DataLife Engine > Çap üçün versiya > Asif Mərzili Başqırdıstandan xəbər verir - MÖHTƏŞƏM SƏFƏR
DataLife Engine Azerbaijan Support > Siyasət, Manşet, Üst manşet > Asif Mərzili Başqırdıstandan xəbər verir - MÖHTƏŞƏM SƏFƏR

Asif Mərzili Başqırdıstandan xəbər verir - MÖHTƏŞƏM SƏFƏR


9-05-2018, 20:25. Yerləşdirdi: memmedov
Başqırdıstan Vəkillər Kollegiyası və Azərbaycanın Başqırdıstan Respublikasındakı Diaspor Təşkilatı rəhbərliyinin dəvəti ilə bu ölkədə Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi tədbirlərində iştirak etmək üçün səfərdə olan "Təzadlar"ın baş redaktoru Asif Mərzili Ufadan xəbər verir:

- Bu gün səhər saat 05:00 radələrində Başqırdıstanın paytaxtı Ufa şəhərinə çatdıq... Səfərimiz Başqırdıstan Vəkillər Kollegiyası və Azərbaycanın Başqırdıstan Respublikasındakı Diaspor Təşkilatı rəhbərliyinin dəvəti ilə reallaşmışdır. Onu da deyim ki, bu ölkədə Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin 95 və Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi tədbirlərində iştirak etmək üçün gəlmişik.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov, tanınmış kulturoloq Aydınxan Əbilovla birgəyik. Bilirsiniz ki, bu gün keçmiş SSRİ üzvü olmuş bütün respublikalarda, o cümlədən Rusiyada, həmçinin Başqırdıstanda da faşizm üzərində qələbənin 73-cü ildönümü bayram edilir.
Bizi mehribanlıqla qarşılayan Başqırdıstan Vəkillər Kollegiyasının sədri, nəinki Başqırdıstanda, eləcə də Rusiyada sayılıb-seçilən hüquq elmləri doktoru, professor Valeh Abbasovla və rəhbəri olduğu qurumun əməkdaşları ilə bayram şənliklərində, rəsmi paradda iştirak etdik, respublikanın yerli KİV-lərinə müsahibələr verdik...
Onu da vurğulayım ki, Başqırdıstanda nüfuzlu vəzifələrdə çalışan azərbaycanlılar çoxdur. Məsələn, Ufanın vitse-meri azərbaycanlıdır. Burada tanınmış cərrahlar, professorlar, elm və iş adamları var ki, Azərbaycanın adını uca tuturlar. Bütün bunlar isə Valeh Abbasovun vətənpərvərliyi, Azərbaycan Prezidentinə böyük rəğbəti və məhəbbəti sayəsində bərqərar olub...
Ufa şəhərində müvafiq dövlət və ictimai qurum rəhbərləri ilə görüşlərimizdə bir daha şahid olduq ki, əslən Ağdam rayonundan olan Valeh Abbasov burada necə böyük nüfuza malikdir. O, respublikada diaspor quruculuğu sayəsində böyük uğurlara imza atıb. Sabah isə məhz professor Valeh Abbasovun təşəbbüsü və Azərbaycanın Başqırdıstan Respublikasındakı Diaspor Təşkilatı rəhbərlərinin iştirakçılığı və dəstəyi ilə Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin 95 və Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi tədbirlərində iştirak edəcəyik. Bu möhtəşəm tədbirlərdə Başqırdıstanın dövlət və siyasət adamları da iştirak edəcəklər...
Tədbirdə DAMM-nin vitse-prezidenti, ictimai xadim Rasim Məmmədov, mən və tanınmış kulturoloqumuz Aydınxan Əbilov çıxış edəcəyik. Bu barədə ətraflı məlumat veriləcək...

ELBAR

Asif Mərzili Başqırdıstandan xəbər verir - MÖHTƏŞƏM SƏFƏR

Asif Mərzili Başqırdıstandan xəbər verir - MÖHTƏŞƏM SƏFƏR

Asif Mərzili Başqırdıstandan xəbər verir - MÖHTƏŞƏM SƏFƏR

Asif Mərzili Başqırdıstandan xəbər verir - MÖHTƏŞƏM SƏFƏR

Asif Mərzili Başqırdıstandan xəbər verir - MÖHTƏŞƏM SƏFƏR

Asif Mərzili Başqırdıstandan xəbər verir - MÖHTƏŞƏM SƏFƏR

Asif Mərzili Başqırdıstandan xəbər verir - MÖHTƏŞƏM SƏFƏR

Geri