DataLife Engine > Çap üçün versiya > Ramil Şeydayev: "Heç nədən razı deyilik"
DataLife Engine Azerbaijan Support > Son Xəbər > Ramil Şeydayev: "Heç nədən razı deyilik"

Ramil Şeydayev: "Heç nədən razı deyilik"


11-09-2018, 08:31. Yerləşdirdi: admin
"Səfərdə 1:1 oynadıq. Nəticədən narazıyıq. Əslində, heç nədən razı deyilik".
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasında Malta yığmasıyla səfərdə 1:1 hesablı heç-heç etdikləri matçdan sonra deyib.

İkinci hissədə meydana çıxan gənc hücumçu qol vurmaq istəyinin böyük olduğunu söyləyib: "Baş məşqçi məni meydana buraxanda qol vurmaq tapşırığını vermişdi. Buna köklənmişdim, ancaq alınmadı. Kosova qalib gəldi, biz də qalib gəlməliyik. Ümid edirəm ki, növbəti matçda buna nail olacağıq".

Geri