DataLife Engine > Çap üçün versiya > Bu da brakonyerliklə məşğul olan şəxslər
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə > Bu da brakonyerliklə məşğul olan şəxslər

Bu da brakonyerliklə məşğul olan şəxslər


7-08-2018, 20:02. Yerləşdirdi: admin
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən 2018-ci ilin iyul ayı ərzində xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən verilən məlumata görə, keçirilən reydlər zamanı Şahdağ Milli Parkının, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazilərində brakonyerliklə məşğul olan şəxslər saxlanılıb.

Araşdırma zamanı qanun pozucularının Neftçala rayon sakini Yusif Məlikov, Masallı rayon sakini Şahmur Kərumov, Oğuz rayon sakinləri Dünyabir və Raqif Nəsirov olduğu müəyyən edilib və onlardan 2 ədəd ov tüfəngi götürülüb. Təqsirkarlar barəsində akt, protokol tərtib olunub və onlara, ümumilikdə, 4700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.

Geri