DataLife Engine > Çap üçün versiya > «Azneft» İB-nin direktoru Daşqın İsgəndərovun qudasına qarşı ittihamlar
DataLife Engine Azerbaijan Support > Siyasət, Orta Manşet, Sağ Manşet > «Azneft» İB-nin direktoru Daşqın İsgəndərovun qudasına qarşı ittihamlar

«Azneft» İB-nin direktoru Daşqın İsgəndərovun qudasına qarşı ittihamlar


2-10-2014, 12:10. Yerləşdirdi: memmedov
«Azneft» İB-nin direktoru Daşqın İsgəndərovun qudasına qarşı ittihamlar -“Niyə fəhlələrin yeməyindən yemir”
Redaksiyanın elektron poçtuna daxil olmuş aşağıdakı məktubu kiçik ixtisarla dərc edirik:
Hörmətli redaksiya!
Ötən həftə imzalarımızla təsdiq edilmiş müraciətlərimizi qəzetinizdə dərc etdiyinizə görə Sizə çox minnətdarıq. İmkanımız olsa, biz neftçilər o «Şöhrət» ordenini Sizə və Mirvari xanım Qəhrəmanlıya verərdik. Amma təəssüf ki, əlimizdə elə bir səlahiyyət yoxdur. Çünki neftçilərin halına yanan Sizlərsiniz.
Müraciətimizin hələki bir nəticəsi olmasa da, bizə olan təzyiqlərlər, hədə-qorxular günbəgün artmaqdadır. Buz isə mübarizəmizi axıra kimi davam etdirəcəyik. Çünki məqsəd hər addımda pozulan hüquqlarımızın bərpasıdır.
Bu müraciətimizi isə xahiş edirik, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, ARDNŞ-nin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə göndərəsiniz. Çünki neftin nə zülmlə çıxardılmasını, neftçi peşəsinin nə olduğunu, onu yalnız rəhbərlərimizdən Xöşbəxt müəllim bilər, insanların sağlamlığını isə Mehriban xanım başa düşər.
Bildiririk ki, «Neft daşları»nda yaşadığımız yataqxananın otaqlarına kifdən, rütubətdən girmək olmur, divardakı «oboy»lar, «patalok»a vurulan «şpakilovka» emulsiya adamın üstünə tökülür, içdiyimiz dəniz suyu isə demək olar ki, artıq heç utilizasiya olunmur. Axrıncı dəfə nə vaxtı bizə təzə «pastel» verilib, yadımıza gəlmir. Bu kimi sosial məsələlərlə məşğul olmaq əvəzinə, işçiləri zorla aparıb Əhmədlərin, Akiflərin tapıb gətirdiyi keyfiyyətsiz ərzaqdan bişirilən yeməkləri yedizdirirlər.
Hörmətli redaksiya!
Xahiş edirik, səhər saat 07-08 arası gəlin Bakı Dəniz Vağzalına. Bizi dənizə aparan gəminin (Sabit Orucov gəmisi) qarşısına çıxın, görərsiniz ki, “Azneft İB-nin baş direktorunun müavini İkram Qasımov və onun işçiləri-Əhməd Musayev və onun işçiləri nə canfəşanlıqla Təhlükəsizlik İdarəsinin işçilərinin köməyilə çantalarımızı yoxlayırlar. «Vitse-prezident Bədəl Bədəlovin tapşırığını yerinə yetiririk», deyib, «sumka»da olan ərzağımızı-kolbasa, sosiska və s. tökürlər yerə, minik başa çatdıqdan sonra həmin ərzaqları verirlər gəminin bufetinə, bufetçi işləyən və Əhmədin sağ əlinin əli ilə təkrar satdırırlar bizlərə. Ac neftçinin başqa çarəsi yoxdur, çünki gəmidə, «Neft Daşları»nda başqa alternativ qidalanma yeri-yeməkxana yoxdur. Otaqlarımızda olan şəxsi qab-qaşıqları tamamilə yığışdırıblar. Yəni nəyin bahasına olursa olsun, nə bişirilib bişirilməyib, gedib o yeməkxanaya pul verməlisən, vəssalam, heç yemə. Neçə vaxtdır ki, bu dözülməz vəziyyət davam edir.
İkram Qasımov, «Azneft» İB-nin Baş direktor müavini, əvvəllər Zığda tikinti idarələrinin birində aşağı vəzifələrdə işləyib. Elə ki, qardaşı Elsevər (idarə rəisidir) vitse-prezident Mikayıl İsmayılovun bacısı ilə evləndi, birdən-birə qoydular bu vəzifəyə. Onu tanıyanların dediyinə görə, eyşt-işrətlə məşğuldur. Dənizə tez-tez gəlib kef məclisləri düzəltməyi elə bunları təsdiq edir. Guya yoxlamaya gəlib. Məgər otaqlardan qab-qacaq axtaranda o, bərbad otaqları görmürmü? Vəzifəyə təyin olunandan, ancaq yemək davası edir. Başqa bir sosial məsələ həll etməyib.
«Azneft» İB-nin direktoru Daşqın İsgəndərovun qudası, 4 saylı TQİ-nin rəisi Baxış Ağayev niyə bizə yedizdirilən yeməkdən yemir və özünün şəxsi aşbazı və xüsusi “xidmətçisi” var-Feyruz və Lena Lunina. Özü ilə aparır, özü ilə gətirir…»
Əhməd Musayev, onun haqqında çox yazılıb, şirkətə layiq insan deyil. Üzünə hər gün bu sözlər deyilir, amma onun üçün mənası yoxdur, təki havayı yemək və pul olsun və sair.
Umumiyyətlə, digər idarə rəisləri və müavinləri də xüsusi ayrılmış yerdə və xüsusi yeməklər yeyirlər. Həmkarlar Təşkilatının bivec sədri isə bizimlə deyil, bu harınlarla həmrəydir!

Geri