DataLife Engine > Çap üçün versiya > QMİ sədri: "Rusiyanın İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyirik"
DataLife Engine Azerbaijan Support > Siyasət, Sağ Manşet > QMİ sədri: "Rusiyanın İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyirik"

QMİ sədri: "Rusiyanın İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyirik"


23-11-2017, 17:09. Yerləşdirdi: memmedov
"Dinlərin müqəddəs ideallarının adam öldürməklə, zor tətbiqi ilə əlaqələndirilməsi nəticəsində müsəlmanlar, xristianlar həlak olurlar, məscidlər və kilsələr dağıdılır. Dünyanın müxtəlif regionlarında inanclı insanların ekstremist və terrorçu kimi qələmə verilməsi cəhdlərinin davam etdirilməsi bizi çox narahat edir".

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bunu Sankt-Peterburq şəhərində keçirilən "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O, islamın mahiyyətinin bilərəkdən təhrif edildiyini vurğulayıb: "Biz İŞİD-i və bu cür terrorçu birlikləri, təkfirçiləri, öz maraqlarına çatmaq üçün islamı pərdə kimi istifadə edərək parçalayanları qətiyyətlə qınayırıq. Bununla əlaqədar Rusiyanın "İslam Dövləti" psevdonimi altında fəaliyyət göstərən, öz fəaliyyəti ilə dünya dininin adına ləkə gətirən İŞİD-ə qarşı keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyirik. Əminəm ki, ekstremizmə, radikalizmə qarşı mübarizə ancaq dövlətlərin, ictimai-siyasi xadimlərin və dini birliklərin birgə səyləri nəticəsində mümkün ola bilər. Gənclərimizi ənənəvi dini dəyərlər və tolerantlıq ruhunda tərbiyə edərək biz, dinlərarası razılığı və millətlərarası həmrəyliyi dəstəkləyə bilərik".

Geri