DataLife Engine > Çap üçün versiya > Əmək Məcəlləsinə dəyişiklik edilib
DataLife Engine Azerbaijan Support > Siyasət > Əmək Məcəlləsinə dəyişiklik edilib

Əmək Məcəlləsinə dəyişiklik edilib


12-06-2018, 13:38. Yerləşdirdi: memmedov
Azərbaycanda məktəblərdə hamilə qadınlar sertifikasiyadan keçirilməyəcəklər.

“Report”un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni-67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.

Maddəyə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçirilmir.

İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Geri