DataLife Engine > Çap üçün versiya > Şəmkirdə qatar toydan qayıdan kişini vurub öldürdü
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə > Şəmkirdə qatar toydan qayıdan kişini vurub öldürdü

Şəmkirdə qatar toydan qayıdan kişini vurub öldürdü


12-09-2018, 21:51. Yerləşdirdi: admin

Şəmkir rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Keçili kəndi ərazisindən keçən hissəsində baş verib.

Toy şənliyindən çıxaraq dəmir yolu xətti ilə piyada hərəkət edən rayonun Çaparlı kənd sakini, 1982-ci il təvəllüdlü Qalib Xudaverdi oğlu Balayev qatarın fitini gec eşitdiyinə görə lokomotiv onu vuraraq kənara atıb.

Ağır bədən xəsarəti alan Q.Balayev hadisə yerində keçinib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Geri