DataLife Engine > Çap üçün versiya > İrəvanda bütün yollar bağlandı, nazir müavini istefa verdi
DataLife Engine Azerbaijan Support > Siyasət, Dünya > İrəvanda bütün yollar bağlandı, nazir müavini istefa verdi

İrəvanda bütün yollar bağlandı, nazir müavini istefa verdi


2-05-2018, 12:22. Yerləşdirdi: admin
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirən nümayişçilər şəhərin bütün mərkəzi küçələrini bağlayıblar. Belə ki, İrəvanın "Zvartnots" hava limanına gedən yolda da hərəkət məhdudlaşdırılıb. Hava limanı istiqamətində böyük tıxac yaranıb və insanlar aeroporta piyada gedirlər. Məlumata görə, "Zvartnots" beynəlxalq hava limanının əməkdaşları da etiraz aksiyalarına qoşulublar.
Bundan başqa Ermənistan parlamentinin mayın 2-nə nəzərdə tutulan iclası yetərsay olmadığından baş tutmayıb. İclasda cəmi 27 deputat iştirak edib. Spiker Ara Babolyan deyib ki, 4 saat ərzində yetərsay təmin edilməsə parlamentin iclası təxirə salınacaq. “Çarukyan” bloku parlamentin iclaslarını ölkədə yaranan vəziyyətlə əlaqədar boykot etdiyini açıqlayıb
Etirazların davam etdiyi məqamda Ermənistanın ərazi idarəetmə və inkişaf nazirinin müavini Varazdat Karapetyan istefaya gedib.

Geri