DataLife Engine > Çap üçün versiya > Əyyub Kərimovun öldürülməsini kim istəyirmiş?
DataLife Engine Azerbaijan Support > Son Dəqiqə, Manşet, Orta Manşet, Üst manşet > Əyyub Kərimovun öldürülməsini kim istəyirmiş?

Əyyub Kərimovun öldürülməsini kim istəyirmiş?


17-01-2012, 14:29. Yerləşdirdi: admin
“Elmar Hüseynova yox, Əyyub Kərimova güllə atılmalı idi" kimi fikirləri Yusif İldırımzadə hansı yüksək vəzifəli qohumu ilə söhbətində dilə gətirib və hansı cavabı alıb?

“Təzadlar”ın ötən sayında Daxili İşlər Nazirliyinin Aeroport polisinin rəis müavini R.İldırımzadənin adının yenidən qalmaqallı bir məsələdə hallanması məsələsinə toxunulmuşdu. Yazı dərc olunan gün R.İldırmzadə redaksiyamızla əlaqə saxladı, yazıdan bərk əsəbləşmişdi.
Biz bütün bunları təbii qəbul edirik. Lakin qəzet rəhbərliyi də hörmətli polkovnikə bu məsələ ilə bağlı arqumentlərini ortaya qoyacağına dair hələ ötən ilin sentyabrında geniş açıqlama verəcəyi barədə vədini xatırlatmışdır. Hansı ki, həmin dövrdə, R.İldırımzadə məlum araşdırma yazısının ardının dərcinin müvəqqəti dayandırılmasını xahiş edərək tezliklə açıqlama verəcəyini, Əyyub Kərimovla bağlı Xətai rayon prokuroru Y.İldırımzadənin söylədiyi ilginc bir məsələyə də münasibət bildiriləcəyini söyləmişdi. Media peşəkarları yaxşı bilirlər ki, tanınmış bir hüquqşünasın, yaxud bir başqasının sərt müsahibəsinin dərcini dayandırmaq necə qiymətləndirilə və yozula bilir.
***
R.İldırımzadə dünən də redaksiyamızda oldu, bəzi məsələlərə aydınlıq gətirildi. Etiraf edək ki, biz düz 5 ay gözlədik. Nə R.İldırımzadə, nə də Y.İldırımzadə Ə.Kərimovla əlaqə saxladılar...Hansı ki, həmin yazıda hüquqşünas Əyyub Kərimovun geniş müsahibəsində diləgəlməz qalmaqallı məsələlər yer almışdı. Ə.Kərimova da tərəfimizdən həmin müsahibənin dərci üçün səbrli möhlət istənilmişdi. Amma...Təəssüf edirik ki, tərəflərin bəzi məsələlərə aydınlıq gətirilməsi baxımından anlaşması alınmamışdır. Təbii ki, Ə.Kərimovun həmin qalmaqallı müsahibəsi digər KİV-lərin birində də dərc edilə bilərdi. Amma biz bütün hallarda ötən 5 ay ərzində ortaq məxrəcin tapılmasına tərəfdar olmuşduq.
***
Nəhayət, biz yuxarıda qeyd edilənləri nəzərə alaraq, redaksiya olaraq Ə.Kərimovun təkidi ilə yubadılmış, lakin aktuallığını itirməmiş müsahibəsini dərc etmək qərarına gəldik. Axı, həm də o var ki, susmaq razılıq əlamətidir. Ə.Kərimovun müsahibəsində vacib olan məqamlardan biri isə onun barəsində Y.İldırımzadənin ictimai məclislərin birində söylədiyi bir fikirlə bağlı idi. Sitat:”Yusif İldırımzadə həmin məclisdə deyib ki, mən ona... (Hələki adını çəkmirik - red.) dedim ki, o güllə Elmar Hüseynova yox, Əyyub Kərimova atılmalı idi...”.
Beləliklə:
- E.Abdullayevin ittihamlarından sonra MTN və DİN hansı araşdırmalara başlayıb?
- Prezident Yanında Azərbaycan Ali Attestasiya Komissiyası keçmiş ABU rektorunun elmlər doktoru elmi dərəcəsinin ləğvi barədə Rusiya Elm və Təhsil Nazirliyindən göndərilmiş 2011-ci ilin 18 noyabr tarixli rəsmi məktubuna hansı reaksiya verəcək?
- Əyyub Kərimov Xətai rayon prokuroru Yusif İldırımzadənin “Elmar Hüseynova yox, Əyyub Kərimova güllə atılmalı idi” kimi tükürpədici dəhşətli fikirlərinə necə aydınlıq gətirir?
-Yusif İldırımzadə Ə.Kərimovun öldürülməsinin vacibliyi barədə həmin fikirlərini harada və kimlərin yanında açıq şəkildə söyləyib?
-Prokuror Yusif İldırımzadə bunu hansı yüksək vəzifəli qohumu ilə söhbətində söyləyib və əvəzində hansı cavabı alıb?
Bütün bu şok açıqlamaları “Təzadlar”da oxuya biləcəksiniz. Bizi izləyin.

“Təzadlar”ın informasiya şöbəsi


Geri