DataLife Engine > Çap üçün versiya > Azərbaycan və Rusiya prezidentləri Tehranda bir sıra mühüm məsələləri müzakirə edəcəklər
DataLife Engine Azerbaijan Support > Siyasət, Son Dəqiqə > Azərbaycan və Rusiya prezidentləri Tehranda bir sıra mühüm məsələləri müzakirə edəcəklər

Azərbaycan və Rusiya prezidentləri Tehranda bir sıra mühüm məsələləri müzakirə edəcəklər


1-11-2017, 08:45. Yerləşdirdi: admin
Gündəlikdə Dağlıq Qarabağ münaqişəsi, nəqliyyat, kənd təsərrüfatı və eneerji məsələləri dayanır
Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşlərindən savayı dövlət başçıları İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli formatda görüş də nəzərdə tutulub. “Report” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçılarının "Şimal-Cənub" nəqliyyat dəhlizi, onun Qərb qolu layihəsini müzakirə edəcəklərini bildirib.
Gündəlikdə həmçinin kənd təsərrüfatı sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının üçüncü ölkəyə göndərilməsi, Rusiyadan Azərbaycana qaz ixracının artırılması, neft hasilatının azaldılması üzrə OPEK+ müqaviləsinin müddətinin uzadılması, eləcədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirəsi dayanır.

Geri