DataLife Engine > Çap üçün versiya > İranda polis bölməsinə hücum baş verib
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə > İranda polis bölməsinə hücum baş verib

İranda polis bölməsinə hücum baş verib


9-09-2018, 16:30. Yerləşdirdi: admin

İranın cənubunda, Hormozqan vilayətində polis bölməsinə edilən hücum nəticəsində üç polis əməkdaşı ölüb.

Yerli KİV-lər yazır ki, avtomobildə olan üç naməlum şəxs Tukahur rayonunun Mina dairəsində yerli polis bölməsinə atəş açıblar.

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, daha ikisi isə yaralanıb və xəstəxanaya çatdırılıb. Aldığı yaralardan daha bir polis xəstəxanada ölüb.

İranın təhlükəsizlik qüvvələri hücum edənlərin saxlanılması üçün xüsusi əməliyyat keçirir.

Geri