DataLife Engine > Çap üçün versiya > Azərbaycan Silahlı Qüvvələrində tütünlə bağlı qadağanın əhatəsi genişləndirilir
DataLife Engine Azerbaijan Support > Siyasət > Azərbaycan Silahlı Qüvvələrində tütünlə bağlı qadağanın əhatəsi genişləndirilir

Azərbaycan Silahlı Qüvvələrində tütünlə bağlı qadağanın əhatəsi genişləndirilir


7-09-2018, 11:44. Yerləşdirdi: admin
Azərbaycan Milli Məclisinin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün payız sessiyasında ilk iclası keçiriləcək. İclasda “Silahlı Qüvvələrin Daxili xidmət” və “Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri” nizamnamələrinə dəyişiklik müzakirə olunacaq.

"Report"un əldə etdiyi məlumata görə, “Silahlı Qüvvələrin Daxili xidmət” nizamnaməsində “Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin və ya böyüyün icazəsi olmadan onların yanında oturmaq və ya papiros çəkmək qadağandır” ifadəsində “papiros” sözü “tütün” sözü ilə əvəz edilərək məhdudiyyətin əhatə dairəsi daha da genişləndirilir.

Belə ki, qadağa təkcə papirosa yox, digər tütün vasitələrinə də şamil edilir.

Geri