DataLife Engine > Çap üçün versiya > MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR
DataLife Engine Azerbaijan Support > Siyasət, Manşet, Üst manşet > MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR


31-07-2018, 20:22. Yerləşdirdi: admin
Xəbər verdiyimiz kimi, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili iyulun 29-30-da İranda keçiriləcək beynəlxalq mədəniyyət tədbirində iştirak edir.

O, həmçinin bu mötəbər tədbirdə çıxış edəcək, Azərbaycan mədəniyyətinin inkişafı, ölkəmiz haqqında xarici qonaqlara ətraflı məlumat verəcək. Bu barədə baş redaktora İran İslam Respublikasının Aşıqlar Birliyindən göndərilən dəvətnamədə deyilir.
Qeyd edək ki, İran Aşıqlar Birliyinin sədri, tanınmış şair və aşıq yaradıcılığının bilicisi aşıq Səlcuq Şahbazinin rəhbərliyi ilə hər il İranda Azərbaycanın və Türkiyənin, Borçalının tanınmış aşıqlarının festivalı keçirilir. Festivalda dünyanın bir çox ölkələrindən, o cümlədən İrandan, Türkiyədən, Azərbaycandan, Orta Asiya ölkələrindən olan yüzlərlə qonaq iştirak edir. Möhtəşəm bayram tədbirinə İranın dövlət və hökumət rəsmiləri qatılaraq təbrik nitqi söyləyirlər.

Ərdəbildə möhtəşəm bayram tədbirləri...

"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili Ərdəbildən xəbər verir:
- Biz Azərbaycandan olan nümayəndə heyəti dünən səhər İranın Biləsuvar rayonunda olduq. Sərhədi keçərkən bizi İran Mədəniyyət Nazirliyinin ərazi idarəsinin müdir müavini Hüseyn Heydəri və Biləsuvarın icra başçısı Həsən Qubadi qarşıladılar. Bizim gül-çiçəklə qarşılanma mərasimindən sonra (İran TV-LƏRİ ÇƏKİLİŞ APARIRDILAR) Hüseyn Qubadinin rəhbərliyi ilə sərhəd-keçid məntəqəsində mətbuat konfransı keçirildi. Hüseyn Qubadi qeyd olunan möhtəşəm Dədə Qurbani festivalında iştirakımızdan olduqca şad olduqlarını, tədbirin yüksək səviyyədə keçirilməsi üçün İranın aidiyyəti dövlət strukturlarının mümkün olan hər şeyi edəcəklərini bildirdi. O, çıxışının sonunda Azərbaycanın və İranın iki qonşu və qardaş müsəlman ölkə olduğunu bildirdi, mehriban və hərtərəfli əlaqələrin inkişafına görə Azərbaycan Prezidenti İlham Əliyevə və İranın Prezidenti Həsən Ruhaniyə minnətdarlığını yetirdi: "Zənnimcə, indiyədək hər iki prezidentin səkkiz dəfə görüşü olub. Sərhədlərimiz isə nəinki açıqdır, taybatay açıqdır... Biz eyni millətik, qardaşıq".
Sonda xatirə şəkli çəkildi. Onu da deyim ki, Azərbaycandan gələn aşıqlardan ibarət nümayəndə heyətinə Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, tanınmış saz ustadı Aşıq Sərdar rəhbərlik edir...

Şah İsmayıl Xətainin və onun ulu babası Şeyx Səfinin məzarı ziyarət olundu...

