DataLife Engine > Çap üçün versiya > Hansı dövlət orqanının mətbuat xidməti yaxşı işləyir?
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə > Hansı dövlət orqanının mətbuat xidməti yaxşı işləyir?

Hansı dövlət orqanının mətbuat xidməti yaxşı işləyir?


30-08-2018, 14:14. Yerləşdirdi: admin
«Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi» İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı layihə maraqlı məqamları üzə çıxarıb…
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan «Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi» İctimai Birliyinin layihəsinin təqdimatı keçirildi. «Açıq hökumətin təşviqi-KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili» layihəsinin təqdimatında çoxsaylı dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan layihənin rəhbərlərindən biri, «Azadinform» İA-nın rəhbəri, Azərbaycan Mətbuat Şurasının üzvü Niyaz Niftiyev qonaqları salamlayaraq layihənin məqsəd və məramından danışdı. Məlum oldu ki, layihə çərçivəsində çoxsaylı dövlət qurumlarının rəsmi saytlarının və mətbuat xidmətlərinin monitorinqi keçirilib, 13 dövlət qurumunun isə saytlarının bu ilin may ayındakı informasiya resursları öyrənilib.
Monitorinqin nəticələri və qiymətləndirmələr tam mətnlə «Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi» İctimai Birliyinin rəsmi saytında yerləşdiriləcək və bu səbəbdən nəticələr barədə az sonra geniş bəhs edəcəyikk.
Hansı dövlət orqanının mətbuat xidməti yaxşı işləyir?
Layihə barədə Azərbaycan Mətbuat Şurasının sədr müavini, jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli, Prezident yanında Elm Fondunun Mətbuat Xidmətinin rəhbəri Ceynun Musaoğlu, eləcə də bir sıra mətbuat xidmətlərinin rəhbərləri çıxış edərək layihə barədə münasibətlərini bildirdilər. «Layihəni yüksək qiymətləndirirəm və olduqca vacib bir məsələyə həsr olunub.. Mətbuat Xidmətlərinin də son illər fəaliyyətində müsbət dəyişikliklər vardır, bu təqdirəlayiqdir. Lakin etiraf edək ki, peşəkar mətbuatla əməkdaşlıq sayəsində hələ də informasiya sorğularının cavablandırılmasında problemlər vardır… İnaram ki, belə işgüzar görüşlər və layihələr bu problemlərin də həllində mühüm rol oynayacaq…», -deyən Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli layihənin təşkilatçılarına və icraçılarına uğurlar arzuladı.
Sonra jurnalistlərin və mətbuat xidməti rəhbərlərinin çıxışları dinlənildi.
Tədbirdə «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili də çıxış edrək təkliflərini verdi.
Bir daha xatırladırıq ki, dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin monitorinqi barədə geniş məlumat və qiymətləndirmə ardıcıllığı az sonra saytımızda təqdim ediləcək…
Seymur Abbaslı

Hansı dövlət orqanının mətbuat xidməti yaxşı işləyir?
Hansı dövlət orqanının mətbuat xidməti yaxşı işləyir?

Geri