DataLife Engine > Çap üçün versiya > Erdoğan FETÖ-nü məhv edəcəyinə söz verdi
DataLife Engine Azerbaijan Support > Siyasət, Orta Manşet > Erdoğan FETÖ-nü məhv edəcəyinə söz verdi

Erdoğan FETÖ-nü məhv edəcəyinə söz verdi


10-04-2018, 14:06. Yerləşdirdi: admin

Həm ölkədaxili, həm də ölkə xaricində olan xainlər istisnasız olaraq məsuliyyətə cəlb olunana kimi, bütün təhdidlər tam aradan qalxana kimi, Ankara Fətullah Gülənin terrorçu hərəkatına qarşı qətiyyətli mübarizəni davam etdirəcək.

“Anadolu” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qırğızıstanlı həmkarı Soorobay Jeenbekovla Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ərdoğan deyib ki, Gülən hərəkatı təkcə Türkiyə üçün deyil, eyni zamanda digər ölkələr, o cümlədən, Qırğızıstan üçün real təhlükə yaradır.

“Bu cinayətkar təşkilatın məhv edilməsi bilavasitə dövlət başçılarının vəzifəsidir”, - deyə Türkiyə lideri vurğulayıb.

“Tam əminəm ki, Qırğızıstan prezidenti Gülən tərəfdarlarının fəaliyyətinin qarşısını almaq üçün çevik və qətiyyətli addımlar atacaq. Ankara öz növbəsində Bişkekə bütün lazımi yardımı göstərməyə hazırdır”, - deyə Ərdoğan xüsusi qeyd edib.

Geri