DataLife Engine > Çap üçün versiya > Rusiya Federasiya Şurasının sədri Azərbaycana gəlib
DataLife Engine Azerbaijan Support > Siyasət, Orta Manşet > Rusiya Federasiya Şurasının sədri Azərbaycana gəlib

Rusiya Federasiya Şurasının sədri Azərbaycana gəlib


2-10-2014, 13:16. Yerləşdirdi: memmedov
Xəbərə görə, V. Matviyenko Azərbaycanla siyasi, sosial-iqtisadi, humanitar və başqa sahələrdə sıx əməkdaşlıq etdiklərini deyib. O, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artdığına diqqət çəkərək 2013-cü ildə bu dövriyyənin maksimumu həddə - 3,6 milyard dollara çatdığını söyləyib. Enerji sektoru, nəqliyyat və digər sahələrdə də sıx əməkdaşlığın olduğunu qeyd edən Federasiya Şurasının sədri Rusiya-Azərbaycan əlaqələrinin güclənməsində əsas faktorun regional əməkdaşlıq və sərhəd qonşuluğu olduğunu vurğulayıb.

V. Matviyenko hazırda Bakıda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edir. O, prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Geri