DataLife Engine > Çap üçün versiya > “ABŞ terrorçulara maaş verir”
DataLife Engine Azerbaijan Support > Siyasət, Dünya > “ABŞ terrorçulara maaş verir”

“ABŞ terrorçulara maaş verir”


9-03-2018, 21:24. Yerləşdirdi: admin

Birləşmiş Ştatlar Suriyada terrorçulara əməkhaqqı ödəyir.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Suriyada bütün terror təşkilatları bir mərkəzdən idarə olunur.

Ərdoğan bu arada onu da bildirib ki,Türkiyə Ordusu hər an Afrinə daxil ola bilər. Dövlət başçısı vurğulayıb ki, yaxın vaxtlarda Suriyadakı bütün terrorçular məhv ediləcək.

Prezident, həmçinin Suriyanın şimalında həyata keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində indiyə qədər ümumilikdə 3171 YPG/PKK üzvünün məhv edildiyini bildirib.

Xatırladaq ki, Türkiyə Ordusu Suriyanın Afrin vilayətinin terrorçulardan təmizlənməsi məqsədi daşıyan “Zeytun budağı” əməliyyatına yanvarın 20-də start verib. Bu əməliyyatda Türkiyə ilə yanaşı, Azad Suriya Ordusunun döyüşçüləri də iştirak edir.

Geri