DataLife Engine > Çap üçün versiya > Hacıqabuldakı yol qəzasında ölən və yaralananlar var
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə > Hacıqabuldakı yol qəzasında ölən və yaralananlar var

Hacıqabuldakı yol qəzasında ölən və yaralananlar var


3-08-2018, 10:31. Yerləşdirdi: admin
Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Udulu kəndində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Udulu kənd sakinləri – 1991-ci il təvəllüdlü Elçin Cəfərzadə, 1994-cü il təvəllüdlü Tağıyev Elgün Hüseyn oğlu, 1991-ci il təvəllüdlü Yusifov Vüsal Güloğlan oğlu və daha 1 nəfər xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. V.Yusifovun xəsarəti ağır olduğundan o, xəstəxanada ölüb.

Faktla bağllı araşdırma aparılır.

Geri