Asif Mərzili dünən keçirilən beynəlxalq konfrans barədə bunları söylədi:
- Dünən tədbirlərimiz çox zəngin oldu. Azərbaycandan 20-yə yaxın aşığın iştirak etdiyi Beynəlxalq Dədə Qurbani Festivalının təşkilatçısı İran Mədəniyyət Nazirliyi və İran Aşıqlar Birliyidir. Xüsusi olaraq qeyd edim ki, digər ölkələrdən də nümayəndə heyətləri gəlmişdir. Lakin İran Aşıqlar Birliyinin sədri aşıq Səlcuq Şahbazlının diqqət və xüsusi qayğısı sayəsində Azərbaycandan olan nümayəndə heyəti hər yerdə böyük təntənə ilə qarşılanmaqda və diqqət göstərilməkdədir. Amma təəssüflə deməliyəm ki, hamı bizdən Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının da gəlib-gəlmədiyini soruşurlar. Amma sonradan məlum oldu ki, Məhərrəm Qasımlı nəinki gəlib, əksinə, festivala gəlmək istəyənlərin qarşısını alıb. Bu xəbərdən şok olduq. Necə yəni, Azərbaycanın adına olan bir beynəlxalq tədbirə badalaq vurmaq nə dərəcədə doğrudur? Bu festivalın ilk günündə keçirilən elmi konfransda Azərbaycanın tarixi və mədəniyyəti, türk birliyi və s. barədə səslənən müzakirələri dinləyəndə qürur duyurduq. Yalnız bizim nümayəndə heyətinə xüsusi diqqət o dərəcə idi ki, hətta küçə və parklarda yüzlərlə insan ətrafımıza toplaşaraq aşıqlarımızın ifasını xahiş edirdilər.
Aşıq Sərdarın, Şirvan aşıqlarının ifaları insanları rəqs etməyə, birgə oxumuğa sövq edirdi. Ərdəbil küçələrində "Azərbaycan, Azərbaycan!" sədaları ətrafa yayılırdı və heç bir rəsmiyyət buna mane olmurdu. Əksinə, aşıqlarımızın daha gur ifalarına şərait yaradılırdı. Xüsusən də Xətainin məzarını ziyarət etmək, sarayını addım-addım gəzmək, heykəli ətrafında dövrə vurub rəqs etmək nə qədər də xoş idi. Mənə elə gəlirdi ki, həmin an Xətainin dirildiyi və bu günümüzə baxan günü idi. Amma nə düşünüb, nə deyərdi, bunu deyə bilmirəm.
Biz dünən həm də böyük coşqu ilə Xətainin və onun ulu babası Şeyx Səfinin məzarını ziyarət etdik.
Bu gün axşam saat 18:00-da isə Fədək Mədəniyyət Sarayında Dədə Qurbani festivalına start verilıcək. Səhnədə 250 aşıq eyni vaxtda xorla Dədə Qurbani dastanından Xətaiyə müraciət parçalarını ifa edəcəklər. Festivalda İranın çoxsaylı rəsmi şəxsləri iştirak edəcək. Təkrar edirəm, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin rəsmilərinin belə möhtəşəm tədbirə gəlməmələri təəssüf hissi doğurur.
Onu da deyim ki, Festival Ərdəbilin Fədək Mədəniyyət Sarayında keçiriləcək... Festivalın daha təmtəraqlı keçirilməsində daha çox əməyi keçənlərdən biri də İran Mədəniyyət Nazirliyinin Ərdəbil şəhəri mədəniyyət İdarəsinin müdir müavini Qərib Mənuçehridir, ona minnətdarlıq edirik. ƏSil Azərbaycan türkü kimi bu festivalın yüksək səviyyədə keçirilməsinə səy göstərir.
***
İran Aşıqlar Birliyinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir: “İranın Mədəniyyət Nazirliyi ilə İran Aşıqlar Birliyi iyulun 29 və 30-da Ərdəbil şəhərində Dədə Qurbaninin 1-ci Beynəlxalq Festivalını keçirəcək. Bu festivala Azərbaycan Resbublikasından 2 aşıq qrupu dəvət olunub. Bir qrup Şirvan Aşıq musiqi məktəbindən Aşıq Amil Dadaşovun başçılığı ilə və Gədəbəy Aşıq musiqi məktəbindən Aşıq Sərdar Məmmədovun başçılığı ilə gələcək. Gürcüstan Aşıq musiqi məktəbindən Aşıq Əşrəf Qəriboğlunun başçılığı ilə aşıqlarımız olacaq və Türkiyədən Aşıq Camal Kayhan dəvətlidir. Həmçinin İran Aşıqlar Birliyinin bütün şöbələrindən qruplar dəvət olunublar. Bu sırada Təbriz, Ərdəbil, Həmədan, Miyana, Urmiyə, Tikmədaş, Zəncan, Savə, Tehran, Əhər, Meşkimşəhr, Pirsabad, Kərəc, Savıcbulaq, Mərənd, Zərgər, Xalxal aşıqları bu festivalda sənətlərini və sazımızı-sözümüzü nümayış etdirəcəklər. Bu festivalın baş rejissoru İran mədəniyyət nazirinin Ərdəbil şöbəsinin sədri Dr. Seyin Nasir İsshaqi və icra rejissoru İran Aşıqlar Birliyinin qurucusu və sədri Aşıq Səlcuq Şəhbazidir.
Festivalda Azərbaycandan gələn iki ziyalımıza danışıma imkanı yaradılıb: Birincisi, Hüseyn Məmmədov, ikincisi Asif Mərzili. Türküyədən isə təşrif buyuracaq Seyfulla Türksoy çıxış edəcək.
Bu festivalda İran mədəniyyət nazirinin mavini və nazirliyin Ərdəbil şöbəsinin rəhbəri Dr. Behnamcu qonaqlara xoşgəldin deyəcək”.
Baş redaktor səfərlə bağlı onu da qeyd etdi ki, nümayəndə heyətini Biləsuvardan İran ərazisinə keçən zaman İran Mədəniyyət Nazirliyinin rəsmiləri qarşılayıb və İranın Dövlət və müstəqil televiziyaları qonaqları qarşılama mərasimindən reportajlar və sənədli film hazırlayacaqlar.

ELBAR


MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

MÖHTƏŞƏM DƏDƏ QURBANİ FESTİVALI - ASİF MƏRZİLİ ƏRDƏBİLDƏN XƏBƏR VERİR

Geri