanın döyülməsi, pullarının və qızıllarının oğurlanması barədə işi ört-basdır edən müstəntiqlər İbrahim Vəliyevə və Ziyafət müəllimə adicə irad da bildirməyiblər. Deməli, Binqədi rayon prokuroru Nazim İmanov və onun müavini Elgiz Qənizadə həmkarları Abşeron rayon prokuroru Rahib Seyidov kimi, prokuroluğun nüfuzuna zərbə vurmaqda maraqlıdırlar. Görünür, Binəqədi rayon prokuroru Nazim İmanov da Baş prokuror Zakir Qaralovun müşavirələrində iştirak etməyib və bu səbəbdən prokurorluq qarşısında qoyulan tələblərdən vəzifələrdən xəbərsizdir.
İnanıram ki, baş prokuror hörmətli Zakir Qaralov həm Abşeron rayon prokuroru Rahib Seyidovu, həm də Binəqədi rayon prokuroru Nazim İmanovu dəvət edib, prokurorluğun nizamnaməsini onlara ayrıca izah edəcək. Yalnız bundan sonra, yəni Baş prokuror Zakir Qaralovun müdaxiləsi sayəsində qəlbinə oğul dağı çəkilmiş ananın pozulmuş hüququ bərpa olunacaq və nəhayət, qatillər cəzalandırılacaq. Hər şey göz önündə ola-ola adi bir işi 2 ilə qədər uzadaraq, ana kimi Roza Şirinovanın, qardaş kimi Elsevər Cəfərovun və digər qohumların mənəvi əzab çəkməsinə səbəb olan prokurorluq işçiləri də, layiq olduqları cəzanı almalıdırlar. Ona da əmin olduğumu bildirmək istəyirəm ki, daxili işlər naziri cənab Ramil Usubov da öz işində səhlənkarlığa yol vermiş Binəqədi Rayon Polis İdarəsinin müstəntiqləri barədə ciddi ölçü götürəcək.

Müstəntiqlər niyə hərəkətsizliklərinin səbəbini soruşan jurnalistdən gizləndilər?

Hərcənd, əks tərəf kimi adı çəkilənlərin hər birini dinləmək istədik. Binəqədi RPİ-nin müstəntiqi İbrahim Vəliyev oğurluq hadisəsini yox, yalnız 16 yaşlı Fidanın döyülməsi işinin onda olduğunu bildirərək bircə cümlə dedi: “Bu iş məndə olub və işi tam obyektiv araşdıraraq məhkəməyə vermişəm. Gedib məhkəmədən soruşa bilərsiniz”.
Abşeron rayon prokurorluğunun müstəntiqi İbrahim İsmayılzadənin 055-258-XX-XX saylı telefonuna cavab verən robot belə bir nömrənin mövcud olmadığını bildirdi. Digər 050-313-XX-XX telefona cavab verən robot isə nömrənin işləmədiyini bildirdi. Bilirdim ki, bunlar saxta robort mesajlarıdır, sadəcə, müstəntiq nömrəni görürdü və susurdu... İnternet vasitəsilə Abşeron rayon prokurorluğunun telefonlarını əldə etdik. İnternetdə göstərilən 444-33-50, Rahib Seyidovun 409-99-88, müavini Nail Əliyevin 409-98-50, növbətçi hissə kimi göstərilən 442-12-09 telefonların heç birinin işləmədiyi bildirildi. Deməli, Abşeron rayon Prokurorluğunun qarşısında adam öldürsələr, zəng vurmaq üçün telefon nömrələri yoxdur. Görəsən işləməli olan telefonların nömrələrinin yazılmasına da Baş prokuror nəzarət etməlidir?
Binəqədi rayon Prokurorluğunun rəsmi saytdakı 412-20-00, 412-35-50, 412-36-63 saylı telefonlar da Abşeron rayon Prokurorluğunun telefonlarının günündədir. Hər iki prokurorluğun işlərinə peşəkar yanaşmadıqları kimi telefonları da eyni aqibətdədir. Görünür, burada bir mistika var. Yəqin bu mistikanı da Baş prokuror hörmətli Zakir Qaralov mütləq açacaq.
Bütün bunlara baxmayaraq, yazıda adı çəkilən hər bir kəsin mövqeyini dinləyib, dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Dərdli ananı və oğlu Elsevəri dinlədi:
Elçin MƏMMƏDLİ

Geri