DataLife Engine > Çap üçün versiya > Vətəndaşlara 60 min manat pul "atan"a 8 il 6 ay
DataLife Engine Azerbaijan Support > Sosial, Son Xəbər > Vətəndaşlara 60 min manat pul "atan"a 8 il 6 ay

Vətəndaşlara 60 min manat pul "atan"a 8 il 6 ay


24-01-2018, 12:51. Yerləşdirdi: admin
Dələduzluqda təqsirləndirilən Mürsəl İsrafilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Tezadlar.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Mürsəl İsrafilov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.İsrafilov 3 nəfər vətəndaşın etibarından istifadə edərək, onların ümumilikdə 60 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
İbtidai istintaq dövründə və məhkəmə istintaqı dövründə M.İsrafilovun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. M.İsrafilov məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində axtarış elan edilib və daha sonra həbs edilib.

Geri