DataLife Engine > Çap üçün versiya > Putinlə Ərdoğan arasında telefon danışığı olub
DataLife Engine Azerbaijan Support > Siyasət > Putinlə Ərdoğan arasında telefon danışığı olub

Putinlə Ərdoğan arasında telefon danışığı olub


15-04-2018, 08:11. Yerləşdirdi: memmedov
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dövlət başçıları ABŞ və müttəfiqlərinin Suriyaya raket zərbələrini müzakirə ediblər. Prezidentlər Birləşmiş Ştatların və onun müttəfiqlərinin raket zərbələrindən sonra bu ölkə ətrafında vəziyyətin daha da gərginləşdiyini qeyd ediblər. Putin vurğulayıb ki, Qərb ölkələrinin hərəkətləri beynəlxalq hüququn norma və prinsiplərini təşkil edən BMT nizamnaməsini kobud şəkildə pozur.

Rusiya və Türkiyə Suriya böhranının siyasi həlli prosesinin real irəliləyişi istiqamətində ikitərəfli əməkdaşlığı fəallaşdırmaq barədə ortaq nəticəyə gəliblər.

Öz növbəsində, "NTV" telekanalı Türkiyə lideri administrasiyasındaki mənbəyə istinadən bildirib ki, Ərdoğan rusiyalı həmkarı ilə söhbətində gərginliyin aradan qalxması vacibliyini vurğulayıb.

Geri