DataLife Engine > Çap üçün versiya > Moskvada Dünya Azərbaycanlıları İntellektuallarının 3-cü Forumu keçirildi
DataLife Engine Azerbaijan Support > Siyasət, Manşet, Üst manşet > Moskvada Dünya Azərbaycanlıları İntellektuallarının 3-cü Forumu keçirildi

Moskvada Dünya Azərbaycanlıları İntellektuallarının 3-cü Forumu keçirildi

11-06-2018, 13:42. Yerləşdirdi: memmedov
İyunun 10-da Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində, «İzvestiya» qəzeti redaksiyasının binasının qarşısında yerləşən "Standart" hoteldə Dünya Azərbaycanlıları İntellektuallarının 3-cü Forumu keçirilib.

Tədbirin təşkilatçısı və rəhbəri Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) birinci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasıdır.

Bu barədə «Təzadlar»a İctimai Nəzarət Koalisiyasının sədr müavini, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili məlumat verib. Onun sözlərinə görə, möhtəşəm keçirilən tədbirdə Tatarıstanda yaşayan Azərbaycanlıların Diaspor Təşkilatının rəhbəri Sərraf Kərimov, Başqırdıstanda yaşayan Azərbaycanlıların Diaspor Təşkilatının rəhbəri İlkin Əliyev, Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti, professor Valeh Abbasov, Rusiya Ədalət Partiyasının sədr müavini, "Elman Qrup" hüquq şirkətinin prezidenti Elman Paşayev, Azərbaycanın Rusiyadakı səfirinin müavini Nigar Axundova, həmçinin Rusiyada yaşayan çoxsaylı tanınmış diaspor üzvləri iştirak ediblər.

Tədbiri professor Valeh Abbasov açıb. Sonra söz Azərbaycanın Xalq şairi, DAMM-nin prezidenti Çingiz Abdullayevə verilib. Ardınca DAMM-nin 1-ci vitse-prezidenti Rasim Məmmədov, tanınmış vəkil və Rusiyanın Ədalət Partiyasının sədr müavini Elman Paşayev, Rusiya Vəkillər Kollegiyasının (Gildiyasının) vitse-prezidenti, professor Valeh Abbasov, Azərbaycanın Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev, İNK-nin sədr müavini və "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nin Baş katibi Aydınxan Əbilov, Moskvada yaşayan tanınmış reportyor Fuad Abbasov, Tatarıstan Diaspor Təşkilatının sədri Sərraf Kərimov, Başqırdıstan Diaspor Təşkilatının rəhbəri İlkin Əliyev, Moskvada yaşayan tanınmış diaspor fəallarından şair Sultan Mərzili, Rusiyada fəaliyyət göstərən "Şəhriyar" Ədəbi Məclisinin rəhbəri Əliş Əvəz, həmçinin Rusiyanın fərqli bölgələrində yaşayan diaspor fəalları, tanınmış vəkillər, iş adamları çıxış edərək Forumun əhəmiyyətindən danışıb, təkliflərini veriblər.

Rəyasət heyətinin üzvlərinə, tədbirin aparıcısı, professor Valeh Abbasova, İNK sədri Rasim Məmmədova, eləcə də «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərziliyə ünvanlanan suallardan məlum olub ki, bu böyük ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlıların diaspor yiyəsizliyi var.

Tədbirdə çıxışlar zamanı Forumda fəal iştirak etdiklərinə görə hər bir Azərbaycansevərə, eləcə də Azərbaycanın Rusiyadakı səfirinin müavini Nigar Axundovaya minnətdarıq ifadə olunub.

Tədbir və digər məsələlər barədə daha ətraflı yazılar tezadlar.az saytında dərc ediləcək.

Elbar ŞİRİNOV

Geri